• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
Çox xəstələnən uşaqlarda hansı vitaminlər çatışmır?
Erməni mallarına qadağa, miqrantların “ovu” – Rusiya iqtisadi müharibəyə başladı
Macarıstan yumşalır: Ukraynanın Aİ-yə yolu açılır?
Bədəni, boynu ağrıyıb-sızıldayanlar üçün çarələr - RESEPT
Paşinyan seçkidən dərhal sonra Putinin görüşünə gedəcək - Qorxu, yoxsa diplomatiya?
Bu ölkə tanklarını Rusiya sərhədinə göndərdi: Müharibə başlayır?
Kimlər heç vaxt xərçəng olmur? - İlginc səbəb
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
Beyin transplantasiyası niyə hələ mümkün deyil?
Cənubi Kipr prezidenti bu türk ölkəsində səfərdədir - İlk dəfə
Ərəb ölkələri hava məkanlarını bağladılar - Təcili
Alimlər 1 həftəyə tez arıqlamağın yolunu tapdılar
Gündə bir ovuc kifayətdir: Yuxu və xoşbəxtlik hormonu
Qaraciyərinizin sağlam olmadığını göstərən – 3 incə məqam
3300 sahibkara ziyan dəydi: taxıl sahələri məhv olub?
Rusiyanın kütləvi hücumları: Zelenskinin növbəti addımı belə olacaq
İnsülin dirəncinin başladığını göstərən - 10 əlamət
Minimum əməkhaqqı ilə bağlı vacib məlumat – Bu qədər arta bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Məhərrəm ayının başlanması ilə bağlı fitva verildi

Manşet / Gündəm / Xəbərlər

4-09-2018, 11:32

Məhərrəm ayının başlanması ilə bağlı fitva verildi


















Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fitva verib.

Fitvaya əsasən, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Fitva mətnində deyilir:

“Bismillahir-rəhmanir-rəhim!

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilmiş, fəqət hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olmuşdur. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilmiş, ailələri əsir alınıb.

İmam Hüseynin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir. Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır.

Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.

Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır.

Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar.

İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır.

Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə (ə) məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər. Din xadimləri Qazılar Şurasının Fitvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanmışdır. Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcəkdir.

Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər. Ümid edirik ki, möminlər Allaha xoş gedən bu gözəl ənənəni yaşadacaqlar və Allah-Təala minlərlə xəstə insana İmam Hüseynə xatir şəfa bəxş edəcəkdir, inşallah.

Bu gün dünyada, xüsusilə də müsəlman aləmində radikal qüvvələrin terror və təxribatçılıq fəaliyyəti nəticəsində müharibə və qırğınların artdığı bir dövrdə vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu nemətə görə Allah-Təalaya şükürlər edirik.

Konstitusiya quruluşunun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, vətəndaşların din pərdəsi altında dövlətə qarşı itaətsizliyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki qətiyyətlə pisləyir və hesab edirik ki, dövlətimiz və xalqımız belə əməllərə layiqli cavab verəcək, məkrli qüvvələrin İmam Hüseyn (ə) təziyadarlığından siyasi təxribatlar üçün istifadəsinə imkan verməyəcəkdir.

Din xadimlərimizi və dindarlarımızı respublikamızdakı mövcud sabitliyin qorunması üçün çalışmağa, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar mümkün hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar.

QMİ, məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanlarına islami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı Qarabağ, Xocalı şəhidlərimizin ruhuna dualar etməyi tövsiyə edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Azərbaycan dövlətçiliyinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevə Allah-Təaladan rəhmət diləyir, dövlətimizin siyasi-iqtisadi və mənəvi inkişafı üçün misilsiz səylər göstərən, tolerantlığın və multikultural dəyərlərin təminatçısı və himayədarı olan, dünya miqyasında İslam həmrəyliyi ideyalarını müdafiə edən dövlət başçımız İlham Əliyev cənablarının fədakar fəaliyyətinə Uca Allahdan inayət arzulayır, xalqımızın əmin-amanlığı və rifahı üçün dualar edir. Allah köməyimiz olsun!

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!”

Oxunub: 1 170
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Xəbərlər

22-08-2018, 10:58

Məhərrəm ayının başlama vaxtı açıqlandı

Manşet / Gündəm / Xəbərlər

22-08-2018, 10:56

Azərbaycanda Qurban bayramı qeyd olunur

Manşet / Əfsanələr və miflər

4-06-2018, 07:55

Hurmazta/Xurmazta- Soqdilərdə baş tanrıdır

Manşet / Gündəm / Xəbərlər

17-05-2018, 07:51

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Manşet / Gündəm / Xəbərlər

17-05-2018, 07:37

Ramazan ayı başlayıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
Çox xəstələnən uşaqlarda hansı vitaminlər çatışmır?
Erməni mallarına qadağa, miqrantların “ovu” – Rusiya iqtisadi müharibəyə başladı
Macarıstan yumşalır: Ukraynanın Aİ-yə yolu açılır?
Bədəni, boynu ağrıyıb-sızıldayanlar üçün çarələr - RESEPT
Paşinyan seçkidən dərhal sonra Putinin görüşünə gedəcək - Qorxu, yoxsa diplomatiya?
Son xəbərlər
  • Bu gün, 22:28
    “Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
  • Bu gün, 21:39
    Çox xəstələnən uşaqlarda hansı vitaminlər çatışmır?
  • Bu gün, 20:24
    Erməni mallarına qadağa, miqrantların “ovu” – Rusiya iqtisadi müharibəyə başladı
  • Bu gün, 19:41
    Macarıstan yumşalır: Ukraynanın Aİ-yə yolu açılır?
  • Bu gün, 18:18
    Bədəni, boynu ağrıyıb-sızıldayanlar üçün çarələr - RESEPT
  • Bu gün, 17:55
    Paşinyan seçkidən dərhal sonra Putinin görüşünə gedəcək - Qorxu, yoxsa diplomatiya?
  • Bu gün, 16:07
    Bu ölkə tanklarını Rusiya sərhədinə göndərdi: Müharibə başlayır?
  • Bu gün, 15:20
    Kimlər heç vaxt xərçəng olmur? - İlginc səbəb
  • Bu gün, 14:34
    Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
  • Bu gün, 13:03
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
  • Bu gün, 12:16
    Beyin transplantasiyası niyə hələ mümkün deyil?
  • Bu gün, 11:53
    Cənubi Kipr prezidenti bu türk ölkəsində səfərdədir - İlk dəfə
  • Bu gün, 10:30
    Ərəb ölkələri hava məkanlarını bağladılar - Təcili
  • Bu gün, 09:03
    Alimlər 1 həftəyə tez arıqlamağın yolunu tapdılar
  • Dünən, 22:45
    Gündə bir ovuc kifayətdir: Yuxu və xoşbəxtlik hormonu
  • Dünən, 21:31
    Qaraciyərinizin sağlam olmadığını göstərən – 3 incə məqam
  • Dünən, 20:34
    3300 sahibkara ziyan dəydi: taxıl sahələri məhv olub?
  • Dünən, 19:12
    Rusiyanın kütləvi hücumları: Zelenskinin növbəti addımı belə olacaq
  • Dünən, 18:19
    İnsülin dirəncinin başladığını göstərən - 10 əlamət
  • Dünən, 17:00
    Minimum əməkhaqqı ilə bağlı vacib məlumat – Bu qədər arta bilər
  • Dünən, 16:29
    Ölkəmizin adı üçün həyəcan təbili – Bu cümlə sürətlə yayılır
  • Dünən, 15:29
    Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri
  • Dünən, 14:52
    İrandan ABŞ-a gözlənilməz şərt – Yeni toqquşma anonsu verildi
  • Dünən, 13:07
    Türklər yeni təhlükəsizlik şəbəkəsi qurur, Təl-Əviv mühasirəyə alınır - İsraildən etiraf
  • Dünən, 12:20
    Şəkərli diabetin qeyri-adi SİMPTOMU
  • Dünən, 11:30
    Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...
  • Dünən, 10:18
    Paşinyan meydan oxudu: Rusiyanın vurduğu zərər...
  • Dünən, 09:04
    İspanağı bişirmədən yeyin - Məsləhət
  • 1-06-2026, 22:31
    Qədim məbədin xarabalıqlarında görün kimin başı tapıldı
  • 1-06-2026, 21:15
    Gecələr qatıq yeməyin faydaları və zərərləri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə