İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı açıq təhdid səsləndirib.
Publika.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.
Katz ABŞ-ın İran üzərində iqtisadi təzyiqinin artmasının Tehranın İsrailə hücum etmək ehtimalını yüksəltdiyini bildirib. O, İranın sentyabr ayında qeyd olunacaq yəhudi bayramları zamanı İsrailə hücum edə biləcəyini iddia edib.
“ABŞ-la koordinasiyalı şəkildə həm müdafiə, həm də hücum baxımından hazırlaşırıq”, - deyə Katz bildirib.
Nazir İranın Livan, işğal altındakı Qərb Şəriyəsi və ya Qəzza üzərindən hücuma keçə biləcəyini də irəli sürüb. Onun sözlərinə görə, İsrail ordusunun təyyarələri mümkün hücuma hazır vəziyyətdədir.