Məhərrəm ayı bu il sentyabrın 11-dən başlayacaq.
Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
“10 gündən sonra, yəni sentyabrın 20-də isə Aşura mərasimi olacaq”, - deyə M.Qurbanlı əlavə edib.
M.Qurbanlı bildirib ki, Məhərrəm ayı ilə əlaqədar komitənin tədbirlər planı icra olunacaq və bu plana uyğun olaraq görüşlər keçiriləcək, müzakirələr aparılacaq.