Ukrayna Prezidenti Vladimir Zelenskinin xəbərdarlığından sonra “Peqasus” şirkəti Rusiyaya uçuşları ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə “Ostorojno, novosti” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, sentyabrın 2-də saat 00:05-də Bodrumdan Moskvaya uçmalı olan reys ləğv edib.
Kanal bildirir ki, Türkiyənin bütün aviaşirkətləri hava məkanındakı vəziyyət səbəbindən uçuşları ləğv edib.
“Vnukovo hava limanının lövhəsində Moskvadan uçması planlaşdırılan “Peqasus”un bir neçə reysinin ləğv edildiyi də göstərilir: ikisi İstanbula, biri Bodruma və biri Dalamana”, - məlumatda qeyd olunub.
“Nə gözləyəcəyimizi bilmirik. Türkiyə uçuşları qadağan edir”, - “Peqasus”dan turistlərə verilən açıqlamada vurğulanıb.
***
Türkiyənin bütün aviaşirkətləri Rusiyaya reysləri ləğv edib.
Məlumata görə, "Peqasus" aviaşirkəti Moskvadan sonra Sankt-Peterburq, Samara və Ufaya uçuşları dayandırıb.
“Türk Hava Yolları” da “Peqasus”un ardınca Rusiyaya reysləri ləğv edib.
Məlumata görə, artıq “Türk Hava Yolları”nın Vnukovodan İstanbula 3 reysi ləğv olunub.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya hava məkanının sentyabrın 1-dən etibarən təhlükəsiz olmayacağı xəbərdarlığı etmişdi.