ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adının dəyişdirilməsi ilə bağlı diqqətçəkən təklif irəli sürüb.
Globalinfo.az-ın xəbərinə görə, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ lideri bildirib ki, Hörmüz boğazı hazırda ABŞ-ın nəzarətindədirsə, onun adını “Tramp boğazı” qoymaq barədə düşünmək olar.
“İndi ABŞ-ın nəzarətində olduğuna görə, Hörmüz-ün adını Tramp boğazı qoymalıyıq” – deyə Tramp yazıb.
Qeyd edək ki, Tramp daha əvvəl də Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirmişdi. İran isə bu iddiaları rədd edərək boğazın İran və Oman ərazi suları ilə bağlı olduğunu vurğulayıb.