• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
İran və ABŞ arasında mümkün anlaşmanın detalları
Quru döyüşləri gedir: Ordu iki istiqamətdə hücuma keçib
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
ABŞ və İsrailin başı dərddə - Elə peyk görüntüləri üzə çıxdı ki...
Azərbaycanda bu ailələrə hər ay “uşaqpulu” verilir – Məbləğ açıqlandı
BMT Təhlükəsizlik Şurası təcili toplanır - Tarix açıqlandı
Baş nazirdən müharibə xəbərdarlığı – 27 ölkəyə çağırış etdi
Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı
Azərbaycan üzərindən qurulan plan: Rusiyanı ciddi itki gözləyir
İsrail ordusuna növbəti tapşırığım… - Netanyahu
Hər il buna görə 7 milyon insan ölür - ÜST
Afinadan etiraf: Türkiyə 2030-cu ilə qədər...
İran Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq etdi
Bu təbii resept damarları tər-təmiz edir - Mütləq SINAYIN!
Öz-özünə danışmaq - xəstəlikdir, yoxsa normal hal?
Yuxusuzluq üçün kəklikotu çayının möcüzəvi faydaları
Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
3 ölkədə müəmma yaşanır: Qırıcılar havaya qalxdı, Rusiya hədəf göstərildi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türkiyəli yazar Əli Ömər Ağbulud "Şeir yazmaq qələndərlərin işidir"

Manşet / Araşdırma

14-08-2018, 10:45

Türkiyəli yazar Əli Ömər Ağbulud "Şeir yazmaq qələndərlərin işidir"






















Türkiyəli yazar Əli Ömər Ağbulud "Şeir yazmaq qələndərlərin işidir"

"Cənnət əhlinin çoxu qələndərlərdir”
(Hz.Məhəmməd (s.a.s)
Alışıb-yanırdıq. Bu hal bizi külə döndərər, yoxsa nağılımız bitər? Görəsən, Adəm kimi adam olarıqmı? Kimin payına düşəradamlıq? "Düşmək” olduğu yerdən ayrılmaq, aşağı enmək, atılmaq deyilmi? Bu halda, "adamlığın düşməsi” hicran, yurddan ayrılma anlamına gəlmirmi? Belə çıxır ki, düzgün yerdə dayanmamışıq... Ağlımız çaşıb. Çaşar. Əlbəttə, çaşar. Ağıl onsuz da çaşmaq üçündür. Çaşan gördüyünə, görəcəyinə heyrətlənən, onun nə olduğunu anlamayandır.
Aqil də hər zaman sirli bir heyrət içrədir. Sirri bilməz, fəqət yeni macəralardan da geri qalmaz. Zəka onların arxasınca düşüb gələr(sə), olacaqları planlaşdırmağa, tədbirlər tökməyə başlayarlar. Həyat onlar üçün artıq idarə edəcəkləri bir mexanizmə çevrilər. Sənət, siyasət, ədəbiyyat, fəlsəfə yaşayaraq yaradılan ünsürlərdir. Hətta bir müddət sonra şeirə belə "əl” atarlar.
Əslində, olduqları yer elə "düşdükləri” məkandır. Qazandıqları bəhər də düşdükləri yerə məxsusdur, burada ilkin məkana aid hansısa haldan söhbət belə gedə bilməz. Vərdişlər onları ayrılıq fikrindən uzaqlaşdırıb. Lap arada ayrılıq fikri olsa belə, onlar nəyə düçar olduğunu anlamalıdırlar ki, yurdlarına dair də nəsə hiss edə bilsinlər. Fəqət bu, ardıcıllara – xələflərə adi deyil, çünki onlar nə baş verdiyini, nəyə varid olduqlarını bilməzlər. Deməli, şahidlik ediləcək bir hal yoxdur. Bax, bu, nazil olmaq deyil, düşməkdir. Düşən üçün düşdüyü yer, əslində, elə olmalı olduğu yerdir, Cəmiyyət və düşüncə buradanbəhs edir, bunu təlqin edir. Məsələn, müəyyən qəlibdən kənara çıxmış fərqli fikir sahibinə "Məcnun” deyir. Onsuz da belə fikir, ya da hiss mövcud deyil, ola bilməz. Lap olsa belə, reallığın fövqündədir, inanılmazdır. Bura və burada olandır həqiqi, qanalı boş şeydir.
Türkiyəli yazar Əli Ömər Ağbulud "Şeir yazmaq qələndərlərin işidir"


















Burada var olmağına belə imkan verilməyən axmaq buranın "hara”, ya da buranın "ora”mı olduğu barədə hər hansı bir qənaətə gələ bilmir. Hətta haradan gəldiyi, bura haradan düşdüyü ilə bağlı müəyyən fikrə sahib olmaq üçün gerçəkliyin fövqündə dayanan bir həqiqətə möhtacdır. O, hardadırsa oranı, bütün olacaqları planlanauyğun bir mexanizm kimi görməkdən ziyadə, tam olacaq ikən heç olmayana köklənib; təzə libaslar geyinib, yeni kimliklər qazanmaqdan çox, yonularaq özündən nələrisə əskiltməklə məşğuldur. Qələndər buranın dünyəvi libaslarını soyunub üryan qalma dərdindədir. Səhv başa düşülməsin, o, dünyanı sevir və ondan qopmağa da niyyəti yoxdur. Çünki onun dünyası elə onu əridəcək, yox edərək özünə "gətirəcək” yerdir. O, burada hicran əzabına düçar olub, deməli, özünə aparan yol da buradankeçir. Bu dünya varlığın yaranma getgəlində aləmlər içrə dolaşan, özündən özünə qayıdış dünyasıdır. Ağ qapıları bağlı, həqiqətin fövündə duran kəlamı şeir olan, xəyal aləmi, simvolizm dünyasıdır. Ayrılıq əzabı və vətən həsrəti ilə asosasiya olunan bu məqamda ancaq simvollarla ünsiyyət qurmaq mümkündür.
Bu halda, şeiri aləm içrə aləm olması deyil, maddilik ayağa salır. Ağıllı görünüb, qıvraq zəka həmlələri ilə burada tamaşaçı qismində qalmağı istəmək şeiri özündən "çıxarır”. Düşüncə axsayanda vəziyyət necə olmalıdır ki? Bu, yüksəlməmiş yığılmağa bənzəyir. Düşərkən ağırlığınızı hiss etməzsiniz, hər şey normal gələr, heç nə səni yormaz. Bu qəziyyə şeirin yerlə bir olmağının xəbərçisidir.
Əslində, hara düşdüyün, nə qədər yol qət etdiyin bir o qədər önəmli deyil. Düşəcəyin yer dərin ola bilməz, axı buranın məsafəsi nə qədər dərin ola bilər ki? Önəmli olan düşməkdən qurtulmaq üçün pənah gətirdiyin "xilaskar” və onun səni sənə gətirməsidir. Yüksəlmək üçün heç nəyə, heç kimə ehtiyacın yoxdur, yerindəsənsə, özündəsən!
Türkiyəli yazar Əli Ömər Ağbulud "Şeir yazmaq qələndərlərin işidir"



























Yüksəlmək ağırlaşmaqdır. Çünki hər şey yüksələnə qatılır, əlavə olunur. Yaxud da əksinə – sükanın əlinizdə olduğu o müdhiş bir sükunət halı hər şeyin öz yerini tapdığı məqamdır. Əslində, hər şeyin öz yerində qərar tutması elə yüksəliş deməkdir. Bəxşedilənin gözəllikləri ilə sərməst olduğumuz hər yer varlığın əsli, özünü kəşf etdiyi Dərgahi-Xudadır. Bura yerdə yersizdir. Bu yer özündədir, özündür. Can İlahi nəfəs ilə öz içində yaranır. İnsanın kamalı, ən uca vəlilik özünü tapmaq, özünü dərk etməkdir, canın gözəlliyi içində mübhəmdir. Can öz içində şeirə sığınır. Dolayısıyla şeiri özündə olanın qət edəcəyi yol yoxdur. Hazırlaşmayın! Səfər yoxdur, sülh çağıdır.
Ağıllının ayıqkən gördüyünü, qələndər gözü qapalı halda görür. Ağıllı yıxılanda ağlını itirər, qələndər yıxılanda özünə gələr. Ağıllı dünyaya düşkündür, qələndər dünyadan uzaq. Qələndər eşqə düşər, ağıllı ayrılığa mübtəla olar. Çıxdığı səfərdə eniş və yoxuşlar arasında vurnuxan, Qürbətə düşən qərib yaxınlıqda mehman olar. Yaxınlıqdan gəlib, yaxınlığa çevirlər. Qələm də bu yaxınlığa bənzəyən səslə dillənər. Ümuminin hissiyyatı qovuşduğu yeri vətən bilər deyə, qürbətin fərqinə varmaz. O, onsuz da qalxmaq istədiyi üçün yıxılıb. Buna görə də yüksəlmək ehtirasından uzaqdır. Onlar yığılmağı etdiklərinin, edəcəklərinin nəticəsi hesab edirlər. Buradan kimisi dünyəvi, kimisi də axirətlə bağlı ümidlər yığar boğçasına. Yıxılmaqdakı yüksəlişi görməyən, candakı İlahi nəfəsi içinə çəkməyən, hər dəm yenidən doğulmayan adəm adamdır sadəcə. Vəssəlam. Budur...
Qələndər hər zaman əlindəkilərdən qaçar, ağıllı isə əlindəkilərə... İnsanın əlindəkilərlə kifayətlənməsi də bihudədir. Əlindəkilərsiz olmaz, fəqət ancaq ovcundakılara baxan göz də görməz. "Neçə bilgi, neçə zəka, neçə-neçə anlayış var ki, şəxsə quldur kəsilər”. "Əlindəkilər” sehrli kəliməsi həm iştah artırar, həm də göz boyayar. Hər şeyi (sənət, siyasət, ədəbiyyat, fəlsəfə) yaradacaq vəhm, güc qazanar. Axmaq əliaçıq olduğundan çoxunu, daha çoxunu vermək istəyir. Qələndərin belə sərgərdan həyatını isə bəşəriyyət anlamaz. Anlaya bilməz. O, naməluma sədaqətlidir.
Abdal deyə damğalanan, buradan olmayan, "fərqli şeylər”dən bəhs etdiyinə görə "şair” adlandırılan Kəlamın əfəndisi belə bir məqamda şövqlə və zövqlə "cənnət əhlinin çoxu qələndərlərdir” buyurur. Zövqlə və şövqlə, eyni həqiqətə inanışla bu abdallığın gətirəcəyi "bütün pislikləri” qəbul edərək deyirik ki, ŞAİRlər ƏDƏBİYYATın CƏFAKEŞİDİR və ŞEİR QƏLƏNDƏRlərin İŞİdir.

Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva. Artkaspi.az


Oxunub: 1 390
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Maraqlı / Xəbərlər

2-06-2018, 08:40

Türkiyəli gəncin mədəsindən çıxanlar həkimləri şoka saldı – FOTO

Manşet / Gündəm / Xəbərlər

22-05-2018, 07:55

İraqda türkiyəli hərbçilərə hücum: ölən və yaralılar var

Manşet / Gündəm / Xəbərlər

27-03-2018, 07:38

Prezident rayonların adını çəkdi - “Məhsuldarlıq aşağıdır...”

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
İran və ABŞ arasında mümkün anlaşmanın detalları
Quru döyüşləri gedir: Ordu iki istiqamətdə hücuma keçib
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
ABŞ və İsrailin başı dərddə - Elə peyk görüntüləri üzə çıxdı ki...
Son xəbərlər
  • Bu gün, 12:27
    Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
  • Bu gün, 11:33
    İran və ABŞ arasında mümkün anlaşmanın detalları
  • Bu gün, 10:21
    Quru döyüşləri gedir: Ordu iki istiqamətdə hücuma keçib
  • Bu gün, 09:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
  • Dünən, 21:18
    Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
  • Dünən, 20:05
    ABŞ və İsrailin başı dərddə - Elə peyk görüntüləri üzə çıxdı ki...
  • Dünən, 19:23
    Azərbaycanda bu ailələrə hər ay “uşaqpulu” verilir – Məbləğ açıqlandı
  • Dünən, 17:23
    BMT Təhlükəsizlik Şurası təcili toplanır - Tarix açıqlandı
  • Dünən, 16:30
    Baş nazirdən müharibə xəbərdarlığı – 27 ölkəyə çağırış etdi
  • Dünən, 15:17
    Xərçənglə bağlı mühüm sınaq: 15 xəstə tamamilə sağaldı
  • Dünən, 14:40
    Azərbaycan üzərindən qurulan plan: Rusiyanı ciddi itki gözləyir
  • Dünən, 13:53
    İsrail ordusuna növbəti tapşırığım… - Netanyahu
  • Dünən, 12:38
    Hər il buna görə 7 milyon insan ölür - ÜST
  • Dünən, 11:42
    Afinadan etiraf: Türkiyə 2030-cu ilə qədər...
  • Dünən, 10:21
    İran Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq etdi
  • Dünən, 09:03
    Bu təbii resept damarları tər-təmiz edir - Mütləq SINAYIN!
  • 30-05-2026, 22:30
    Öz-özünə danışmaq - xəstəlikdir, yoxsa normal hal?
  • 30-05-2026, 21:23
    Yuxusuzluq üçün kəklikotu çayının möcüzəvi faydaları
  • 30-05-2026, 20:12
    Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
  • 30-05-2026, 19:21
    3 ölkədə müəmma yaşanır: Qırıcılar havaya qalxdı, Rusiya hədəf göstərildi
  • 30-05-2026, 18:36
    Bel ölçüsü ürək xəstəliklərinin ən güclü xəbərçisi ola bilər
  • 30-05-2026, 17:34
    Rusiya Ermənistanın qazını kəsdi? - Nazir "denonsasiya məktubu almışıq" deyir
  • 30-05-2026, 16:08
    Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan
  • 30-05-2026, 15:47
    Öd kisəsi üçün 10 faydalı qida və qaydalar
  • 30-05-2026, 14:34
    Şotlandiya məşhur təşəbbüsü dəstəklədi – Birləşmiş Krallıqda nə baş verir?
  • 30-05-2026, 13:22
    Ermənilərin qərarı Putini məcbur buraxa bilər – Paşinyana qarşı Qarabağ planı
  • 30-05-2026, 12:51
    Uşaqlarda diş çıxarma dövrü - Valideynlər nələri bilməlidir?
  • 30-05-2026, 11:33
    Razılaşma üçün ilk addımı ABŞ atmalıdır – Qalibaf
  • 30-05-2026, 10:20
    Ermənistanı İranla qarşı-qarşıya qoyacaq tələb: Cənubi Qafqazda ŞOK ssenari işə düşür
  • 30-05-2026, 09:08
    Çobanyastığı, itburnu və nanə çayı - ağır xəstəlik riskini azaldır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə