Mən İsrail Müdafiə Qüvvələrinə Livanda manevrləri genişləndirməyi tapşırdım. Qüvvələrimiz güclü maneələri keçdilər. Onlar nəzarət altında olan ərazini və Bofort silsiləsini ələ keçirdilər.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“İndi isə mənim tapşırığım Hizbullahın əlində olan ərazilərdə nəzarətimizi dərinləşdirmək və genişləndirməkdir. Biz hərəkətə başlayırıq. Bütün cəbhələrdə - Suriyada, Qəzzada və Livanda əməliyyat keçiririk.
Bu, vaxt aparacaq, amma missiyanı başa çatdıracağıq”, - o bildirib.