Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Avropaya yük daşımalarını artırmağı hədəfləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Ekspertlər ehtimal edirlər ki, bu dəhliz tam şəkildə fəaliyyətə başlasa, Rusiya Asiya ilə Avropa arasında əsas tranzit gücü statusunu itirəcək.
“Yaranmış yeni vəziyyət Rusiya iqtisadiyyatı üçün milyardlarla dollarlıq itkiyə gətirib çıxara bilər”, – kəşfiyyat vurğulayıb.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir.