• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
Bu qidalar stresi azaldır
Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
Bu axşam vərdişi yuxunu pozur
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənistanı İranla qarşı-qarşıya qoyacaq tələb: Cənubi Qafqazda ŞOK ssenari işə düşür

Xəbərlər

30-05-2026, 10:20

Ermənistanı İranla qarşı-qarşıya qoyacaq tələb: Cənubi Qafqazda ŞOK ssenari işə düşür


“ABŞ-ın Cənubi Qafqaz siyasətini Vaşinqtonun Avrasiya məkanı ilə bağlı həyata keçirdiyi strategiyanın vacib elementlərindən biri kimi qəbul etmək olar. ABŞ-ın Cənubi Qafqazda ciddi maraqlarının formalaşmasını şərtləndirən əsas amillər regionun coğrafi yerləşməsi, geostrateji mövqeyi və malik olduğu zəngin enerji ehtiyatlarıdır. Bu amilləri nəzərə alaraq Birləşmiş Ştatlar regionla bağlı prioritetlərini təhlükəsizlik, enerji və islahatlar formatında müəyyənləşdirib”.

Bu sözləri Globalinfo.az-a politoloq Bakir Həsənbəyli ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, həmişə Ağ Ev administrasiyalarının regionla bağlı siyasətində məhz sadalanan prioritetlər üstünlük təşkil edib:

“Vaşinqtonda belə bir qənaət formalaşıb ki, Cənubi Qafqaz dövlətləri ilə hər üç sahədə əməkdaşlığın dərinləşdirilməsi ABŞ-ın və bütövlükdə Qərbin regionda geostrateji maraqlarının təmin edilməsi baxımından əlverişli mühit yaradır. ABŞ üçün Cənubi Qafqazın geostrateji əhəmiyyətini artıran əsas amillər bunlardır: Avrasiya məkanında dəhliz rolunu oynaması, Mərkəzi Asiyaya çıxış nöqtəsi olması, iki rəqibi – Rusiya və İran arasında yerləşməsi.

Vaşinqtonun Cənubi Qafqazla bağlı digər vacib geostrateji marağı bölgədə Rusiya və İran kimi rəqiblərinin təsirini zəiflətmək, əksinə, öz təsirini artırmaqdır. Uzun illərdir ABŞ-ın Rusiya ətrafında yaratmağa çalışdığı geosiyasi məkanda Cənubi Qafqaza xüsusi yer verilir. Cənubi Qafqazın timsalında Rusiya və İran arasında effektiv təhlükəsizlik kəmərinin qurulmasını Ağ Evin regionla bağlı başlıca geosiyasi istəklərindən biri kimi qəbul etmək mümkündür. Vaşinqtonun əsas məqsədlərindən biri Cənubi Qafqaz dövlətlərinin, xüsusilə Ermənistanın Moskvanın təsirindən çıxarılması və Qərblə inteqrasiyasının təmin edilməsidir”.

Politoloq bildirib ki, ABŞ-ın İrəvanla iqtisadi və siyasi əlaqələri son illərdə əhəmiyyətli dərəcədə dərinləşib:

“Bunu Ermənistanın suverenliyini gücləndirən demokratik addım kimi dəyərləndirənlər olsa da, digərləri bunu regionda yeni qütbləşmə riski kimi qiymətləndirir. ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara Ermənistanın da qoşulmasını tələb edir. Çünki Ermənistanın regionda İranla siyasi və iqtisadi əlaqələri yüksək səviyyədədir. Həmçinin Ermənistanın İranla birbaşa sərhədə malik olması ABŞ-ın gələcəkdə İrana qarşı planlarının həyata keçirilməsi baxımından əhəmiyyətlidir. Buradan da aydın olur ki, ABŞ-ın planlarında İranla olan münasibətlərinə görə Ermənistana ayrıca yer verilib. Vaşinqton çalışacaq ki, Tehranla İrəvan arasındakı əlaqələrdə uçurum yaratsın.

bakir hesenbeyli
Bakir Həsənbəyli

Cənubi Qafqazda marionet rolunu oynayacaq ölkə isə Ermənistandır. ABŞ və Rusiyanın Cənubi Qafqazdakı mübarizəsi yeni mərhələyə keçib. ABŞ-ın Ermənistanı Rusiya təsirindən uzaqlaşdırmaq uğrunda mübarizədən qalib çıxmaq şansı hələ ki, çox aşağıdır. Məsələnin ən təhlükəli cəhəti isə Cənubi Qafqazın qlobal geosiyasi güclərin çəkişmə meydanına çevrilməsi ola bilər. ABŞ dövlət katibi Mark Rubionun İrəvana səfəri baş nazir Nikol Paşinyan hakimiyyətinin mövqeyini gücləndirən hadisə idi. Əsasən də Rusiyadan Paşinyanın ünvanına artan hədə və təhdidlər fonunda bu səfər baş nazirin komandasının yalnız olmadığı mesajını verdi. Bu səfərin ardınca ABŞ Prezidenti Donald Trampın açıq mətnlə Paşinyanın komandasını müdafiə edən tezisləri isə rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasətində nə qədər iddialı olduğunu göstərir”.

Politoloq qeyd edib ki, Vaşinqtonla İrəvan arasında intensivləşən siyasi təmaslar, yazışmalar, Avropa İttifaqının Ermənistana artan dəstəyi və Qərbin İrəvanı regionda yeni tərəfdaş kimi təqdim etməsi, əslində Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir:

“Ermənistan tarixən böyük güclərin himayəsində mövcud olmuş, daim hansısa geosiyasi mərkəzin dəstəyi hesabına ayaqda qalmış dövlətdir. Ermənistanın Qərbə doğru sürətli dönüşü və Rusiyadan uzaqlaşmaq cəhdləri Moskva üçün təkcə siyasi problem deyil, həm də strateji xəyanət kimi qiymətləndirilir. Rubionun Ermənistana səfəri də bu kontekstdə xüsusi diqqət çəkir. Vaşinqton anlayır ki, Cənubi Qafqazda geosiyasi balansı dəyişmək üçün Ermənistan ən əlverişli platformadır. İrəvan isə bu maraqlardan istifadə edərək Qərbdən həm siyasi, həm maliyyə, həm də təhlükəsizlik zəmanətləri almağa çalışır.

Rubionun səfəri və Qərbin Ermənistana artan diqqəti, əslində regionda yeni geosiyasi qarşıdurmanın formalaşdığını göstərir. Ermənistan isə yenə də tarixdə olduğu kimi böyük güclər arasında manevr etməyə çalışır. Lakin bu siyasət uzunmüddətli perspektivdə Ermənistanın özünü daha ağır geosiyasi risklərlə üz-üzə qoya bilər. Bu səfər sadəcə diplomatik hadisə deyil. Ermənistanın növbəti geosiyasi istiqamət dəyişikliyinin və ənənəvi siyasi xəttinin göstəricisi kimi qiymətləndirilə bilər”.

Oxunub: 90
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-01-2026, 10:09

Cənubi Qafqaz üçün təhlükə anonsu – Azərbaycanı nə gözləyir?

Xəbərlər

18-10-2024, 19:17

Dünya bölüşdürülür: Makronun Cənubi Qafqaz PLANI

Xəbərlər

19-04-2024, 20:41

Cənubi Qafqazda “balans” pozulub, İran “narahatdır”

Xəbərlər

7-01-2023, 13:05

TƏCİLİ: ABŞ Cənubi Qafqaz siyasətini dəyişir?

Xəbərlər

3-12-2022, 13:34

Ağ Ev Paşinyana daha güvənmir: ABŞ Azərbaycanla strateji tərəfdaşlığa can atır

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Son xəbərlər
  • Dünən, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • Dünən, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • Dünən, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • Dünən, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • Dünən, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • Dünən, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • Dünən, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • Dünən, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • Dünən, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • Dünən, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • Dünən, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • Dünən, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • Dünən, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • Dünən, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
  • 27-07-2026, 20:41
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır
  • 27-07-2026, 19:56
    NATO-nun gələcəyi ilə bağlı bədbin proqnoz: Artıq dağılır
  • 27-07-2026, 18:37
    Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır
  • 27-07-2026, 17:23
    Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
  • 27-07-2026, 16:08
    Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub?
  • 27-07-2026, 15:18
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 27-07-2026, 14:05
    Türkiyənin "F-16"ları havaya qaldırılır - "Döyüşən Şahin"lərə hansı tapşırıq verilib?
  • 27-07-2026, 13:43
    Futbol üzrə dünya çempionatı Azərbaycanda – Sərəncam
  • 27-07-2026, 12:06
    Ağciyər rezeksiyası nədir?
  • 27-07-2026, 11:21
    İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
  • 27-07-2026, 10:43
    İsrail bu şəhərdə əməliyyatları genişləndirir
  • 27-07-2026, 09:07
    Beyin sağlamlığı üçün faydalıdır: Zərərli hesab edilən iki qidanın sirri
  • 26-07-2026, 22:33
    Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
  • 26-07-2026, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə