Göy üzünün 12 hissəyə bölünməsilə alınan 360 dərəcəlik bürclər qurşağına Zodiak deyilir. "Zodiak"/zōdiacuslatın d . “canlı varlıq”, ζῳδιακὸςκύκλος (zōdiakos kyklos) yunan sözü olub, "heyvanların dairəsi/dövrəsi" deməkdir. Zodiakda 12 bürc yerləşir -Əkizlər, Tərəzi, Dolça, Qız, Oğlaq, Şir, Qoç, Xərçəng, Balıqlar, Əqrəb, Oxatan, Buğa. Bu bürclər astrologiyanın əsasını qoydu, təqvimlər yarandı, riyaziyyat, həndəsə, astronomiya elmi inkişaf etdi. Maraqlıdır ki, Günəş ilboyu məhz onların fonunda yerini dəyişir və hər bürcdə təqribən 1 ay olur. Astrologiya ilə yaxından tanış olduqda görürük ki, inanclarla, kultlarla, psixologiya ilə, anatomiya, sosiologiya, yaradılışla əlaqəli nəzəriyyələrlə əlaqəlidir və astrologiyanın da bir fəlsəfəsi var. Bu gün həyatımızda olan ritualların, inancların bir çoxu elə astrologiya ilə bağlıdır. 21 martda demək olar ki, dünyanın əksər ölkələrində keçirilən Bahar Bayramı buna misaldır. 21 mart Günəşin, Qoç bürcünə girdiyi tarixdir və həmin gün yeni il kimi qəbul edilir. 21 mart yeni il kimi ilk dəfə Şumerlərdə qəbul edilib. Eyni zamanda astrologiya, zodiak təsvirləri, 12 bürc, ilkin astronomiya; Yaxın Şərqdə/Mesopotamiyada yaranıb. Yuxarıda vikipedik mənbələrə əsasən qeyd etdik ki, Zodiak; “heyvanların dairəsi/dövrəsi” deməkdir. Əgər həqiqətən belədirsə - Tərəzi, Qız, Dolça, Oxatan, Əkizlər bürcünün heyvanla nə əlaqəsi? Bəlkə “Zodiak”ın mənasını; onu yaratmış olan Yaxın Şərqdə axtaraq?
Zodiak sözünün kökü olan Zod/Sod ifadəsinin; Oğuz/Türk tayfalarının adında olmasını da unutmayaq. Zod Göyçə Mahalında kənd və çay, Zod Kutaisi quberniyası, Zod tayfası Buryatlarda, Zod aşırımı Kəlbəcərdə (II əsr Klavdi Ptolomey yazır: “Sod tayfasının yaşadığı Sodikene ərazisi”. Tarixçinin bu tayfanın Alban çarı Ərənin nəslindən olduğunu yazması göstərir ki, bu tayfa türk mənşəli idi. Çünki hökmdar Ərənin adı türk dillərində olan; ”Ərən“/“igid” sözündəndir), Zedazen monastrı Gürcüstanda Araqvi çayı sahilindədir. “Zod” qədim türk dillərində sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri deməkdir. Türkiyədə Gazi Osman Paşa kəndi: Vikipedik məlumatlara görə ”Köyün əski adı Zodudur. Köyün ən qədim yerli sülaləsi isə çotolardır. Zodu isminin Avar xanı Zod xandan gəlməsi versiyası da var. Tarixi 1830- cu illərə dayanan, Qafkazdan gələn Çərkəz, Avar (Maarula) və Türk əsillilərdən ibarət olan Zodu köyünün adı; Gazi Osman Paşanın bu köydə doğulduğu üçün; onun şərəfinə ismi də Gaziosmanpaşa köyü olaraq dəyişdirilmişdir”. Zod sözündə; “Od” sözü də gizlidir. Od; yalnız istilik demək deyil. Onun da bir ziyası, işığı var. Dilimizdə işığı və istiliyi ifadə edən “köz/közərmək”, “qızartı”, “qızmar”, “qızdırma” sözü, işıltı, işıq vermək, nur, aydınlıq kimi mənaları bildirən “Ziya” sözü var. “Zo” söz kökü bir sıra xalqların dilində günəş anlamındadır. “Su” Hamburq, Mursi, Suri, Kati (Əfqanıstan) dilində, “Suu” Lombard, “So” Liquriya, “Zu” Niger dilində günəş deməkdir. Osmanlı türkcəsində isə “Zu” kimi səslənən, aydınlıq, işıq mənasında olan söz var. “İzae - İzaet” isə aydınlatmaq, ziya vermək. İzzət ali, ulu, uca, Zu'ban isə (Tək halda: Zi'b) Canavarlar, qurdlar deməkdir.
”Züzülö -Türk və Altay mifologiyasındə adı keçən nəhəng Quşdur. Ona Zuzulo da deyilir. Qanadını vurunca külək əsər. An”zud”; Şumerlərdə şirbaşlı, insanlarla tanrılar arasında əlaqə yaradan, ilahi bir quşdur. Sümerlərdə Anzuddan əlavə “Zu” adlı bir fırtına çıxaran quş da vardır. Sümer mifologiyasında əslində fırtına Tanrısı olan “Zu” yeraltında yaşar və istədiyində quş qılığına girərək qanadıyla fırtınalar çıxarır. Astroloji bürclərin adlarında yer almış “Zu” söz kökü bu günə qədər qalmaqdadır. İlk yeni ilin başlanğıcı hesab edilən bürc “Qoç”dur. Qoç yeni doğulanda “Quzu” adlandığı məlumdur. 21 martda, yaz gecə gündüz bərabərliyində yeni ili qarşılayan şumer insanları bir illik “Quzu” qurban kəsərlərmiş. Bu periodda yeni hökmdar seçilərdi. Hakimiyyətə iddialı olan gənc oğlan; əvvəlki hökmdarı ədalətli döyüşə çağırmalı idi. Gənc yeni həyatın, əvvəlki hökmdar isə köhnəlmiş qüvvələrin simvolu idi. Bütün hallarda bu ritual döyüşü qurban hesab edilirdi. Ya taxt taca iddialı olan gənc ölə bilərdi, ya da taxt- tacın əvvəlki sahibi. Əgər taxt - taca gənc adam sahib olardısa, onun da öz növbəsində gələn il gələcək; gənc iddialının əlində ölmək ehtimalı var idi. Şumer gil kitabələrdəki təsvirlərdən məlum olur ki, sonradan bu ritual; quzu qurbanı ilə əvəz edilmişdi. Qoç/Quzu bürcü Şumerlərdə “Lu Hanqa” yəni “Könüllü”; ”lu” yəni “insan”, Hanqa/Han/Qan/Can/Könül demək idi. Cənub Qərbi Asiyada; Myao–Yao dil ailəsində günəş ”Hano”adlanır. Qoç/Quzu- Mifologiyada müqəddəs canlı hesab edilib. Şumerlərdə ən başda dayanan qoç başı taleh tanrısı Eanın, Finikiyada məhsuldarlıq və Göy tanrısı Vaal Hamonun, Qərbi Semit Od və İldırım tanrısı Raşapın simvolu idi. Tibetlilərdə “Bütün Sabdaqların anası”, üzündə səksən qırışı olan cadukər qadın; qoç belində gəzərmiş, Skandinav ildırım tanrısı Tor; Qoç qoşulmuş arabada gəzərmiş, Qızıl qoyun; Hermesin atributudur, qədim Keltlərdə qoyun məhsuldarlığın, İnduizmdə tanrı Aqninin simvolu idi. Makedoniyalı İsgəndər Qoç buynuzlu təsvir edilib. Koroğluya Qoç Koroğlu deyilib. Titanida Reya övladlarını Kronosdan qorumaq üçün; onları qoyun sürüsünün içərisinə qatıb döqqətdən yayındırmışdı. Odissey və onun ətrafındakılar mağarada olarkən, təpəgöz Polifemdən qoyunların köməkliyi ilə xilas olmuşdular. Yunanıstanda “qoyun/qoç”; tanrıça Gera və Dionisə həsr edilmişdi. Antik Yunanıstanda “Qoç”; Pan və Afroditaya, İtaliyada Yupiterə, Yunonaya, Marsa, Yanusa qurban edilirdi. Xristianlıqda Quzu; İsa peygəmbərin simvollarından biridir. Əsasən Günəş rəmzi olan Qoyun/Qoç bürcü astrologiyada yeni ilin başlanğıcını bildirir. Şimali Amerikada yaşayan yerli əhali günəşə “Kizes/Gizes/Kizis”, Şərqi Sudanda günəşə “Xon”, Xakas, Kazax d. “Kun”, Xalaclarda “Kin/Kun”, İnklərdə “Kon”, bizdə və bir sıra Türk xalqlar da “Gün” deyilir ki, buradan belə nəticəyə gəlmək olar ki, “Quzu və qoyun” sözündə “Gün/Günəş” sözü gizlidir. Qoçdan sonra gələn bürc; “Buğa” bürcüdür - 21 aprel – 21 may. “Buğa/Sığır/Öküz” eyni canlılardır. Məhsuldarlıq rəmzi olan“Buğa” bürcündən günəş keçdikdə; şumerlər evlənməyə üstünlük verərdilər. Finikiya kralı Agenorun qızı Avropanı qaçırmaq üçün Zeus Buğa cildinə girir və Avropanın atasına məxsus otlaqda otlayır. Avropa buğanı görərək sevib oxşayır və onun başına çiçəklərdən çələng taxır. Zeus; Avropanı belinə alaraq, Aralıq dənizinin qarşı sahilindəki Krit adasına qaçırır. Zeus Tanrıları və insanları yaratmış, şimşək və ildırıma nəzarət edən Gök tanrıdır və onun adında da bir “Ze/Z” işıq, enerji gizlənir. “Zu” Niger, Konqo, “Zua” Tanzaniyada,“Sa/Se” Kamerunda, Kəşmirdə,“Su” Udeylərdə günəş deməkdir . Günəş “Ekizlər” bürcündən 22 may - 22 iyun tarixində keçir. Həmin vaxt Sin və Nerqal adlanan qardaşlar yer altında doğulmuş sayılardılar. Sin göyləri, Nerqal isə yeraltı dünyanı idarə edərmiş. Ekizlər əksər xalqların mifologiyasında yer alıb, dualistik bir mənası var. Həm Ağ, həm də Qara qüvvələri özündə birləşdirir. Romul və Rem, Ahura Mazda və Anqramaynyu, Kain və Avel kimi. Ekiz sözündə; “eki/iki” və “iz” sözləri, yeraltı dünyanı idarə edən Nerqalın adında isə “er/ir/yer/jer” sözünün variasiyası olan “Ner” və qalmaq feli gizlidir. “Xərçəng” bürcü 22 iyun – 22 iyul. Hor tanrısı Xərçəng epoxasında doğulub və çarlıq edib. Xur/Xor/Hor günəş deməkdir və həmin gün ilin ən uzun gündüzü hesab edilir. Şir bürcü 23 iyul- 23 avqust; Şir günəşin rəmzlərindən biridir və Qədim Şumerdə Çar Gilqameşin şərəfinə gənclər arasında yarışmalar keçirilərdi. Qalib gələn Gilqameşin özü kimi güclü Şir hesab edilərdi. “Qız” bürcü; 24 avqust- 22 sentyabr. Həmin tarixdə yeraltı aləmdə Dumuzini axtaran İnanna bir nəticə əldə etmədən yer üzünə qayıdır. Günəş ekvatora yaxınlaşdıqda, payız gecə gündüz bərabərliyində, 12 saat gecə; 12 saat gündüz olaraq 22 sentyabrda tarazlıq, ədalət adına uyğun bir məqamda Günəş “Tərəzi bürcü”ndən keçir 23 sentyabr – 23 oktyabr. Əqrəb/Aq Rəb bürcü 24 oktyabr – 22 noyabr. Qədim Misir mifologiyasında İsidanı və yaralı Hor tanrısını əqrəblər Setdən qorumuşdu. Herakl qorxunc hidra ilə savaşarkən onu zəhərli bir əqrəb sancmaq istəyir; Hera tanrıçası həmin əqrəbi göylərə qaldırıb ulduza çevirir və Heraklı ölümdən qurtarır. “Oxatan” bürcü 23 noyabr – 21 dekabr; Şumerlər həmin ayı Pabilsaq eposunun qəhrəmanı ilə əlaqələndirirlər, hansı ki, qəhrəman əlində ox ilə təsvir edilib. Yunanlara görə isə; Müdrik kentavr, mifik qəhrəmanların müəllimi, işığın və həyatın mənbəyi olan sonsuz Xaosda oxuyaraq gəzən Xiron ilə bağlıdır. “Ox” isə günəş şüalarının, torpağı mayalandıran yağışın, gücün, enerjinin, impulsun simvoludur. “Oğlaq” bürcü 22 dekabr – 20 yanvar. Şumerlər Balıqkeçi deyərdilər. Balıq Enkinin simvolu, keçi isə insan nəslinə taleh xəbərləri gətirəndir. Qədim Yunan mifologiyasında isə Krit adasında Zeusu bəsləyən keçi Amalfeya ilə bağlıdır. Zeus onu göydə ulduz dəstinə çevirdiyinə inanılır. Katolik kilsəsi 25 dekabrda; İsa peyğəmbərin doğum gününü qeyd edir. Onlara görə ən uzun qış gecəsində dünyasını dəyişmiş hökmdarlar dirilib qayıdarlarmış. Ən uzun qış gecəsindən sonra sıfır dərəcə bucaq altına düşmüş günəş yüksəlməyə, günəşli, işıqlı günlər isə uzanmağa başlayar. Su səpən 21 yanvar- 18 fevral. Günəş bu bürcə daxil olan zaman Mesopatomiyada güclü yağışlar yağardı. Su səpən/Dolça bürcünün simvolu kimi uzun saçlı, uzun saqqallı, əlindəki su qabından böyük su şırnağı axan nəhəng kişi təsvir edilərdi. Balıqlar bürcü 19 fevral – 20 mart. Şumerlərin təqvimində sonuncu ay olan və balıqlar bürcünə təsadüf edən bürcə; Quyruq da deyərdilər. Su Xaosunun sərhəddində olan bürcdəki balıqlar; digər həyata və mühitə keçə bilirdilər. Zodiak sözündə bir “ak/aq/ağ” sözü də gizlidir. Axı Zodiak ulduzlardan ibarətdir və hər bir ulduz özündən ağ işıq saçır, həm də tükənməz işıq, enerji mənbəyi olan Günəş bir il ərzində, bu bürclərin hər birində bir ay olmaqla keçir. Zodiak sözündə; “Zu” İşıqlı, Ziyalı, Şölə saçan; “Ak”; ”Aq/Ağ”, “Di/De” isə tanrı sözünün qısaldılmış və ya gizlin forması olması mümkündür. Altaylar tanrıya “Tenqeri”, Monqollar “Tenger”, Çuvaşlar “Tura”, Şumerlər “Dingir”, Xakaslar “Ter”, Tuvinlər “Deer” deyir. Miken dilində “di-we” Qədim Slavyan dilində “Diy/Dıy” Zeusun adlarından biridir. Həm də “Dıy” sözü; Rus dilində olan “gün, yəni den” sözünə bənzəyir. ”Dyaus”/“Dyeus” prohind avropalılarda Veda dinində “gündüz/səma/göy” tanrısı; Baş tanrıdır. “Deva” Buddzmdə tanrısal varlıqlardır. “Astroloji Zodiak”; İşıqlı, Ak Tanrının, saat əqrəbi hərəkətinin əksi istiqamətində 12 bürcdən keçməsidir. Ən işıqlı göy cismi isə həyat mənbəyi olan günəşdir. “Su” Hamburq, mursi, Suri, Kati (Əfqanıstan), “Suu” Lombard, “So” Liquriya,“Zu” Niger,“Sol” Qədim Latın, İsland, İsveç, Dat, Araqon, Qalisiya, İsland, İspan, İtalyan, Katalon, Kastil, Ladino, Farer, Venesiya, Neapolitan, dillərində, “Solntse” isə Rus d. günəş deməkdir. Yer kürəsinin bir epoxadan; digərinə keçməsi 2148 il çəkir, yəni biz hazırda balıq epoxasını yaşayırıq. Balıq epoxası başlayanda İsa peyğəmbər dünyaya gəlib. Ona görə də “balıq” onun alleqorik obrazı sayılır. Bəzi xalqlar yer kürəsinin; kitlərin, delfinlərin üzərində dayandığına inanırlar. Buryatların dünya görüşünə görə dayaq funksiyası daşıyan balıqlar okean dibində hərəkət edən zaman zəlzələlər yaranır. Həm də astrologiyada “Balıq” bürcü də var. Əfsanəyə görə köpüklərdən yaranmış Afrodita ilə Eros; qorxunc varlıq Tifondan qorxaraq özlərini Fərat çayına atırlar və balığa çevrilirlər. Daha sonra Zeusun qızı Afina tərəfindən bir-birinə tərs yöndə dayanmış, iki balıq şəklində, birinin başı şimala tərəf, digərinin başı isə cənuba tərəf dayanmış olan ulduz dəstinə, yəni balıq bürcünə çevrilirlər. Triton; Poseydon ilə Amfitritanın oğludur. Beldən yuxarısı insan, beldən aşağısı isə balıqdır. Dənizin dibində; ata və anası ilə birlikdə, qızıl sarayda yaşayır. Əfsanəyə görə Arqonavtlara Ağ Dənizə necə çıxmağın yolunu göstərmiş olduğu deyilir. Altay mifologiyasında; Tanrı Ulgen bəzi təbiət hadisələrini hər zaman yanında olan üç balıqla idarə edir. Şumer su tanrısı Enki çayları və bataqlıqları ayıraraq balıqları qoruyub. Çin, Hind və bir sıra xalqların mifoloji əfsanələrdə də balıq mövzusuna xüsusi bir yer ayrılıb. Balıq; saflıq və etibarlılıq rəmzi kimi Məryəm ananın, İisus Xristosun rəmzidir. Denderah Zodiakı - Qədim Misirdə Denderahda olan Hathor/Xathor məbəd kompleksinin tavanında həkk edilmiş və Osirə/Azərə həsr olunmuş bir barelyefdir. Hazırda Parisdə Luvr muzeyində olan bu barelyef; Con X. Rocersin xarakterizə etdiyi kimi desək: “Qədim Səmanın əlimizdə olan yeganə tam xəritəsidir ki, daha sonralar qurulmuş astronomik xəritələr onun əsasında qurulmuşdu”. Qurani Kərimdə; göyüzünə (Buruc, 85/1; Târık, 86/1), günəşə (Şems, 91/1), aya (Şems, 91/2), gecəyə (Leyl, 92/1), sabaha (Fəcr, 89/1), səhərə (Duhâ, 93/1), zamana (Əsr, 103/1), ulduza (Nəcm, 53/1), havaya (Zariyat, 51/1) and içilir.
F. Rüstəmova.” Hor sivilizasiyası və onun günümüzdə izləri” kitabından.