ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna məsələsinə görə Almaniya ilə əlaqəni müvəqqəti dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Atlantic” nəşri Almaniya Silahlı Qüvvələrinin general-leytenantı Kristian Froydinqə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər arasında kommunikasiya problemləri hələ yay aylarının ortalarından başlayıb.
Buna ABŞ-ın Ukraynaya göstərdiyi yardımın bir hissəsini dayandırmaq qərarı səbəb olub.