Ukraynada 2 milyondan çox insan hepatit C və B viruslarına yoluxub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirini əvəz edən Ulyana Suprun Hepatitə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, hər il təxminən 3 min insan hepatit C və B viruslarına yoluxur. Nazir əvəzi əhalini hepatit xəstəliyi ilə bağlı müayinə olunmağa çağırıb. Çünki insanlar bilmədən bu xəstəliyin daşıyıcıları ola bilərlər.