Rusiya koordinasiyalı təxribat kampaniyası aparmaq üçün "Troya atları" şəbəkəsi yaradıb.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti üç Avropa kəşfiyyat orqanlarının hazırkı və keçmiş əməkdaşlarına istinadən məlumat yayıb.
Narahatlıq həssas obyektlərin yaxınlığında daşınmaz əmlak əməliyyatlarından qaynaqlanır.
Qəzetin məlumatına görə, əmlak alışlarının arxasında Rusiya kəşfiyyat xidmətlərinin dayandığı iddia edilir. Məqalədə deyilir ki, sövdələşmələr yay evləri, bağ evləri, anbarlar, tərk edilmiş məktəblər, şəhər mənzilləri və bütöv adaları əhatə edir. "The Telegraph"ın mənbələri əmlakların müşahidə bazaları kimi istifadə edilə biləcəyini bildiriblər. Qəzetin məlumatına görə, hətta Rus Pravoslav kilsələri də narahatlıqlarını bildirirlər.
“Əgər bunu 15 il əvvəl qeyd etsəydiniz, insanlar sizin Tom Kruzun çoxlu filminə baxdığınızı deyərdilər. Artıq hər şey dəyişib”, - mənbə bildirib.
Nəşrin mənbələrindən biri Rusiyanın, NATO-nun sözdə "boz zona"da qətiyyətini sınaya biləcəyini iddia edib. Başqa bir mənbə əlavə edib ki, Avropanın vacib infrastrukturu çox həssasdır. Buna görə də o, bu cür sövdələşmələr məsələsinin tez bir zamanda həll edilməsini müdafiə edib.