• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanların ən tez tükəndiyi peşələr
Dünyanın qızıl qan qrupu - Azərbaycanda varmı?
İrana ağır zərbə: ABŞ ordusu Hörmüzü blokadaya almağa başladı
NATO-nu dağıtmaq üçün Trampın 5 ssenarisi – Bacaracaq?
Gənclər bu simptomları ciddiyə almır – Həkimlər xəbərdarlıq edir
Qaraciyər sirrozu: hansı analiz və müayinələr vacibdir?
Hizbullah Livan hökumətinin İsrail ilə danışıqlara getməsinə qarşı çıxdı
Tramp istəyinə çatdı: Bu tankerlər “Hörmüz”dən keçdilər
Hansı daha düzgündür: yeməkdən əvvəl, yoxsa sonra su içmək?
Avropa Ukraynanın ilə bağlı acı həqiqəti qəbul edib? - Disendən KRİTİK AÇIQLAMA
Çin İranı silahlandırır: Bu raketləri göndərəcək
Həddindən artıq alma yeməyin fəsadları
Yatmaq üçün ideal saat aralığı açıqlanıb
Beyin silkələnməsinin gizli əlamətləri məlum olub
İslamabaddakı danışıqlar nə qədər davam edəcək?
Gəmiləri silahlarla yükləyirik, danışıqlar uğursuz olsa... - Tramp
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
Kortizol dalğası: Sosial media mifləri və reallıqlar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SON DƏQİQƏ: Qaz və elektrik enerjisinə qoyulan limit LƏĞV EDİLİR? - AÇIQLAMA

Xəbərlər

7-03-2019, 12:23

SON DƏQİQƏ: Qaz və elektrik enerjisinə qoyulan limit LƏĞV EDİLİR? - AÇIQLAMA

Millət vəkilləri belə bir qərarın vacibliyini bildirir
Qış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bəzi rayonlarda havalar hələ də şaxtalı keçir. Həm paytaxtda, həm də bölgələrdə mərkəzi istilik sistemi olmayan mənzillərin qızdırılması üçün təbii qazdan istifadə olunur. Rayonlarda, kəndlərdə əksər aztəminatlı ailələrin evlərində kombi sistemi olmadığından təbii qazla işləyən İran sobaları, "ceyran peç”i və sair vasitəsilə evləri qızdırmağa çalışırlar.

Nəticədə ilin əvvəlində qaz limitini tükətmiş olurlar. Məlum olduğu kimi, təbii qazdan istifadə ilə bağlı qiyməti 10 qəpik olan 300 kubmetrlik limit bitəndən sonra, 1 kubmetr qazdan istifadə 20 qəpikdən hesablanır. Bu vəsaiti ödəyə bilməyən kəndlilər isə qaz xəttini bağlayaraq, meşələrə üz tutur, ağacları qıraraq, odun yandırmağa başlayırlar.

Bununla bağlı əldə etdiyimi məlumatlar var, aztəminatlı insanlar artıq nə elektrikdən, nə də qazdan istilik məqsədilə istifadə edə bilmirlər. Çıxış yolu isə təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitin ləğv edilməsi və əhalin aşağı qiymətlə təbii qazdan , elektrik enerjisindən istifadəsidir. Elə ekspertlər , millət vəkilləri də bunu təklif edirlər.

Milli Məclisin Fazil Mustafa mövzu ilə bağlı "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması üçün belə bir qərar verilə bilər: "Hökumət çalışmalıdır ki, vətəndaşın həyat səviyyəsi yüksək olsun. Əgər gəlirlər normal olarsa, o zaman odun yandırmağa ehtiyac qalmaz. Ancaq vətəndaşın gəlir səviyyəsi aşağıdır. Son dövrlər nə qədər əmək haqları və pensiyalar qaldırılsa da, dünya standartları ilə müqayisədə yaşam şərtləri regionda çox bərbaddır. İnsanlar çox vaxt ən sıradan tələbatlarını ödəməyə pul əldə edə bilmirlər. Ona görə də, belə bir güzəştli addımın olması faydalı olardı. Çünki hazırda çox insan bu yüksək qiymətlərdən və limitin az olmasında əziyyət çəkirlər. Mən özüm də limitlərin aradan qaldırılması məsələsini Mili Məclisdə qaldırmağa çalışacağam. Bu həm maraqlı təklifdir, həm də vətəndaşın marağına uyğun olan təklifdir. Hökumətin də buna imkanları yetərlidir. Belə bir iradə də var, son vaxtlar sosial qərarlar ardıcıl olaraq verilir. Bu kontekstdə müəyyən bir nəticəyə varmaq olar”.

Milli Məclisin deputatı Fəzail Ağamalı da "Yeni Müsavat”a danışarkən vurğuladı ki, belə bir qərar xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar: "Vaxtilə bu məsələ müzakirə olunanda mən təklif etmişdim ki, artırılmasa daha yaxşı olar. Çünki rayonlarda, kəndlərdə qaza qənaət edən kombi sistemi yoxdur. Evləri qızdırmaq üçün d aha çox peçlərdən istifadə olunur, nəticədə qaz çox istehlak olunur. Limiti keçdikdən sonra isə qiymət ikiqat hesablanır. Bir sıra hallarda isə vətəndaşlar bu vəsaitin ödənməsində çətinliklə üzləşirlər. Yaxşı olardı ki, Tarif Şurası da dövlət başçısının humanist siyasətini və Azərbaycan xalqının həyat şəraitinin yüksəldilməsi istiqamətindəki addımlarına söykənərək belə bir qərar versin. Bu xalq tərəfindən çox böyük rəğbətlə qarşılanar”.

F.Ağamalı onu da vurğuladı ki, qazın qiymətinin artırılması müəyyən dərəcədə sahibkarlar üçün də çətinlik yaradıb: "Vaxtilə emal müəssisəsi qazın qiyməti artmazdan öncə 30 min manat ödəyirdisə, indi 60 min manat ödəyir. İstixanalarda oktyabrdan başlayaraq mart ayının sonuna kimi qazdan istifadə olunur. Elə müəssisələr də var ki, il boyu istifadə olunur. Bu da onların məsrəflərini çoxaldır və mənfəət götürməkdə onlara problem yaradır. Belə çətinliklər var. Ayrı-ayrı ölkələrin təcrübəsində belə bir praktika da var ki, gecə verilən təbii qazın qiyməti ilə gündüz verilən qazın qiymətində fərqlər var. Bu güzəştlər də tətbiq oluna bilər. Tarif Şurası da limitləri ləğv edərsə, bu da sahibkarlığın daha geniş inkişafına səbəb ola bilər. Xüsusi olaraq sənaye müəssisələrində, kənd təsərrüfatı müəssisələrində işlədilən qazın qiymətinin müəyyən qədər azalmasına gətirib çıxarar”.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə açıqlamasında qeyd etdi ki, enerji böyük istehlak təbəqəsi üçün əlçatan olmalıdır: "Əgər əlçatan deyilsə, o zaman ya enerjidən istifadə azalır, istehlakçılar alternativ enerji növləri axtarırlar. Hökumət hər zaman bu məsələyə diqqət etməlidir. Çünki enerji daşıyıcılarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Hökumətin birinci vəzifəsidir ki, daim monitorinq eləsin və şəhərlərdə, bölgələrdə, kəndlərdə əhalinin yaşam səviyyəsində, maddi vəziyyətinə uyğun olaraq çevik qiymət siyasəti yürütsün. Əks təqdirdə, insanlar bölgələrdə ağacları qırıb yandırmağa başlayacaqlar. Hökumət bir tərəfdən gəlir əldə edirsə, digər tərəfdən onun təbiətinə, başqa resurslarına ziyan dəyir. O baxımdan bu məsələdə qızıl orta tapılmalıdır. Azərbaycanda bu qiymət məsələsi o zaman ortaya atıldı ki, 2016-cı ilin son rübündə ölkəmiz təbii qazı idxal etməyə başladı .Bunun nəticəsində ötən ilin dövlət büdcəsindən Dövlət Neft Şirkətinə 250 milyon manat vəsait ayrıldı. əgər indi Azərbaycan bu qazı idxal etmirsə, ən azı bu limitin həcmini artırsın”.

Ekspert onu da qeyd etdi ki, bu məsələdə diferensial yanaşma da ola bilər: "Çünki şəhər tipli evlərin qızdırılmasında nisbətən az enerji istifadə olunsa da, kənd yerlərində evlərin qızdırılması və təsərrüfatda istifadə üçün daha çox qaz sərf olunur. Bu məsələdə diferensial yanaşma da ola bilər. Ermənistanda elektrik enerjisi fevralın 1-dən təqribən 50 faiz ucuzlaşdı, gündüz tarifləri 40 dramdan 30 drama, gecə tarifləri isə 30 dramdan 20 drama düşdü. Bu ölkədə sayğaclar ikili tarif sistemilə işləyir, gecə və gündüz tarifləri var. Bu da elektrik enerjisindən daha səmərəli və daha qənaətli istifadəsinə imkan verir. Onlar öz pullarını xərcləmədən, Avropa qurumlarından qrant alaraq bunu həyata keçirdilər. Ona görə də, Azərbaycanın qarşısında çoxlu imkanlar və alətlər var. Bunu tətbiq edərək enerjidən daha səmərəli istifadəni formalaşdıra bilərlər”.

Enerji sahəsi üzrə ekspert onu da vurğuladı ki, qiymət dəyişsə də, keyfiyyətdə dəyişiklik yoxdur: "Hər dəfə qiymət artanda bunu geniş bir abzasla izah edirlər ki, yeni qiymət keyfiyyətin artmasına və sairə səbəb olacaq. Ancaq sonradan heç bir dəyişiklik hiss etmirik. İqtisadiyyat Nazirliyi bununla bağlı monitorinqlər keçirməlidir. Araşdırmaq lazımdır ki, qiymətlərin birdən-birə 50 faiz artımından hökumət nə qədər qazanır. Ancaq heç kim belə bir araşdırma aparmır”.
7News.Az

Oxunub: 2 555
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-01-2019, 00:04

SON ANDA!!! Qazın limiti ilə bağlı əhaliyə VACİB XƏBƏR - Mütləq məlumatınız olsun!

Xəbərlər

30-12-2018, 00:07

SON DƏQİQƏ!!! Kasıblrın ürəyindən olan ŞAD XƏBƏR - Rəsmi

Xəbərlər

28-11-2018, 21:50

SON ANDA!!! Bu rayonların əhalisinə ŞAD XƏBƏR: aztəminatlı adamlar üçün...

Manşet / Maraqlı

28-08-2018, 12:39

Kababın gözlənilməz təhlükəsi açıqlandı

Manşet / Gündəm / Xəbərlər

6-04-2018, 08:34

Mənzillərin güzəştli satışına başlanıldı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanların ən tez tükəndiyi peşələr
Dünyanın qızıl qan qrupu - Azərbaycanda varmı?
İrana ağır zərbə: ABŞ ordusu Hörmüzü blokadaya almağa başladı
NATO-nu dağıtmaq üçün Trampın 5 ssenarisi – Bacaracaq?
Gənclər bu simptomları ciddiyə almır – Həkimlər xəbərdarlıq edir
Qaraciyər sirrozu: hansı analiz və müayinələr vacibdir?
Son xəbərlər
  • Dünən, 22:38
    İnsanların ən tez tükəndiyi peşələr
  • Dünən, 21:11
    Dünyanın qızıl qan qrupu - Azərbaycanda varmı?
  • Dünən, 20:36
    İrana ağır zərbə: ABŞ ordusu Hörmüzü blokadaya almağa başladı
  • Dünən, 20:36
    NATO-nu dağıtmaq üçün Trampın 5 ssenarisi – Bacaracaq?
  • Dünən, 18:12
    Gənclər bu simptomları ciddiyə almır – Həkimlər xəbərdarlıq edir
  • Dünən, 15:42
    Qaraciyər sirrozu: hansı analiz və müayinələr vacibdir?
  • Dünən, 14:08
    Hizbullah Livan hökumətinin İsrail ilə danışıqlara getməsinə qarşı çıxdı
  • Dünən, 13:24
    Tramp istəyinə çatdı: Bu tankerlər “Hörmüz”dən keçdilər
  • Dünən, 12:42
    Hansı daha düzgündür: yeməkdən əvvəl, yoxsa sonra su içmək?
  • Dünən, 10:30
    Avropa Ukraynanın ilə bağlı acı həqiqəti qəbul edib? - Disendən KRİTİK AÇIQLAMA
  • Dünən, 10:19
    Çin İranı silahlandırır: Bu raketləri göndərəcək
  • Dünən, 09:11
    Həddindən artıq alma yeməyin fəsadları
  • 11-04-2026, 22:00
    Yatmaq üçün ideal saat aralığı açıqlanıb
  • 11-04-2026, 21:16
    Beyin silkələnməsinin gizli əlamətləri məlum olub
  • 11-04-2026, 20:21
    İslamabaddakı danışıqlar nə qədər davam edəcək?
  • 11-04-2026, 19:32
    Gəmiləri silahlarla yükləyirik, danışıqlar uğursuz olsa... - Tramp
  • 11-04-2026, 18:03
    Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
  • 11-04-2026, 17:30
    Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
  • 11-04-2026, 16:24
    Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
  • 11-04-2026, 15:48
    Kortizol dalğası: Sosial media mifləri və reallıqlar
  • 11-04-2026, 14:26
    Əfqanıstanda dəhşət: Parkda insanlar güllələndi
  • 11-04-2026, 13:34
    İranda hakimiyyət dəyişikliyi xalq üsyanı ilə olacaq – Rza Pəhləvi
  • 11-04-2026, 12:52
    Dişdəki plombu tez zamanda məhv edən məhsullar açıqlanıb
  • 11-04-2026, 11:11
    Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?
  • 11-04-2026, 10:19
    27 mindən çox şəxsə giriş qadağan edildi - Aİ sərhədlərində yeni qaydalar
  • 11-04-2026, 09:03
    Bağırsaqların "düşmən"i olan QİDALAR
  • 10-04-2026, 22:04
    Kosmosun dərinliklərində YENİ ÜMİD: 146 işıq ili uzaqlıqda "2-ci Yer" tapıldı
  • 10-04-2026, 21:45
    Ürək döyüntüsünü necə azaltmaq olar? - 4-7-8 nəfəs alma üsulu
  • 10-04-2026, 20:14
    Qalib nə ABŞ, nə də İrandır – Dünya bu ölkədən danışır
  • 10-04-2026, 19:40
    İranın ABŞ bazasına ağır zərbəsi – Sağ qalanlar danışdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə