Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın nəticəsində ərazidəki təcili yardım briqadalarına 22 müraciət daxil olub.
Ailehekimiklinikasi.az xəbər verir ki, bu barədə publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, müraciət edənlərin 8-nə yerindəcə yardım göstərilib.
“14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onlardan 5-i hospitalizasiya edilib və vəziyyətiləri orta ağır qiymətləndirilir. Digərlərinə ambulator qaydada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 2 nəfər isə həkimə qədər ölüm olub”.