Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya hələlik onun irəli sürdüyü 20 bəndlik sülh planına rəsmi cavab verməyib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Kiyev bu məsələ ilə bağlı yalnız ABŞ-la məsləhətləşmələr aparır və yaxın günlərdə Moskvanın mövqeyinin aydınlaşacağını gözləyir.
Zelenski əlavə edib ki, “Şahed” tipli kamikadze dronlar Ukraynanın hava hücumundan müdafiə sistemlərini aşaraq Belarus ərazisindən istifadə olunmağa başlayıb. Prezidentin sözlərinə görə, Rusiya tərəfi Ukraynanın hava müdafiə vasitələrinin yerləşdiyi mövqeləri görür və marşrutları texniki imkanlardan, o cümlədən Belarus ərazisindən istifadə etməklə müəyyənləşdirir.