ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir.
Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian X hesabında yazıb.
İran prezidenti bildirib ki, bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır:
“Sülhə qarşılıqlı anlaşma sayəsində nail olunacaq. İran hər zaman bütün dünyada sülhə, tərəqqiyə və regional əməkdaşlığa sadiq olub”.