Polşa Almaniya arasında yeni hərbi əməkdaşlıq sazişi üzrə danışıqlarda diqqətçəkən dəyişiklik baş verib.
Publika.az xəbər verir ki, Polşa Almaniya ilə imzalanacaq yeni hərbi əməkdaşlıq müqaviləsinə əlavə təhlükəsizlik zəmanətlərinin daxil edilməsinə razılıq verməyib. Bu barədə PAP məlumat yayıb.
Məlumata görə, saziş çərşənbə günü Varşavada imzalanacaq və sənədə iki ölkənin müdafiə qurumlarının rəhbərləri imza atacaq. Yeni sənəd Polşa ilə Almaniya arasında son 15 ildə qüvvədə olan müdafiə üzrə çərçivə müqaviləsini əvəz edəcək.
Almaniya tərəfi sənədə genişləndirilmiş müddəalar daxil etməyi və Şimali Atlantika Müqaviləsi Təşkilatı i və Avropa İttifaqı çərçivəsində mövcud olan mexanizmlərə bənzər təhlükəsizlik zəmanətlərini rəsmiləşdirməyi təklif edib. Lakin Varşava bu təşəbbüsü qəbul etməyib.
Nəticədə, sənəddə yalnız tərəflərin mövcud öhdəlikləri – o cümlədən NATO və Avropa İttifaqı çərçivəsində üzərlərinə götürdükləri məsuliyyətlər əks olunacaq. Əlavə təhlükəsizlik zəmanətləri isə sazişə daxil edilməyəcək.
Bununla belə, yeni sənəd praktiki hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Xüsusilə Almaniyanın mühəndis hərbi bölmələrinin Polşa ərazisində “Şərq Qalxanı” layihəsi çərçivəsind8ə fəaliyyət göstərməsi planlaşdırılır.