“MOSSAD-ın rəhbəri David Barnea İsrail hökumətinə Yəmənin “Ənsarullah” (husilər) qruplaşmasının əvəzinə İrana zərbə endirilməsi təklifini irəli sürüb”.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Bildirilir ki, Barnea Təl-Əvivin güclü mübarizə aparmalı olduğunu deyib.
“İrana zərbə endirmək lazımdır. Əgər biz yalnız husilərə hücum etsək, onların qarşısını ala bilməyəcəyik”, – Barnea qeyd edib.
İsrail mətbuatı MOSSAD rəhbərinin təklifini dəstəkləyənlərin olduğunu yazıb. Əksər hərbçilər və güc strukturlarının bu fikrə qoşulduğu vurğulanıb.