“Mossad”-ın başçısı David Barnea ABŞ-a səfər edib.
İsrailin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri səfəri zamanı İranın nüvə proqramı ilə bağlı ən son məlumatları rəsmi Vaşinqtona təqdim edəcəyini açıqlayıb.
O, İsrailin Tehrana qarşı sanksiyaları sərtləşdirmək tələbini ABŞ-a çatdıracağını bildirib.
Barneanın sözlərinə görə, hazırda İran nüvə proqramını tam sürətlə davam etdirdiyi zaman, Vyana danışıqlarında iştirak edərək dünyanı aldatmağa çalışır.
Mənbə: TRT