• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir
Vensdən öncə 20 təyyarə gəldi - ABŞ İrana Ermənistandan hücum edəcək?
Pezeşkian Azərbaycanın müdafiəsinə qalxdı
Qan təzyiqi dərmanı içənlər bu 5 qidadan uzaq dursun - Mütəxəssis XƏBƏRDARLIĞI
Zəngəzurda uran mübarizəsi - Ermənilər ABŞ-ın bölgədəki əsas planından qorxur
Daşları yerindən oynadacaq həmlə: dolları nə gözləyir? – İqtisadçı açıqladı
Mənfi düşüncələrdən qurtulmaq üçün sadə üsul
Qafqazda 18 il sonra ilk: Bakı narahat oldu, İrəvan səssiz qaldı – Hədəf nədir?
FBI Epşteynlə bağlı genişmiqyaslı araşdırma apardı – İnanılmaz nəticə
30 yaşdan sonra xərçəngə qarşı yoxlanın – Onkoloq
Sabah Bakıya qar yağacaq
Gözlənilən müharibələrlə bağlı mühüm proqnoz
Maddələr mübadiləsini sürətləndirən qədim içki - Xüsusilə də acqarına
Axşam 21:00-dan sonra yemək – qaraciyərdə fibroz yaradır
İran parlamenti ABŞ-a görə toplanır: nazir də gələcək
Yaponiyada seçkilər: Takaiçi qalib gəlir
Zelenskidən Ərdoğanı qəzəbləndirən addım: Ankaranın cavabı ağır olacaq
"Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
Gündə nə qədər protein qəbul etməliyik?
Kardioloqlar heç vaxt bu qidaları yemir – Siyahı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Cənubi Qafqazda böyük ayrılıq: Gözlənilmədən geri çəkildilər

Xəbərlər

27-09-2024, 10:27

Cənubi Qafqazda böyük ayrılıq: Gözlənilmədən geri çəkildilər


Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Həm ABŞ, həm də Avropa Birliyindən Gürcüstana təzyiqlər artmış kimi görünür. Ölkə rəsmiləri və keçmiş baş nazir Bidzina İvanişviliyə sanksiya məsələsi gündəmdədir. Hətta BMT Baş Assambleyasının sammiti üçün Nyu-Yorka gedən Baş nazir İrakli Kobaxidzenin adını ABŞ Prezidenti Co Bayden və digər rəsmilərin qəbuluna yazmaqdan imtina etdilər. Nə baş verir?

- Gürcüstan-Qərb əlaqələrinin indiki mənzərəsi geosiyasi faktorlarla bağlıdır. Gürcüstan həmişə Qərb, xüsusən də ABŞ üçün Cənubi Qafqazda əsas tərəfdaş kimi nəzərdən keçirilib. Ən azı 2000-ci illərin əvvəllərindən başlayaraq, Gürcüstan həm Saakaşvili, hətta ondan sonrakı İvanişvili dövründə Qərbə inteqrasiya prosesində iştirak edib.

Halbuki Qərbdə bilirlər ki, İvanişvili birbaşa Kremlə bağlı adamdır, faktiki Rusiya oliqarxıdır. Amma Qərbə inteqrasiya prosesi İvanişvili dövründə də davam etdi. Müəyyən bir mərhələdə, xüsusən də Ukraynada savaş başaladıqdan sonra isə geosiyasi maraqlar toqquşanda Gürcüstan öz xarici siyasətində korrektlər etməyə başladı. İlk növbədə, Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina elədi, digər yandan, Ukraynaya qarşı açıq çıxışlara keçdi. Bu da faktiki olaraq, onu dəstəkləyən Qərbə qarşı getmək demək idi. Qərb-Gürcüstan münasibətləri buradan korlanmağa başaldı.

Başqa sözlə, Kobaxidzenin adının Baydenlə görüşdən çıxarılması təsadüfi deyil, bütün bu qarşıdurmanın nəticəsidir.

Bu, təkcə nəticə də deyil. Vaxtilə Rusiyada qəbul edilmiş “Xarici agentlər haqqında” qanunun bənzərinin Gürcüstanda qəbul edilməsi ciddi qarşıdurma və vətəndaş etirazları yaratdı. Ayrı məsələdir ki, bu etirazlar Qərbdən dəstəklənirdi və bunu açıq şəkildə edirdilər. Çünki hesab edirdilər ki, həmin qanunun qəbulu ilə Gürcüstanda Rusiyadakına bənzər ictimai-siyasi modelə keçiləcək. Hətta o zaman Gürcüstana xəbərdarlıq da edildi ki, Avropa Birliyi üzvlüyünə namizəd statusundan məhrum edilə bilər. Halbuki Gürcüstan bu statusu İvanişvili dövründə əldə etmişdi, Saakaşvilinin yox.

Nəticə göz qabağındadır. Artıq Gürcüstan Qərbdən ayrılır və açıq şəkildə Rusiya düşərgəsinə keçir. Buna görə də, təkcə Kobaxidzenin adını ABŞ-dakı rəsmi görüşlərdən çıxarmayıblar, çox güman ki, Gürcüstan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız gediş-gəlişləri də ləğv olunacaq.

Gürcüstan illərdir Avropa Birliyindən böyük maliyyə yardımı alırdı, bu da ləğv ediləcək. Hətta artıq ölkə rəsmilərinə sanksiyalar da tətbiq olunmağa başlayıb. O cümlədən “Xarici agentlər haqqında” qanununa etirazlar ətrafında olan həbsləri həyata keçirən, istintaq aparan məhkəmə və hüquq mühafizə orqanlarının əməkdaşlarının siyahısı da hazırlanıb. İstisna deyil ki, “Gürcü Arzusu”nun lideri İvanişvilinin özünə də sanksiyalar tətbiq edilsin.

Hər şey Gürcüstanın Rusiya yolunu seçməsindən irəli gəlir. Bu fonda Tiflisdə Abxaziya və Cənubi Osetiya ilə bağlı qəribə açıqlamalar verilir. Məsələn, Abxaziya və Osetiydan üzr istənilməsi və sair kimi. Guya bununla ərazi bütövlüyünü bərpa eləməyə çalışırlar. Halbuki Rusiya hazırda Abxaziyada hərbi dəniz bazası tikir. Faktiki olaraq, Gürcüstan böyük layihələrdən çıxdı, xüsusən də Qərb və Çinin istəklərinə uyğun olan projelərdən. İlk növbədə də, Orta dəhliz layihəsindən çıxmış oldu. Çünki Orta dəhliz layihəsi Rusiyanın marağında deyil.

Gürcüstan tam Rusiyanın diktəsi altında düşməklə Qərbi itirdi. Qərb də göstərir ki, mənim müttəfiqim deyilsənsə, sənə münasibətim rəqibin müttəfiqinə olan münasibətim kimi olacaq.

Bu, Cənubi Qafqaz siyasətinə təsirsiz ötüşmədi. Məhz Gürcüstanın bu yolu tutmasından sonra Amerikada elan elədilər ki, Zəngəzur dəhlizi onlar üçün də əhəmiyyətlidir. Yəni faktiki olaraq, Qərbdə Gürcüstanı Orta dəhliz layihəsindən çıxarıb, Ermənistanın daxil edilməsi nəzərdən keçirilir. Qalan heç nə dəyişmir, sadəcə Orta Asiya, Xəzər dənizi, Azərbaycan və Türkiyəni əhatə edən Orta dəhliz bu dəfə Gürcüstan yox, Ermənistan üzərindən keçir. Görünən bunlardır.

- Ermənistanda da Baş nazir Nikol Paşinyan qarşı Rusiyadan həmlələr var. Kremlə bağlı radikal qüvvələr oktyabrın əvvəlində hakimiyyət dəyişikliyi məqsədilə Paşinyan hökumətinə qarşı itaətsizlik aksiyalarına başlayacaqlar. Bu proses necə bitəcək?

- Paşinyana hücumlar mütəmadi olaraq təşkil edilir. Amma görünən budur ki, hələlik Paşinyanın opponentlərinin, yaxud Kremlə bağlı qüvvələrin resursları yetərli deyil. Əslində, bu, 44 günlük müharibə və uğurlu antiterror əməliyyatının nəticəsidir.

Ermənistan cəmiyyətinin böyük hissəsi özünə qayıtdı və anladı ki, bu gün əsas götürdüyü narrativlər və siyasi kursla uğur qazanmaq mümkün deyil. Əslində, Ermənistanın həmin uğursuzluğunun arxasında 30 il aparılmış danışıqlarda Azərbaycan ərazilərinin qaytarılmasını sabotaj etmiş “Qarabağ klanı” dayanır, yəni Köçəryan və Sərkisyan hökumətləri.

Maraqlıdır ki, hakimiyyətdə olduğu 6 il ərzində Paşinyana qarşı yeni opponent və ya siyasi qüvvə meydana çıxmayıb. Bir keşişi ortaya atdılar, o da sonda həm özü, həm də erməni kilsəsini nüfuzdan saldı. Hər kəs başa düşür ki, arxasında kimlər durur, oyuncaq fiqurdur.

Paşinyan da siyasətini düzgün qurub, sözdə də olsa, Azərbaycanla sülh və Türkiyə ilə normallaşmadan danışır. Amma Paşinyanın ABŞ-dakı son addımı – Nyu-Yorkda yerləşən Türk Evində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü cəsarətli idi. Xatırladım ki, Türk Evi rəsmi dövlət qurumudur, Türkiyənin Baş Konsulluğunun binasıdır. Bu, bir erməni lider üçün kifayət qədər cəsarətli addım idi. Görünür, Ermənistan cəmiyyətində aqressiv reaksiya olacaq.

Paşinyan KTMT və Rusiya ilə bağlı da çox neqativ fikirlər səsləndirir. Bilirsiniz ki, artıq Ermənistanda orta məktəblərdə rus dili təhsil proqramından çıxarılıb və xarici dil kateqoriyasına daxil edilib. Ermənistan bütün addımaları ilə Gürcüstana əks siyasət yürüdür.

Əlbəttə, Rusiya bunun qarşısını almağa cəhd edir. Seçki yolu ilə ala bilmədi, indi Rusiyanın yeganə yolu hakimiyyəti zorakı yolla dəyişməkdir. Amma görünən budur ki, onun üçün resurslar yetərli deyil. Düşünmürəm ki, qarşıda baş verənlərin real nəticəsi olacaq. Ermənistanla Azərbaycan arasında hərbi təxribatlar törətmək və digər üsullarla İrəvanda hakimiyyət dəyişikliyi, ən azı, indiki dövrdə qeyri-mümkün kimi görünür.

- Bir məsələ də Zəngəzur dəhlizi məsələsinin Rusiya və İran arasında fikir ayrılığına səbəb olması ilə əlaqəlidir. İran niyə strateji tərəfdaşı Rusiyanın nəzarətinə qarşı çıxır? Maraqlıdır ki, eyni iddiada olan ABŞ və ya Avropa Birliyinə İrandan sanki etiraz yoxdur. Son dövrlərdə İranla ABŞ arasında yumşalma meylləri belə bir iddianı da gündəmə gətirib ki, Tehran və Vaşinqton məsələ barədə bir başqa anlaşma əldə edib. Bu da Hindistan-İran-Ermənistan-Gürcüstan (Qara dəniz) dəhlizi ilə bağlıdır. Bu iddia hələlik erməni mənbələrində dolaşır. Siz bu yöndə baş verənlərlə bağlı nə deyə bilərsiz?

- Mənə elə gəlir ki, Zəngəzurla bağlı Tehran-Moskva əlaqələrinin, xüsusən də İranın təşəbbüsü ilə gərginləşməsi başqa səbəbdən qaynaqlanır. Bu, Yaxın Şərqdəki vəziyyətlə bağlıdır.

Məsələ budur ki, hazırda İsrail İranın Yaxın Şərqdəki proksilərini sıradan çıxarmaqla yanaşı, həm də çalışır ki, Tehranın özünü münaqişəyə cəlb eləsin. Bura məqsəd təkcə İranı ABŞ-la toqquşdumaq deyil, həm də bunun üzərindən Amerikada keçiriləcək seçkilərin nəticələrinə təsir eləməkdir. İsrail Baş naziri Benyamin Netanyahu dəfələrlə ABŞ-ın daxili siyasətinə müdaxilə edib. Hətta vaxtilə Trampın uğurla dəstəklənməsində də Netanyahu və onun lobbisinin də rolu olmuşdu. Bundan sonra hakimiyyətə gələn Demokratlar İsrailə yönəlik xeyli fərqli siyasət yürütməyə başladılar.

İranın Rusiya ilə belə bir “konflikt” görüntüsü yaratmasına gəlincə, düşünmürəm ki, bu məsələdə Tehranla Moskva arasında strateji ziddiyyətlər var.

Birincisi, İran xarici siyasətini şaxələndirmək istəyir. İkincisi, İran Yaxın Şərqdə böyük müharibədən qaçmaq və ABŞ-la toqquşmaqdan yayınmaq məqsədilə belə bir oyun qurub, Avropa və Amerikaya loyallıq nümayiş etdirir. Bu, Avropa və ABŞ üçün də əlverişlidir. ABŞ-ın indiki administrasiyası hazırkı məqamda Yaxın Şərqdə hansısa müharibəyə cəlb olunmağın seçkini uduzmaq demək olduğunu yaxşı anlayır.

Faktiki olaraq, burada İran və ABŞ arasında sinxron siyasət yürüdülür. İstisna eləmirəm ki, bu konturlar ABŞ-dakı seçkilərdən sonra dəyişəcək. İran da İsrailə münasibətdə yenidən aqressivləşəcək, hətta ola bilsin, birbaşa hərbi müdaxilə də həyata keçirilsin. Bundan sonra Rusiya ilə münasibətlərini də asta-asta nizamlayacaqlar. Bunun arxasında Zəngəzurla bağlı ziddiyyətin olduğunu qəbul edirəm, amma əsas səbəb bu deyil.

Bəli, İran bəyan edir ki, ona Ermənistanla əlaqələr lazımdır, amma Zəngəzur dəhlizi bu baxımdan Tehranı təcrid eləmir. İran rəsmilərinin bəyanatlarında belə bir ifadə də var: “Ermənistan İran üçün Qərbə çıxış deməkdir”. Əgər İran Ermənistanı “Qərbə çıxış” kimi nəzərdən keçirirsə, demək, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olması Tehranın maraqlarına cavab vermir.

Amma düşünmürəm, İranda sadlövhcəsinə hesablayıblar ki, Qərblə münasibətlər belə asanlıqla bərpa olunacaq. Buna hələ çox var.

- Azərbaycan da ən müxtəlif istiqamətlərdən təzyiqlər qarşısındadır. Bütün bu prosesləri nəzərə aldıqda, nələrin baş verdiyini söyləmək olar, Cənubi Qafqaz niyə böyük güclərin hədəfindədir və yerdəki maraq toqquşmaları nə ilə nəticələnə bilər?

- Əslində, bu baş verənlər Azərbaycan üçün də çətinliklər yaradır, seçim imkanlarını məhdudlaşdırır. Rusiya Zəngəzur dəhlizi məsələsində Azərbaycanı tərəfdaş kimi görmək istəyir. Rusiya anlayır ki, bu dəhliz Azərbaycansız mümkün deyil. Rusiya-İran quru əlaqələri yalnız Azərbaycan üzərindən mümkündür. Rusiyadan Azərbaycana verilən təkliflər əsasən bununla əlaqəlidir.

Qərb də Zəngəzur dəhlizinin Azərbaycan-Türkiyə-Ermənistan formatında açılmasını istəyir. ABŞ rəsmiləri bunu açıq şəkildə bildiriblər. Bu çərçivədə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəyirlər.

Rusiyanın sülh məsələsinə münasibəti mənfidir. Çünki sülh müqaviləsi imzalansa, Ermənistan-Azərbaycan münasibətləri yeni fazaya keçəcək, bu da elə Zəngəzur dəhlizi məsələsinin Bakı-Ankara-İrəvan formatında həlli demək olacaq. Rusiya da bunların heç birini istəmir. Bu, durumu çətinləşdirir. Hesab edirəm ki, bütün oyunçular bir kənara qoyularaq, sülh müqaviləsi Azərbaycan və Ermənistan arasında – ikitərəfli formatda imzalanmalıdır.

Ən azı, çərçivə sazişi imzalana bilər, orada niyyətlər, iki ölkənin hansı öhdəlikləri götürdüyü ifadə olunmalıdır. Məsələ əsasən ərazi iddialarının olmaması və təhlükəsizlik təminatları ilə bağlıdır. Bunları ikitərəfli qaydada çözmək mümkündür. Bu durumda Qərb və Rusiya da təsir edə bilməyəcək.

İstənilən bir ölkəyə təsir və təzyiq iki yolla mümkündür: xarici (müharibə, separatçılıq və sair) və daxili amillərlə. Bunların heç biri Azərbaycanda yetərli deyil. Ermənistan müharibəyə getməyəcək. Azərbaycana müharibə açmaq Ermənistan üçün növbəti fəlakət olardı. Daxildə də nə Rusiya, nə də Qərbin o resursları var ki, Azərbaycanda sabitliyi pozsunlar. Rusiyanın var, amma bunlar siyasi resurslar deyil, daha çox casus şəbəkəsidir, bunun isə qarşısını almaq asandır.

Başqa sözlə, kənar təzyiq və təhdidlərdən yayınmaq üçün Zəngəzur dəhlizini Türkiyə-Azərbaycan-Ermənistan formatında açmaq lazımdır. Amma bundan öncə ikitərəfli formatda gələcək sülh müqaviləsinin çərçivə sazişi imzalanmalıdır. Bu halda bütün proseslər bitəcək. Əlbəttə, pozucu cəhdlər olacaq, amma uğurlu olacağını düşünmürəm.

Cənubi Qafqaza artan qlobal marağa gəlincə, Yaxın Şərqdə baş verənlərdən sonra nəzərdə tutulan Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin, ən azı, uzun müddət üçün tarixə qovuşması regionu daha önəmli mövqeyə gətirir. İndi ona alternativ olan xətt Şərq-Qərb dəhlizi Cənubi Qafqaz üzərindən keçir, belə də olmalıdır.

Bundan başqa, Rusiyanın buna alternativ kimi nəzərdə tutduğu Şimal-Cənub dəhlizi də bu bölgədən keçir. Buna görə də, Cənubi Qafqazda qlobal maraqların toqquşması baş verir. Amma hər bir halda, Rusiya burada təklənmiş vəziyyətdədir. Çünki Şərq-Qərb dəhlizində Çin də, Türkiyə də, Qərb də maraqlıdır, görünən budur ki, İran da maraq göstərməyə başlayıb.

Bu durum Rusiyanı təkləyir. Bunun səbəbi Rusiyanın Ukrayna ilə müharibədə gücünün hara qədər olduğunun görünməsidir.

Oxunub: 217
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-09-2024, 10:29

İvanişvili Rusiya kəşfiyyatına işləyir: ABŞ-dan ŞOK İTTİHAM - Sanksiya gəlir

Xəbərlər

6-09-2024, 20:41

Rusiya ilk addımı atdı - Abxaziya və Osetiya Gürcüstana qaytarılır

Xəbərlər

11-07-2024, 17:05

“Boz kardinal” hərəkətə keçdi – Tbilisi bu əraziləri geri qaytarır?

Xəbərlər

2-02-2024, 15:31

Bir təlimatla Tiflisdə anlaşdılar – “Qərb Bakıdan da bunu istəyir”

Xəbərlər

2-02-2023, 15:32

Qafqazda Ukrayna ssenarisi – Bu ölkəyə müdaxilə ediləcək

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir
Vensdən öncə 20 təyyarə gəldi - ABŞ İrana Ermənistandan hücum edəcək?
Pezeşkian Azərbaycanın müdafiəsinə qalxdı
Qan təzyiqi dərmanı içənlər bu 5 qidadan uzaq dursun - Mütəxəssis XƏBƏRDARLIĞI
Zəngəzurda uran mübarizəsi - Ermənilər ABŞ-ın bölgədəki əsas planından qorxur
Daşları yerindən oynadacaq həmlə: dolları nə gözləyir? – İqtisadçı açıqladı
Son xəbərlər
  • Bu gün, 21:09
    Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir
  • Bu gün, 20:49
    Vensdən öncə 20 təyyarə gəldi - ABŞ İrana Ermənistandan hücum edəcək?
  • Bu gün, 19:20
    Pezeşkian Azərbaycanın müdafiəsinə qalxdı
  • Bu gün, 18:35
    Qan təzyiqi dərmanı içənlər bu 5 qidadan uzaq dursun - Mütəxəssis XƏBƏRDARLIĞI
  • Bu gün, 17:55
    Zəngəzurda uran mübarizəsi - Ermənilər ABŞ-ın bölgədəki əsas planından qorxur
  • Bu gün, 16:17
    Daşları yerindən oynadacaq həmlə: dolları nə gözləyir? – İqtisadçı açıqladı
  • Bu gün, 15:24
    Mənfi düşüncələrdən qurtulmaq üçün sadə üsul
  • Bu gün, 14:50
    Qafqazda 18 il sonra ilk: Bakı narahat oldu, İrəvan səssiz qaldı – Hədəf nədir?
  • Bu gün, 13:31
    FBI Epşteynlə bağlı genişmiqyaslı araşdırma apardı – İnanılmaz nəticə
  • Bu gün, 12:42
    30 yaşdan sonra xərçəngə qarşı yoxlanın – Onkoloq
  • Bu gün, 11:07
    Sabah Bakıya qar yağacaq
  • Bu gün, 10:22
    Gözlənilən müharibələrlə bağlı mühüm proqnoz
  • Bu gün, 09:00
    Maddələr mübadiləsini sürətləndirən qədim içki - Xüsusilə də acqarına
  • Dünən, 21:40
    Axşam 21:00-dan sonra yemək – qaraciyərdə fibroz yaradır
  • Dünən, 20:52
    İran parlamenti ABŞ-a görə toplanır: nazir də gələcək
  • Dünən, 19:48
    Yaponiyada seçkilər: Takaiçi qalib gəlir
  • Dünən, 17:10
    Zelenskidən Ərdoğanı qəzəbləndirən addım: Ankaranın cavabı ağır olacaq
  • Dünən, 16:31
    "Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
  • Dünən, 15:42
    Gündə nə qədər protein qəbul etməliyik?
  • Dünən, 15:38
    Kardioloqlar heç vaxt bu qidaları yemir – Siyahı
  • Dünən, 14:53
    Səfəvilər haqda fransız rahib 17-ci əsrdə nələr yazıb?..
  • Dünən, 13:25
    7 ölkənin lideri Pezeşkiana zəng etdi: detallar üzə çıxdı – Siyahıda Azərbaycan da var
  • Dünən, 12:42
    Ağciyər emboliyasını müalicəsi edən cihaz kəşf edildi
  • Dünən, 11:06
    İran bu iki ölkəni məlumatlandırdı: ABŞ ilə danışıqlar...
  • Dünən, 10:20
    12 min çox əsgər, minlərlə dron… – Rusiyanı qorxudan proses başlayır
  • Dünən, 09:08
    Ət yeyənlər daha uzun yaşayırlarmı?
  • 7-02-2026, 22:14
    Səssiz evliliklər: Bitməyən, lakin yaşanmayan münasibət
  • 7-02-2026, 21:19
    Ayaqda spazmlar – damarların tutulduğunu göstərir
  • 7-02-2026, 20:49
    Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?
  • 7-02-2026, 19:22
    Rusiyadan konkret cavab: Bu qoşunlar Ukraynaya girməyəcək!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə