ABŞ Prezidenti Donald Tramp Pakistanda İranla sülh danışıqlarının uğursuz olacağı təqdirdə Amerikanın hərbi əməliyyatlara başlaya biləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, o, bu barədə "Nyu York Post" qəzetinə verdiyi müsahibədə deyib.
"Təxminən 24 saat ərzində biləcəyik. Tezliklə biləcəyik. Gəmiləri ən yaxşı sursatla, indiyə qədər istehsal olunmuş ən yaxşı silahlarla - hətta əvvəllər istifadə etdiyimiz hər şeydən daha yaxşısı ilə yükləyirik", - deyə o bildirib.