• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
Bu bitki yağı bədəndə iltihabı azaldır
İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

NATO-nu dağıtmaq üçün Trampın 5 ssenarisi – Bacaracaq?

Xəbərlər

12-04-2026, 20:36

NATO-nu dağıtmaq üçün Trampın 5 ssenarisi – Bacaracaq?


Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, Yaxın Şərqdə gərginlik, İrana qarşı ABŞ və İsrailin hücumu NATO ilə Vaşinqton arasındakı ziddiyyətləri pik həddə çatdırıb. Ağ Evin rəhbəri Donald Tramp Alyans üzvlərini ona lazımı dəstək verməməkdə ittiham edib, NATO-nu ciddi şəkildə zəifləmiş və Birləşmiş Ştatların son dərəcə etibarsız tərəfdaşı adlandırıb. Bu azmış kimi, o, ABŞ-ni NATO-dan çıxaracağı ilə hədələyib. Hesab edilir ki, Tramp İkinci Dünya Müharibəsindən sonra qurulmuş qlobal təhlükəsizlik sisteminin əsas faktorlarından birini sarsıtmaq xəttini götürüb.

Trampın NATO antipatiyası

Yeri gəlmişkən, NATO-nu günahlandırmaq hazırkı Ağ Ev rəhbərinin uzun müddətdir davam edən vərdişidir. İlk səlahiyyət müddətində də Tramp müdafiə xərclərini artırmağı tələb etməklə Avropa liderlərini təhdid etmişdi. Nəticədə o, buna nail oldu. Tramp ilk dəfə 2017-ci ildə NATO-nu islahatlara ehtiyacı olan "köhnəlmiş" təşkilat kimi təsvir edib. Elə həmin il əvvəlcə mediada, sonra isə rəsmilərin açıqlamalarında onun alyansı məhv etmək üçün çalışdığı barədə fərziyyələr ortaya çıxdı. İndi Tramp eyni şey barədə açıq danışıb. Son bir neçə gün ərzində o və komandası dəfələrlə ABŞ-nin hərbi blokdan çıxma ehtimalının ciddi şəkildə nəzərdən keçirildiyini təkrarlayıblar. ABŞ lideri əlavə edib ki, heç vaxt NATO-nu dəstəkləməyə meylli olmayıb: “Mən həmişə bilirdim ki, NATO sadəcə kağız pələngdir".

Tramp hazırda NATO-nun Yaxın Şərqdə hərbi əməliyyatlara dəstəyinin olmamasından narazıdır. İspaniya, Böyük Britaniya və Fransa hökumətləri ABŞ-yə İrana qarşı əməliyyatlar aparmaq üçün hərbi bazalarından və hava məkanlarından istifadə etməsinə icazə verməkdən imtina ediblər.

ABŞ Prezidentini ciddiyə almırlar

Bəs Trampın bəyanatı Avropada necə qarşılanıb? Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ Prezidentinin təhdidləri ilə bağlı narahatlığını bildirib. O qeyd edib ki, NATO-da "heç kim amerikalıları əvəz edə bilməz". Dövlət liderləri isə ABŞ Prezidentinə daha ehtiyatla cavab veriblər. Trampın hərəkətlərini tez-tez tənqid edən Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ liderinə zəng etdiyini və onunla "konstruktiv söhbət" apardığını söyləyib. Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin NATO-dan çıxması ilə bağlı "çox danışıq" olmasından şikayətlənib. "Bir ittifaqa qoşulduğunuz zaman öhdəliklərinizi yerinə yetirirsiniz; onları hər səhər nəzərdən keçirmirsiniz, bunu edəcəyinizi və ya etməyəcəyinizi demirsiniz", - Makron deyib.

ABŞ-nin NATO-dan çıxması realdırmı?

Yeri gəlmişkən, hərbi blokdan çıxma prosesinə başlamaq üçün Tramp əvvəlcə Senatın üçdə ikisinin təsdiqini almalıdır. Hazırda o, buna yaxın deyil. Üstəlik, NATO-dan çıxmaq ideyası hətta Respublikaçılar Partiyasının Senat fraksiyası tərəfindən də ciddi etirazla qarşılanıb. Məsələn, Konnektikutdan olan respublikaçı senator Kris Kuns və Kentukki senatoru Miç Makkonnell birgə bəyanat yayıblar. Bəyanatda Senatın Müdafiə Komitəsinin ABŞ-nin NATO-dan çıxmasına yönəlmiş hər hansı addıma qarşı çıxacağı barədə xəbərdarlıq edilib.

Bəs ABŞ Prezidentinin hansı variantları var?

Birinci ssenariyə görə Tramp NATO-nun ünvanına hədələri, tənqidləri gücləndirəcək. İkinci ssenari əngəl yaratmaqdır. Tramp xüsusi səy göstərmədən NATO müttəfiqlərinin durumlarını çətinləşdirə bilər. Müəyyən mənada bu, artıq baş verir. Üçüncü ssenari - ABŞ qoşunlarının Avropadan çıxarılmasıdır. Hazırda Köhnə Dünyada 31 daimi bazada və 19 hərbi obyektdə 67 500-dən 85 minə qədər ABŞ hərbi qulluqçusu yerləşdirilib. Burada Trampın manevr imkanları məhduddur: 2025-ci il qanununa əsasən, o, Avropada 76 min hərbi qulluqçu saxlamalıdır.

Kral Birləşmiş Müdafiə Tədqiqatları İnstitutunun baş müdafiə eksperti və keçmiş NATO rəsmisi Ed Arnoldun sözlərinə görə, əgər Tramp qanunla nəzərdə tutulan maksimum 9 min əsgəri Avropadan çıxarsa, bu, Şimali Atlantika alyansına "hiss olunan" zərər vuracaq, lakin fəlakət olmayacaq. Avropa müttəfiqləri ABŞ əsgərlərini əvəz edə bilər. Lakin Arnold bu ehtimalı yetərsiz sayır. Çünki Tramp Avropada hərbi texnika və şəxsi heyətin mövcudluğunu qorumaqda maraqlıdır ki, lazım gəldikdə onları münaqişə olacağı təqdirdə tez bir zamanda yerləşdirmək imkanı olsun.

Dördüncü ssenari ABŞ-nin NATO-dan “yumşaq" çıxışıdır. Tramp rəsmi tərk etmə qərarı olmadan da alyansı diz çökdürə bilər. Sonuncu, beşinci ssenari alyansdan "sərt" çıxışdır. NATO-dan rəsmi çıxış üçün mürəkkəb hüquqi maneələri dəf etmək lazımdır: texniki olaraq Tramp Senatın üçdə ikisinin dəstəyini almalı, bundan sonra alyansın təsis müqaviləsinin 13-cü maddəsinin icrasına keçməlidir. Bu proses isə bütöv bir il çəkəcək.

ABŞ Prezidenti beynəlxalq müqavilələrdən birtərəfli qaydada da çıxa bilər. Necə ki, onun qərarı ilə ABŞ 2020-ci ildə hava gəmilərinə qarşılıqlı nəzarət haqqında Açıq Səma Müqaviləsini tərk etmişdi. Rəsmi olaraq ABŞ məhkəmələri belə qərarları bloklaya bilər, amma adətən məhkəmə hakimiyyəti xarici siyasətə müdaxilə etmək istəmir. ("Kaspi" qəzeti)

Oxunub: 68
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-04-2026, 10:44

Tramp NATO-dan çıxır? Onda Çinə uğurlar!

Xəbərlər

2-04-2026, 10:11

NATO-dan çıxmağı düşünürəm, Putin də bunu bilir – Tramp

Xəbərlər

5-10-2025, 14:41

Tramp zəng etmişdi, NATO dağılacaqdı... - Stoltenberq

Xəbərlər

8-12-2024, 19:32

"ABŞ NATO-dan çıxa bilər" - Tramp

Xəbərlər

3-07-2024, 10:24

Trampın NATO planı - Ukrayna üçün ən pis ssenari

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Son xəbərlər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • 28-07-2026, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • 28-07-2026, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • 28-07-2026, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • 28-07-2026, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
  • 28-07-2026, 16:55
    Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi
  • 28-07-2026, 15:53
    Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
  • 28-07-2026, 14:47
    Proses başlayıb, geridönüş yoxdur: Yaponiyada dünyanın ən təhlükəli kəşfiyyat sistemi qurulur
  • 28-07-2026, 13:02
    17 gəmi bu dənizdədir: Hər gün zərbə endirirlər
  • 28-07-2026, 12:29
    İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır
  • 28-07-2026, 11:50
    KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi
  • 28-07-2026, 10:27
    Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu
  • 28-07-2026, 09:08
    Bu qidalar stresi azaldır
  • 27-07-2026, 22:12
    Alimlərdən yeni araşdırma! Xərçəngin diaqnozu qoyulmadan 3 il əvvəl aşkarlana bilər
  • 27-07-2026, 21:03
    Bu axşam vərdişi yuxunu pozur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə