• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu saatlarda su içməyin: Mədə narahatlığına səbəb olur
Alimlər düşüncələr vasitəsilə ünsiyyət qurmağın yolunu tapdılar
Yayda ayaq barmaqları üşüyürsə - bu xəstəliyiniz var
ABŞ-də silahlı insident – Ölənlər var
Avropanın iki ölkəsi müharibə astanasındadır – Betts
Uşaqlar sürətlə qocalır, ömrü qısalır - Progeriya xəstəliyi nədir?
İranda absurd TƏKLİF: Xəzər dənizinin adını dəyişək
Ermənistanla İran arasında GƏRGİNLİK: Tehran rəsmən bunu tələb etdi
Çox tərləyən qadınların nəzərinə - Ginekoloqdan xəbərdarlıq
HƏMAS-ı məğlub etmədən atəşkəs olmayacaq - Netanyahu
25 sm boy fərqi belə olmur - Putin-Tramp görüşündə müəmma
Əllərinizi buzlu suda saxlasanız... - Yapon üsulu
Zelenski postunu tərk edir? – Sensasion gəlişmə
Bakıya qarşı təxribat regionu silkələdi: Xəzərdə hərəkət dayandı – İnanılmaz Rusiya detalı
Gündə bir yumurta yeməyin 7 FAYDASI
Ən kinli bürclər: Diqqətli olun - heç nəyi unutmurlar
Boyun və baş ağrılarının gizli səbəbi: Yanlış yastıq seçimi
3 məhsulla 21 gündə inanılmaz dəyişim
ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllində vacib rol oynayacaq – Merts
Ərdoğandan Tramp-Putin görüşünə reaksiya
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Şuşa Zirvə görüşü – Türk dünyasının mühüm platforma meydanı

Xəbərlər

7-07-2024, 16:38

Şuşa Zirvə görüşü – Türk dünyasının mühüm platforma meydanı


İyulun 5-6-da Türk dünyasının diqqəti Şuşada oldu. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal sammit keçirilib.

Azərbaycan, Özbəkistan, Qırğızıstan Qazaxıstan prezidentləri - İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada - TDT-nin “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Prezident İlham Əliyev də bu il iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı xüsusi vurğulaylb ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Eyni mövqeni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirib: “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”.

Bəli, tədbir mühüm qərarların qəbulu ilə başa çatdı və “tarixi sammit” kimi bütün türk dünyasının tarixinə düşəcəyi şəksizdir. Həm də ona görə “tarixidir” ki, azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. İmzalanan Qarabağ Bəyannaməsi isə xüsusi qeyd olunmalıdır. Bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur.

Torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən Azərbaycan xarici siyasətinin əsas istiqamətlərini müəyyən edib - Türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi də bura daxildir. Azərbaycan Prezidenti də bunu dəfələrlə bəyan edib. Bəyan edib ki, Türk dünyası birlikdə güclüdür. Bu siyasət də onilliklərə söykənir. Ən mühüm olan odur ki artıq “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ideyası artıq digər türk dövlətlərini də əhatə etməyə başlayıb. Azərbaycan türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynamağa başlayıb. Şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu, İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istiqamətə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. TDT-nin güc mərkəzinə çevrilməsi istiqamətində aktiv siyasət yürüdən dövlətimizin başçısı bir neçə dəfə bəyan edib ki, Türk dünyası böyük coğrafi məkanı əhatə edir və XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Bu sammitdən əvvəl türk dövlətlərinin başçılarının ayrı-ayrı vaxtlarda işğaldan azad edilmiş ərazilərimizə səfərlərini yada salaq. Onların səfərləri özündə mühüm çağırışları ehtiva etdi. Birliyin, qardaşlığın və dostluğun məhz Şuşadan dünyaya təqdimatına nail olunub. İyulun 6-da da Şuşada Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin genişləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlarla bağlı mühüm mesajlarla çıxış edib.

Sammitdə qəbul edilən tarixi və mühüm qərarlara nəzər salaq.

Əvvəla, Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını bildirən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon dolları məbləğində vəsait köçürüb. Onu da qeyd edək ki, Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalanıb.

İkincisi, təbiidir ki, ölkələr arasında əlaqlərin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Prezident də hər bir çıxışında buna toxunur. Türk dünyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu əsaslı şəkildə qeyd edir. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi də hazırda qarşıda dayanan prioritet məsələlərdən biridir. Sammitdə də xüsusi vurğulandı ki, Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Üçüncüsü, iqtisadi əməkdaşlıqdan söz düşmüşkən, bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsini yada salaq. Bu, iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən addımlar sırasındadır. Belə bir əminlik ifadə edildi ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq.

Dördüncüsü, Türk dünyasının birliyinin möhkəmləndiyini təsdiqləyən əsas məsələlərdən biri də türk dünyasının birliyi, həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. “Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, artıq qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzi tikilib, həmçinin bu istiqamətdə tikintilər uğurla davam etdirilir.

Beşincisi, sammitin məhz Şuşada keçirilməsinin mühüm əhəmiyyəti var. Belə ki, müqəddəs şəhər tarixi Zəfərimizin parlaq rəmzidir və bu şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır.

Sammitdən ortaya çıxan mühüm bir mesaj da odur ki, birgə səylərlə bütün Qarabağ gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcək. İmzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Yekun olaraq qeyd edək ki, bu sammit türk dünyasının mənəvi bağlantısı istiqamətində növbəti ciddi addımdır. Doğrudur, indiyə qədər türk dövlətləri müxtəlif platformalarda əməkdaşlıq edirdilər. Lakin bu Zirvə əməkdaşlığın da zirvəsidir və münasibətlərdə özünəməxsus yer tutacaq. Və ən mühümü gələcəkdə bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Çox güman ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq. Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.

Oxunub: 264
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-11-2023, 14:38

Qarabağ bunun dünyaya ən böyük sübutu idi - Ərdoğan

Xəbərlər

3-11-2023, 11:31

Astanada mühüm iclas: Prezident çıxış etdi

Xəbərlər

16-03-2023, 16:20

Azərbaycan Prezidenti: “Türkiyənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir”

Xəbərlər

11-02-2022, 20:38

Ərdoğan Şuşa Bəyannaməsini təsdiqlədi

Xəbərlər

12-11-2021, 21:26

Ərdoğan: “Can Azərbaycanın zəfəri bütün türk dünyasını qürurlandırdı”

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu saatlarda su içməyin: Mədə narahatlığına səbəb olur
Alimlər düşüncələr vasitəsilə ünsiyyət qurmağın yolunu tapdılar
Yayda ayaq barmaqları üşüyürsə - bu xəstəliyiniz var
ABŞ-də silahlı insident – Ölənlər var
Avropanın iki ölkəsi müharibə astanasındadır – Betts
Uşaqlar sürətlə qocalır, ömrü qısalır - Progeriya xəstəliyi nədir?
Son xəbərlər
  • Bu gün, 09:06
    Bu saatlarda su içməyin: Mədə narahatlığına səbəb olur
  • Dünən, 22:42
    Alimlər düşüncələr vasitəsilə ünsiyyət qurmağın yolunu tapdılar
  • Dünən, 21:22
    Yayda ayaq barmaqları üşüyürsə - bu xəstəliyiniz var
  • Dünən, 20:23
    ABŞ-də silahlı insident – Ölənlər var
  • Dünən, 19:52
    Avropanın iki ölkəsi müharibə astanasındadır – Betts
  • Dünən, 18:07
    Uşaqlar sürətlə qocalır, ömrü qısalır - Progeriya xəstəliyi nədir?
  • Dünən, 17:37
    İranda absurd TƏKLİF: Xəzər dənizinin adını dəyişək
  • Dünən, 16:15
    Ermənistanla İran arasında GƏRGİNLİK: Tehran rəsmən bunu tələb etdi
  • Dünən, 15:07
    Çox tərləyən qadınların nəzərinə - Ginekoloqdan xəbərdarlıq
  • Dünən, 14:20
    HƏMAS-ı məğlub etmədən atəşkəs olmayacaq - Netanyahu
  • Dünən, 13:34
    25 sm boy fərqi belə olmur - Putin-Tramp görüşündə müəmma
  • Dünən, 12:35
    Əllərinizi buzlu suda saxlasanız... - Yapon üsulu
  • Dünən, 11:18
    Zelenski postunu tərk edir? – Sensasion gəlişmə
  • Dünən, 10:21
    Bakıya qarşı təxribat regionu silkələdi: Xəzərdə hərəkət dayandı – İnanılmaz Rusiya detalı
  • Dünən, 09:02
    Gündə bir yumurta yeməyin 7 FAYDASI
  • 16-08-2025, 22:14
    Ən kinli bürclər: Diqqətli olun - heç nəyi unutmurlar
  • 16-08-2025, 21:54
    Boyun və baş ağrılarının gizli səbəbi: Yanlış yastıq seçimi
  • 16-08-2025, 21:33
    3 məhsulla 21 gündə inanılmaz dəyişim
  • 16-08-2025, 20:47
    ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllində vacib rol oynayacaq – Merts
  • 16-08-2025, 19:24
    Ərdoğandan Tramp-Putin görüşünə reaksiya
  • 16-08-2025, 18:10
    Kökəlməyin daha bir səbəbi - Yuxusuzluq
  • 16-08-2025, 17:19
    Təhsil haqlarının artırılması narahatlıq doğurur – Ekspertlər nə deyir?
  • 16-08-2025, 16:00
    Ermənistan “Tramp marşrutu”nda İranla anlaşdı?
  • 16-08-2025, 15:48
    Bu 7 əlaməti ciddiyə alın - İnfarktın xəbərçisi...
  • 16-08-2025, 14:33
    Zəngəzur dəhlizi təhdid deyil - İşgüzar təşəbbüsdür
  • 16-08-2025, 13:17
    Ruslar dayanmır: Ən böyük şəhərləri mühasirəyə aldı
  • 16-08-2025, 12:18
    Qəhvə içmək üçün doğru vaxt
  • 16-08-2025, 11:37
    Putinin istədiyi olmadı: Tramp amerikalılara bu sözləri deyəcək, ruslar isə…
  • 16-08-2025, 10:10
    ABŞ hesabat yaydı: Ankaradan sərt reaksiya...
  • 16-08-2025, 09:16
    Səhərlər ayıla bilmirsinizsə, oxuyun
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə