Avropa Birliyi ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsinə cavab olaraq atacağı addımlardan qorxmur.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.
“Biz Ukraynaya kömək etmək üçün işləməyə davam edirik. Rusiyanın addımları bizi qorxutmur. Rusiya aktivlərindən əldə edilən gəlir Ukrayna üçün istifadə olunacaq”, - Mişel bildirib.
Müəllif: Əsəd Məmmədəliyev