Yəmən husilərinin fəaliyyəti Tehranın regional maraqlarının irəlilədilməsinə xidmət edir və Yaxın Şərqin təhlükəsizliyinə təhdid yaradır.
Axar.az xəbər verir ki, bunu Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin xarici işlər naziri Əfrah Əbdüləziz əz-Zube deyib.
Onun sözlərinə görə, İran Yəmənin strateji coğrafi mövqeyini qonşu dövlətlərə, beynəlxalq limanlara və əsas dəniz marşrutlarına qarşı təhdidlərin həyata keçirilməsi üçün platformaya çevirməyə çalışır:
“İranın dəstəyi ilə Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzi xarici təzyiq və şantaj vasitəsinə çevrilib. Husilərin Səudiyyə Ərəbistanındakı obyektlərə hücumları Ər-Riyadın münaqişənin siyasi yolla həlli istiqamətində səylər göstərdiyi bir vaxtda baş verib”.