• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Mütəxəssislər ən təhlükəli yatma formasını açıqladı
Qadınlarda cinsi istəyi artıran 10 vasitə
Bağırsaq infeksiyasına nə səbəb olur və necə müalicə olunur?
Bu halda alimentin məbləği artırılır - QAYDA
Moskvadan İrəvana xəbərdarlıq: Qərblə yaxınlaşma təhlükəli nəticələr doğura bilər
Araşdırma: qəhvə və çay içmək beyni demensiyadan qoruya bilər
“Epşteyn işi”ndə yeni Türkiyə izi: 1999-cu il zəlzələsi süni yaradılmışdı? – Türk seysmoloq detalları açdı
İlham Əliyevlə Aleksandar Vuçiç arasında təkbətək görüş keçirilib
Qarın yağını artıran ən gizli 5 səbəb
İrana qarşı böyük əməliyyat: Trampın əmri gözlənilir...
NATO rəsmisi etiraf etdi: "Avropanın raketləri bitib"
Uşaqlarda diş çıxarma dövründə nələrə diqqət edilməlidir?
Əliyev “iş bitdi” dedi, o məsələyə toxunmadı: Sadəcə bir tələb var ki…
Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
Naringi qabığının unikal xüsusiyyəti açıqlandı
Dünyanın ən qəddar 3 bürcü - Daş ürəklilər...
Keratopiqmentasiya Nədir?
Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?
Anemiya bir dəqiqədə aşkar edilə bilər: Həkimdən SADƏ EV TESTİ
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Şəkli ilə Xocalının simvoluna çevrilmiş qadın: “Körpəni Ağdama kimi yerə qoymadım” - FOTO

Xəbərlər

26-02-2024, 16:51

Şəkli ilə Xocalının simvoluna çevrilmiş qadın: “Körpəni Ağdama kimi yerə qoymadım” - FOTO


“Bir neçə gün bundan öncə Qarqar çayını görəndə canıma ağrı doldu. Həmin gecəni yenidən yaşadım. Kəndimizin viran qalması isə məni lap pərişan etdi”.

Bunu AzVision.az-a açıqlamasında Xocalı sakini Nigar Cəfərova deyib. 1992-ci ildə onun 18 yaşı var idi və faciədən iki ay əvvəl ailə qurmuşdu. Nigar xanım əsir düşən xocalılardan biri olub və Ağdamın Şelli kəndinin döyüşçüləri tərəfindən əsirlikdən xilas edilib. Onun qucağında uşaqla olan şəkli faciənin simvoluna çevrilib. Bakıda yerləşən “Ana haraya” abidəsi də Nigar xanımın bu fotosunun əsasında hazırlanıb.

O, yalınayaqla tərk etdiyi Xocalıya 32 ildən sonra gedib və keçmişlə üz-üzə gəlib. Bu səfərdə bir gözü gülüb, biri isə ağlayıb. Yaşadıqları gözünün önündən kino lenti kimi keçib.

“1992-ci ildə ermənilər hər gün atırdılar. Fevralın 25-dən 26-na keçən gecə isə silahlar heç susmadı. Hamı narahat idi. Deyirdik, görəsən, nə olub. Kişilər postda keşik çəkirdilər. Onlar vəziyyətin gərginləşdiyini görüb tələsik ailələrinin yanına gəlib kənddən çıxmalı olduqlarını bildirdilər.

Evdən çıxıb çölə boylananda geri qayıda bilmədik. Artıq ermənilər evlərə dolmuşdular. Ayağı yalın, əyni nazik mərkəzi yola doğru qaçdıq. Yanımda bibim və onun ailəsi var idi.

Camaata qoşulub Qarqar çayını keçdik. Həmin vaxt suya yıxıldığımız için tir-tir əsirdik. Sulu paltarlarla dağlardan adlayıb Naxçıvanlı yoluna getdik. Yolda əmimgili gördüm. Atamı soruşdu, dedim, bilmirəm.

Elə bir az keçmişdi ki, ermənilər güllə atdılar, əmimi, gəlinini və nəvəsini öldürdülər. Biz yolumuza davam etməyə məcbur olduğumuz üçün təpəni aşdıq, bir xeyli yol getdik. Ancaq yolu səhv saldığımız üçün özümüz də bilmədən erməni postuna gedib girdik. Erməni əsgərlər bizi Azərbaycan dilində çağırıb aldatdılar. Dedilər: “Bura gəlin, Ağdam postudur”. Qaranlıq idi, yaxşı görmürdük. Yaxınlaşanda 400-500 erməninin əhatəsində olduğumuzu anladıq. Kişiləri və qadınları sıraya düzdülər. Qızıllarını, pullarını əllərindən aldılar. Hansı kişinin üstündə silah tapılırdısa, onu yerindəcə güllələyirdilər.

Yoldaşımın əlində avtomat olduğu üçün onu da öldürdülər. Silahın qundağı ilə vurub alın sümüyünü parçalamışdılar.
Qaynım gedib Şelli camaatını köməyə çağırdı. Onlarla ermənilər arasında atışma başlayanda biz qaçıb qurtula bildik. Anam, bacım və qardaşım salamat Ağdama gəldilər. Atam isə bir həftədən sonra yaralı vəziyyətdə yanımıza qayıtdı. Kürəyində adam daşımışdı. Danışırdı ki, yerlimiz Güllü xala ilə Sadıq dayı yaralı imişlər, onları çıxara bilməyiblər. Ər-arvad donub ölmüşdülər. Atam həmişə o səhnəni çox kədərlə yada salardı.

Ermənilər sinif yoldaşım Müşfiqi doğrayıb tikələrini əskinin arasında Ağdamdakı əmilərinə göndərmişdilər. Meyitini benzin qarşılığında vermişdilər”.

Nigar xanım deyir ki, qucağında daşıdığı körpə bibisinin nəvəsi olub.

“Atası və anası gətirə bilmədi, mən onu xilas etdim. Ağdama kimi yerə qoymadım. Həmin körpənin adı İncidir, onun iki övladı var”.

O, Xocalıya bir neçə gün öncə etdiyi səfərindən də danışıb:

“Qarqar çayını görəndə canıma, ürəyimə ağrı doldu. Həmin anları yenidən yaşadım. Hələ də özümə gəlməmişəm. Kəndimizi görəndə ürək ağrısı yaşadım. Evimiz viran qalıb. Yerində ancaq qurumuş kolluqları tapdım. Sevindirici hal isə odur ki, qorxularımı yendim. Əvvəllər düşünürdüm ki, Xocalıya qayıdıb yaşaya bilmərəm. Amma indi sevə-sevə gedərəm”.

Şəkli ilə Xocalının simvoluna çevrilmiş qadın: “Körpəni Ağdama kimi yerə qoymadım” - FOTO
Şəkli ilə Xocalının simvoluna çevrilmiş qadın: “Körpəni Ağdama kimi yerə qoymadım” - FOTO

Oxunub: 255
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-03-2022, 23:37

Niyə “Z” hərfi Putinin müharibə simvoluna çevrilib?

Xəbərlər

26-02-2021, 14:05

Xocalıdakı son toyun gəlini danışdı: Dedilər, mağarı vuracaqlar...

Xəbərlər

25-02-2021, 17:09

Qardaşım iki dəfə silahı çəkib məni vurmaq istədi, atam qoymadı... - Xocalı sakini

Xəbərlər

24-02-2021, 19:13

Xocalı sakini: İki yaşlı oğlumu kürəyimə bağlamışdım, ona dəyən güllə məni və bətnimdəki bacısını xilas etdi...

Manşet / Bioqrafiya

12-05-2018, 12:54

Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Mütəxəssislər ən təhlükəli yatma formasını açıqladı
Qadınlarda cinsi istəyi artıran 10 vasitə
Bağırsaq infeksiyasına nə səbəb olur və necə müalicə olunur?
Bu halda alimentin məbləği artırılır - QAYDA
Moskvadan İrəvana xəbərdarlıq: Qərblə yaxınlaşma təhlükəli nəticələr doğura bilər
Araşdırma: qəhvə və çay içmək beyni demensiyadan qoruya bilər
Son xəbərlər
  • Bu gün, 09:02
    Mütəxəssislər ən təhlükəli yatma formasını açıqladı
  • Dünən, 22:37
    Qadınlarda cinsi istəyi artıran 10 vasitə
  • Dünən, 21:29
    Bağırsaq infeksiyasına nə səbəb olur və necə müalicə olunur?
  • Dünən, 20:38
    Bu halda alimentin məbləği artırılır - QAYDA
  • Dünən, 19:30
    Moskvadan İrəvana xəbərdarlıq: Qərblə yaxınlaşma təhlükəli nəticələr doğura bilər
  • Dünən, 18:00
    Araşdırma: qəhvə və çay içmək beyni demensiyadan qoruya bilər
  • Dünən, 17:32
    “Epşteyn işi”ndə yeni Türkiyə izi: 1999-cu il zəlzələsi süni yaradılmışdı? – Türk seysmoloq detalları açdı
  • Dünən, 16:18
    İlham Əliyevlə Aleksandar Vuçiç arasında təkbətək görüş keçirilib
  • Dünən, 15:02
    Qarın yağını artıran ən gizli 5 səbəb
  • Dünən, 14:41
    İrana qarşı böyük əməliyyat: Trampın əmri gözlənilir...
  • Dünən, 13:28
    NATO rəsmisi etiraf etdi: "Avropanın raketləri bitib"
  • Dünən, 12:33
    Uşaqlarda diş çıxarma dövründə nələrə diqqət edilməlidir?
  • Dünən, 11:29
    Əliyev “iş bitdi” dedi, o məsələyə toxunmadı: Sadəcə bir tələb var ki…
  • Dünən, 10:23
    Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
  • Dünən, 09:05
    Naringi qabığının unikal xüsusiyyəti açıqlandı
  • 14-02-2026, 22:50
    Dünyanın ən qəddar 3 bürcü - Daş ürəklilər...
  • 14-02-2026, 21:36
    Keratopiqmentasiya Nədir?
  • 14-02-2026, 20:20
    Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
  • 14-02-2026, 19:42
    ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?
  • 14-02-2026, 18:48
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: Həkimdən SADƏ EV TESTİ
  • 14-02-2026, 16:16
    Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?
  • 14-02-2026, 15:22
    Ürək xəstəlikləri uşaqlara da təsir edir: Erkən əlamətlər
  • 14-02-2026, 14:08
    Azərbaycanda idarəetmə yenilənir – Prezidentdən mühüm tapşırıq
  • 14-02-2026, 13:29
    Paşinyandan Azərbaycan bağlı etiraf - “Hələ bu xəbəri həzm etməmişik”
  • 14-02-2026, 12:50
    Bel ağrıları üçün MRT mənasızdır – Məşhur həkim
  • 14-02-2026, 11:38
    Netanyahudan iki tələb, Trampdan təcili çağırış – İranla bağlı müəmma yarandı
  • 14-02-2026, 10:48
    ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
  • 14-02-2026, 09:14
    Qışda immuniteti gücləndirən yeməklər - Mütəxəssisdən tövsiyələr
  • 13-02-2026, 22:25
    4 bürcə pul axını olacaq
  • 13-02-2026, 21:40
    Mədə xərçəngi riskini artıran amillər nələrdir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə