• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xocalıdakı son toyun gəlini danışdı: Dedilər, mağarı vuracaqlar...

Xəbərlər

26-02-2021, 14:05

Xocalıdakı son toyun gəlini danışdı: Dedilər, mağarı vuracaqlar...


Xocalı soyqırımının 29-cu ildönümü – Hər il xatırladığımız, xatırlamalı olduğumuz faciə...

Amma bu dəfə başqa cür anılacaq. Çünki ordumuz illərdir, içimizin keçməyən yanğısını söndürdü. 44 günlük müharibə 26 fevral 1992-ci ildə günahsız soydaşlarımızı qətlə yetirən canilərin axırı oldu, necə deyərlər, qisasımız yerdə qalmadı.

Buna baxmayaraq hər il soyqırımı yada salmaq, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq borcumuz var.

Biz də Sfera.az olaraq elə həmin günün ağırısını-acısını, həmçinin qələbə sevincini Xocalıdan olan Məmmədova Dürdanə Buludqızı ilə bölüşdük.

O, 1969-cu ilin yaz ayında Xocalıda dünyaya göz açıb. Beş övladın son beşiyi olan Dürdanə xanım Xocalında olan son toyun gəlinidir. "Xocalı elə bir coğrafi ərazidə yerləşirdi ki, hər tərəf erməni kəndləri ilə əhatə olunmuşdu. Ərazisinə görə bir o qədər də böyük yer olmasa da, çox gözəl idi. O vaxt lap gənc idim, orta məktəbi təzə bitirmişdim”-, deyə bildirən müsahibimiz hələ müharibədən öncə atəş səslərinin eşidildiyini vurğulayıb. Onun sözlərinə görə, 1988-ci ildən etibarən nankor qonşumuz ermənilər vəziyyəti getdikcə pisləşdirir, hər gecə səhərə qədər döyüşlər aparırdılar: "Mənim 20 yaşım var idi, Xocalı rabitə şöbəsində işə başladım. Vəziyyət çox ağır idi. Biz ermənilərin ərazisindən keçib sənəd, pensiya müavinətləri aparırdıq. Ölümə bərabər təzyiqlərlə üzləşirdik”.

Xocalıda sonuncu toy

Dürdanə xanım bir ildən çoxdur ki, nişanlı idi. Toya hazırlıq gedən zaman həmişə maneələrin olduğunu deyən müsahibimiz həmin günləri belə xatırlayır: "Bizim toyumuz əslində dostların təkidi ilə baş tutdu. Bizdən əvvəl - haradasa 5-6 ay öncə Xocalıda toy olmuşdu. Heç kim risk edə bilmirdi. Elə sonuncu toy da bizimki idi. Toy yarımçıq oldu, axşam saat 9 radələrində mərasimi bitirdik. Dedilər səs gedə bilər, birdən mağarı vurarlar. Baxmayaraq 29 il ötür, o vaxt gənc idim, mənim də arzularım var idi. Toyda səslənən "Vağzalı” sədası hələ də bugünkü kimi qulaqlarımda cingildəyir”.

Dürdanə xanımın sözlərinə görə, fevralın 25-i hava çox dumanlı, soyuq olub. Artıq axşamdan atəş səsləri eşidilib. Saat 9-10-dan başlayaraq isə güclü artilleriya atəşi başlayıb. Gecə 1-2 arası Xocalı sakinləri çətinliklə də olsa evlərindən çıxıb meşə istiqamətində irəliləməyə başladılar: "Həyat yoldaşım aeroport istiqamətindəki postda döyüşürdü. Meşədən 12 kilometr məsafədə Ağdam istiqamətində xocalılar əliyalın körpə uşaqlarla, qocalarla birlikdə silahlı, texnika ilə təchiz olunmuş ermənilərlə üz-üzə gəldilər. Orada elə dəhşətlər oldu ki, dillə deyiləsi müsibət deyil. Yoldaşım da meşədə körpəli qadınlara, yaşlılara kömək edirdi. Qaraqayada o da güclü erməni-rus birləşmələrinin müqavimətinə tuş gəldi. Qəlpə yarası aldığına görə hazırda 2-ci qrup Qarabağ əlilidir”.

Sevincimizdən uşaq kimi qışqırıb atılıb-düşürdük...

"İndi yaşım 50-ni keçib, saçlarım dümağ. Çox istəyərdim ki, uşaqlığımı, gəncliyimi qoyub getdiyim doğma Xocalımı görüm. İkinci Qarabağ müharibəsi başlayanda həyat yoldaşım mətbuatı tez-tez izləyirdi. Ondan öncə də həmişə "az qalıb qisasımız alınacaq” deyirdi. İnanırsınız, hər bir ərazimiz alınanda sevicimizdən uşaq kimi atılıb-düşürdük. Allah ilk növbədə şəhidlərimizə rəhmət eləsin. Biz inanırdıq ki, Ali Baş Komandanımız bizə bu qələbəni yaşadacaq, 613 şəhidin ruhu sevinəcək..”.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçu birləşmələri Xankəndidəki 366-cı motoatıcı alayın birbaşa iştirakı ilə Xocalı soyqırımını törədiblər.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Oxunub: 636
Paylaş:
Digər xəbərlər

Xəbərlər

25-02-2021, 23:26

Boston şəhər meri 26 fevral tarixini Xocalı qətliamının 29-cu ildönümü günü elan edib - FOTO

Xəbərlər

25-02-2021, 17:09

Qardaşım iki dəfə silahı çəkib məni vurmaq istədi, atam qoymadı... - Xocalı sakini

Xəbərlər

24-02-2021, 19:13

Xocalı sakini: İki yaşlı oğlumu kürəyimə bağlamışdım, ona dəyən güllə məni və bətnimdəki bacısını xilas etdi...

Araşdırma

26-02-2019, 01:19

PYER TİLOY

Mədəniyyət

23-02-2019, 09:56

Vyanada Xocalı soyqırımı qurbanlarına həsr olunmuş sərgi açıldı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Son xəbərlər
  • Dünən, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • Dünən, 21:30
    Bu menopauza əlamətlərini ağırlaşdıra bilər
  • Dünən, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • Dünən, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • Dünən, 18:25
    Bağırsaqdakı bakteriyalar yuxusuzluğa təsir edə bilər
  • Dünən, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • Dünən, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • Dünən, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • Dünən, 14:58
    Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
  • Dünən, 13:34
    Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
  • Dünən, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • Dünən, 11:08
    Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
  • Dünən, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • Dünən, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • 4-08-2026, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • 4-08-2026, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • 4-08-2026, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • 4-08-2026, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • 4-08-2026, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • 4-08-2026, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • 4-08-2026, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • 4-08-2026, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • 4-08-2026, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə