Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreyaya hərbi münaqişəyə son qoymaq üçün danışıqlara başlamağı təklif edib.
Publika.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
“Gəlin bir-birimizi təhdid etmək niyyətlərimizi kənara qoyaq və maraqlı tərəflər olaraq uzun sürən müharibəyə son qoymaq barədə birbaşa müzakirələrə başlayaq... Mən düşmənçilik və qarşıdurma enerjisini dinc yanaşı yaşama və ortaq rifah üçün təkanverici qüvvəyə çevirəcəyəm", - deyə Prezident bildirib.
Li Çje Myon əlavə edib ki, Pxenyanın nüvə proqramını dondurmaq üçün addımları müzakirə etmək istəyir. O, həmçinin "qeyri-sabit atəşkəs sistemi"ni yarımadada tam sülhlə əvəz etmək niyyətində olduğunu vurğulayıb.