• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
İnsult riskini artıran axşam vərdişləri
İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
Yulaf əzməsi həqiqətən faydalıdırmı?
Həyatında yeni səhifə açacaq 4 bürc
Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
Sarımsaqdan öskürək siropunu belə hazırlayın
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakıdan ermənilərə DƏSTƏK: Söyüdlüdən Karnidzora...

Xəbərlər

31-07-2023, 12:06

Bakıdan ermənilərə DƏSTƏK: Söyüdlüdən Karnidzora...


Azərbaycan qehetelərinin, ekofəallarının Şuşa yaxınlığında, Gorus-Xankəndi yolu üzərində 12 dekabr 2022-ci ildə başlayan və aylarla davam edən kampaniyası misilsiz idi: bəlkə də ilk dəfə idi ki, Azərbaycan dünyanın ən həssas mövzusundan – ekologiya – maksimum istifadə edərək, milli maraqlarını çox uğurlu bir aksiya ilə icra etdi. Nəticəni hər kəs bilir – ermənilərin Xankəndiyə silah daşımasının qarşısı əhəmiyyətli dərəcədə alındı, aksiyanın nəticəsi sərhədimizdə yeganə açıq “deşiyin” bağlanmasına səbəb oldu.

Ermənilər bunu gözləmirdilər və nə qədər çalışsalar da, bu uğurlu kampaniyanın qarşısını ala bilmədilər. “Nə qədər çalışsalar da” sözünü təsadüfən işlətmədik. Erməni diasporunun da dəstəkçisi olduğu “beynəlxalq donor təşkilatlarının” maliyyəsindən asılı olan azərbaycanlıların çalışdığı internet TV-lər, qeyri-hökumət təşkilatları, xaricdə bəslənən şəxslər bu kampaniyanı “ifşa” etməyə, hətta Şuşa yaxınlığındakı aksiyaya getməyi arzu edən şəxslərin bəlli nazirlik vasitəsilə göndərildiyi “faktını” üzə çıxaran süjetlər, materiallar verməyə çalışsalar da, erməni diasporu və cəmiyyəti təbliğatda uduzdu. Azərbaycan hakimiyyəti də aksiyaya dəstək verdiyini gizlətmədi – bunu da insan haqları və s. şəklində “fundamental hüquqlarla” beynəlxalq ictimaiyyətə təqdim etməyi bacardı.

Cəmiyyətin aktiv dəstəyi ilə başlayan və missiyasını uğurla başa çatdıran aksiyanın “qisası” çox keçmədi ki, Söyüdlüdə alındı: ərazidə olan eko-narazılıqdan fəal şəkildə istifadə edən bəziləri ən yüksək səviyyədə hazırladıqları bannerləri narazı camaatın əlinə verib, səs-küy yaratmağı və onu xaricə daşımağı bacardılar.

Bu məqsədlə bilərəkdən, yaxud bilməyərəkdən düşmən əlinə oynayanlar da tapıldı: nazirlik siyasi uzaqgörənlik nümayiş etdirmədi, o narazılıq körüklənərkən vaxtında aktiv fəaliyyətə keçmədi, yoxlamalara başlamadı, əhalinin narazılığının haqlı olub-olmaması ilə bağlı araşdırmanı şəffaf aparmadı, təbliğat vasitələrindən istifadə etmədi.

Bu azmış kimi, yerli icra da aksiya iştirakçıları ilə vaxtında təmasa keçmədi, əvəzində “xüsusi təyinatlı” mitinqə qarşı hazırlanmış polis qüvvələri ilə aksiyaçılar üz-üzə qoyuldu.

O aksiyalarda kəsilib-paylanan görüntülər də polisin geri qayıdan və heç bir müqavimət göstərməyən yaşlı qadına qaz püskürtməsi oldu. Bunun “səbəbini” əks etdirən aksiyaçıların polisə daş atması videosu isə daldan atılan daşdan başqa bir şey deyildi.

Sanki kimlərsə qəsdən bütün prosesin Azərbaycana qarşı, Şuşa yaxınlığındakı aksiyanı nüfuzdan salmaq üçün ssenariləşdirmişdi və bu ssenaridə polisin qaz püskürtməsi anını kadra almağı bacarana qədər, hər kəs öz yerini almışdı.

Yalnız prezident müdaxilə edəndən və rəsmi qurumlarla bağlı sərt ittihamlar səsləndirəndən sonra bu əks-təbliğata qarşı çıxmaq mükkün oldu.

Ancaq iş görülmüşdü.

Aradan qısa müddət keçəndən sonra isə Bakıda səs-küylü bir həbsə imza atıldı: Demokratiya və Rifah Pariyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu həbs edildi.

“Qubad İbadoğlu niyə həbs edilib?” sualına cavab axtarmaq niyyətində deyilik – Türkiyə DİN-in müraciəti, saxlanılanların Q.İbadoğlunun adını çəkməsi, saxta dollar və s. var, istintaq aydınlıq gətirər; lazım gələrsə, Q.İbadoğlunun millət vəkili və hakimiyyətlə yüksək əlaqəsi olan qardaşı danışar bu barədə.

Bizim diqqət etdiyimiz məsələ Q.İbadoğlunun başına torpa keçirilərək həbs edilməsi görüntülərinin Qərbdəki bəlli mərkəzləri anında, canına yel dəymədən çatdırılması, bu görüntülərin onun çalışdığı ali təhsil müəssisələrində doğurduğu reaksiya və bəyanatlardır.

Q.İbadoğlu həbs olunarkən, daha nəzakətli davranmaq mümkün idimi? İllah onun başına torba keçirilməsi vacib idisə, bunun videoya çəkilməsinə şərait yaradılmasıdamı lazım idi?

Bir ssenari təsiri bağışlayır: Söyüdlüdə eko-aksiyada lazımsız qaz püskürdülməsi, professorun həbsi zamanı “aşırı zorakılıq” qeydəalınması və...

Və bu hadisələrlə eyni vaxtda içimizdən bəzilərinin insan haqları pozuntusu ilə bağlı "daha ucadan" danışması;

Və içimizdən bəzilərinin Qarabağdakı ermənilərə "status vermək" lazım olduğu barədə "haradansa" cəsarət tapıb, danışa bilməsi;

Və sərhədimizə TIR-ların dirənməsi...

Nikol Paşinyan komandası yaxşı bilirdi ki, 360 ton “humanitar yardım”ı daşıyan 19 TIR-ı Azərbaycan “Laçın” postundan buraxmayacaq: bu, Azərbaycanın ciddi şəkildə güzəşti, nəticədə Qarabağdakı separatçı-terrorçu ünsürlərə “mübarizələrində stimul” ola bilərdi. Ancaq göndərdi, çünki məqsəd fərqlidir.

Bu gün Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan rəsmi açıqlama verib ki, yük maşınları “Azərbaycana buraxılana qədər” sərhəddə dayanacaq. Yəni məqsəd, özlərinin də dediyi kimi, “Qarabağ ermənilərinin 1-2 günlük qida ehtiyacını ödəyən” “humanitar yardım”ın Xankəndiyə çatdırılması deyil, təbliğatdır, şoudur, beynəlxalq qurumlara göstərmək üçün materialdır.

Ermənistan hakimiyyəti həmin “humanitar yükü” geri çəkməyəcəyini açıq şəkildə ifadə edir.

Yəni: Şuşa yaxınlığındakı aylarla davam edən və nəticə verən aksiyaya qarşı Söyüdlü “kartını” çıxarıb, ölkə daxilində ekoloji problem olduğunu, ardınca Q.İbadoğlunun simasında “insan haqları” problemi yaşandığını görüntüləyib, bunun üzərindən Qarabağ ermənilərinin “humanitar fəlakəti”nə diqqət çəkirlər: həm də göstərməyə çalışırlar ki, Qarabağ ermənilərinin hüquqlarını Azərbaycan qoruya bilməz, çünki özündə eko-problem və insan haqları ilə bağlı narahatlıq var.

Düşmən düşməndir, təbliğatını aparır, TIR-ları da sərhədimizə dirəyib, bunun üzərindən manipulyasiya edir. Bəs, düşmənə “yardım materiallarını” necə veririk?

Çox arzulayıram ki, bu “düşmənə yardım materialları” yalnız siyasi korafəhmliyin nəticəsi olsun. Ancaq bunun Rusiya və İran “5-ci kolon”larının aktivləşməsinin “bəhrəsi” olmasında şübhələnmək üçün xeyli əsaslar var.

Yeri gəlmişkən, Azərbaycanda İran casuslarına qarşı aktiv mübarizə gedir – sağ olsun hüquq-mühafizə orqanları, İrana bağlı xeyli narkotik ticarətçisini də həbs ediblər. Ancaq İran agentlərini yalnız və yalnız narkotik ticarətçilərinin içində axtarmağın nə qədər doğru olduğunu anlamaqda çətinlik çəkirəm.

İranın agentura şəbəkəsi ideoloji rəhbərləri heç bir halda narkotik alverçilərinin içində deyil – bu, dəqiqdir. Amma nədənsə, biz hələ də siyasi təbliğatla məşğul olan maskalanmış agentlərin həbsini görmürük...

Oxunub: 351
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-04-2023, 21:09

“Blokada” iddiası ifşa olundu: sülhməramlıların Qarabağa daşıdığı yüklərin SİYAHISI

Xəbərlər

11-01-2023, 16:12

Laçın yolundakı aksiya nə qədər davam edəcək? - Prezident ELAN ETDİ

Xəbərlər

20-12-2022, 11:15

SON DƏQİQƏ: Sülhməramlılar Şuşa postundan niyə geri çəkildi?

Xəbərlər

14-12-2022, 10:22

Xankəndidən son xəbər: ermənilər kütləvi şəkildə...

Xəbərlər

25-03-2021, 19:55

Qırmızı Bazar-Şuşa yolu ermənilərin nəzarətindən ALINDI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
İnsult riskini artıran axşam vərdişləri
İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
Son xəbərlər
  • Bu gün, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • Bu gün, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • Dünən, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • Dünən, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • Dünən, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • Dünən, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • Dünən, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
  • Dünən, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
  • Dünən, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
  • Dünən, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
  • Dünən, 14:51
    Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
  • Dünən, 14:39
    İsrail və Türkiyə gizli danışıqlar aparır?
  • Dünən, 12:35
    Bu qarpızlar mədə və bağırsağı məhv edir
  • Dünən, 11:06
    İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
  • Dünən, 10:18
    Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
  • Dünən, 09:03
    Yulaf əzməsi həqiqətən faydalıdırmı?
  • 22-08-2026, 22:40
    Həyatında yeni səhifə açacaq 4 bürc
  • 22-08-2026, 21:26
    Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
  • 22-08-2026, 19:46
    Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
  • 22-08-2026, 18:35
    Sarımsaqdan öskürək siropunu belə hazırlayın
  • 22-08-2026, 17:07
    Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
  • 22-08-2026, 16:03
    Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
  • 22-08-2026, 15:18
    Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
  • 22-08-2026, 14:50
    32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
  • 22-08-2026, 13:06
    Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
  • 22-08-2026, 12:20
    Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
  • 22-08-2026, 11:00
    ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
  • 22-08-2026, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • 21-08-2026, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • 21-08-2026, 21:23
    Dünəndən qalan çayı içmək olar?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə