• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
İnsult riskini artıran axşam vərdişləri
İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
İsrail və Türkiyə gizli danışıqlar aparır?
Bu qarpızlar mədə və bağırsağı məhv edir
İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
Yulaf əzməsi həqiqətən faydalıdırmı?
Həyatında yeni səhifə açacaq 4 bürc
Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Keçmiş zabitin iddiaları ABŞ-ı ayağa qaldırdı - Yadplanetlilər aramızda var-gəl edirlər

Xəbərlər

28-07-2023, 15:13

Keçmiş zabitin iddiaları ABŞ-ı ayağa qaldırdı - Yadplanetlilər aramızda var-gəl edirlər


İyulun 26-da Vaşinqtonda ABŞ Konqresinin nəzarət alt komitəsi tərəfindən dinləmələr keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iyulun 26-da konqresmenlər ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, 36 yaşlı Devid Qruşun yadplanetlilərlə bağlı açıqlamalarına aydınlıq gətirməsi üçün toplaşıb.

Ümumiyyətlə belə hesab edilir ki, bu təşkilatın (ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi) vəzifələrinə casus peyklərin idarə edilməsi və əldə edilən görüntülərin təhlili daxildir.

Qruş iddia edir ki, o, 2019-cu ildən “naməlum uçan obyektlərin” tədqiqi üzrə gizli dövlət komissiyasının işində iştirak edib, sonra isə bir neçə ay ərzində onun rəhbərlərindən biri olub. 2023-cü ilin aprelində Qruş tutduğu vəzifədən istefa verib. Onun sözlərinə görə, komissiyada işlədiyi müddətdə o, hakimiyyət orqanlarının yadplanetlilərin varlığından xəbərdar olmasından duyuq düşüb və bunu gizlətdiklərinə dair sübutlar əldə edib. O, bu məlumatın ictimaiyyətə açıqlanmasını istəyib.

İyun ayında Qruş bu barədə daha ətraflı danışıb və Amerika hakimiyyətini tənqid edən bir sıra müsahibələr verib. Onun sözləri iki Respublikaçı konqresmenin - Tennessi nümayəndəsi Tim Burşett və Florida nümayəndəsi Anna Paulina Lunanın diqqətini cəlb edib.

Burşett keçmişdə yol kənarlarında tapılan ölü heyvanları yeməyi sevən insanların hüquqları uğrunda mübarizə aparıb və yadplanetlilərə inandığını dəfələrlə etiraf edib. Luna isə Donald Trampın qızğın pərəstişkarı kimi tanınır: o, 2020-ci ildə keçirilmiş prezident seçkilərinin legitimliyini tanımır, həmçinin abort və Ukraynaya hərbi yardımın əleyhinədir.

Dinləmələrdə Qruşdan başqa, naməlum əşyaları öz gözləri ilə görən ehtiyatda olan hərbi pilotlar da çıxış ediblər. İyun ayında "The Debrief", "NewsNation" və Fransanın "Le Parisien" qəzetinə müsahibə verən Qruş bildirib ki, ABŞ hakimiyyəti yadplanetlilərin varlığından 20-ci əsrin əvvəllərindən xəbərdardır. Onun sözlərinə görə, ilk yadplanetli aparatı 1933-cü ildə İtaliyada qəzaya uğrayıb. Mussolini bunu gizli saxlasa da, İkinci Dünya Müharibəsi zamanı Vatikan öz kanalları vasitəsilə tapıntı barədə Amerika səlahiyyətlilərinə məlumat verib. 1944 və ya 1945-ci illərdə təyyarənin qalıqları qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılıb.

Qruşun sözlərinə görə, dünyada 80 ildir ki, bir çox dövlətlərin arasında görünməz mübarizə gedir. Hər bir ölkə yadplanetlilərin texnologiyasını mənimsəmək və hərbi üstünlük əldə etmək üçün onların getdiyi və ya maşınlarının düşdüyü yerlərə birinci çatmağa çalışır.

Qruşun özü heç vaxt yadplanetliləri görməsə də, onların axtarışında və tutulmasında birbaşa iştirak edən yüksək rütbəli kəşfiyyatçılar və hərbçilərlə dəfələrlə əlaqə saxladığını söyləyir. Onun sözlərinə görə, bəzi obyektlər yaxşı vəziyyətdə qəbul edilib və ölçülərinə görə futbol meydançası ilə müqayisə olunur. İndi onlar özəl podratçı tərəfindən saxlanılır.

Qruş yadplanetli gəmilərin nüvə obyektlərinin yaxınlığında uçmaq kimi təhlükəli fəaliyyətlərlə məşğul olduğunu bildirir. Onun fikrincə, bu məlumatı gizli saxlamaq cəhdləri ABŞ-ın milli təhlükəsizliyinə ziyan vurur. Konqresdə çıxış etməzdən əvvəl Qruş and içib. Çünki dediklərinə görə məsuliyyət daşıyır. O, "futbol meydançası ölçülü cihazlar" haqqında danışmaqdan imtina edib, qeyri-adi texnologiyalarla işləyən konkret təşkilatların və şirkətlərin adını çəkməyib və bir dənə də olsun dəlil təqdim etməyib - bunların hamısı, onun sözlərinə görə, çox gizlidir.

Bununla belə, Qruş ABŞ rəsmilərinin qəzaya uğramış yadplanetli gəmini tapması hallarından xəbərdar olduğunu təkrarlayıb. Onun sözlərinə görə, hətta komissiyada işləyərkən tapıntılar haqqında əlavə məlumat almaq istəyəndə ciddi müqavimətlə üzləşib. O, yadplanetlilər haqqında məlumatların yayılmasının qarşısını almaq üçün hakimiyyət orqanları tərəfindən insanların öldürüldüyünü eşitdiyini iddia edir. Lakin Qruşdan bunun dəqiq olub-olmadığını soruşduqda, cavab verməkdən imtina edib. Qruşun sözlərinə görə, mətbuatda çıxış edəndən sonra ondan qisas almağa başlayıblar. Nəticədə, o, həm peşəkar karyerasına, həm də şəxsi həyatına ziyan vurduğunu iddia edir.

Oxşar şikayətləri dinləmələrin təşkilatçısı, konqresmen Tim Burşett də edib. Cümə axşamı, iyulun 20-də keçirilən brifinq zamanı o, Lunanın UFO-lar haqqında verdiyi suallara görə hakim dairələrin sərt reaksiyaları ilə üzləşdiyini bildirib. Burşett deyib ki, Lunaya "Yadplanetlilərin mövcudluğunu sübut edən məlumatlar"a giriş qadağan edilib. Burşett həmçinin ABŞ səlahiyyətlilərinin "məlum fizika qanunlarına zidd" texnologiya nümunələrinə sahib olduğunu söyləyib və hərbçiləri bu faktları gizlətməyə çalışmaqda ittiham edib.

Qruşun açıqlamaları keçmiş hərbi pilotlar Rayan Qreyvs və Devid Fravorun çıxışları ilə tamamlanıb. Onlar keçmişdə naməlum obyektlərlə qarşılaşdıqlarını deyiblər.

Mehti Kamiloğlu

Oxunub: 294
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-04-2023, 15:33

CİA-nın gizli agentinin Ərdoğanla bağlı ŞOK PLANI

Xəbərlər

19-04-2023, 13:26

Şimali Koreya kəşfiyyat peykini orbitə buraxdı - Kim ELAN ETDİ

Xəbərlər

19-08-2022, 14:37

Rusiya bu müharibədə məğlub oldu - Kəşfiyyat

Maraqlı

22-02-2020, 07:47

ŞOK: Yadplanetlilərin bazası Bakıda yerləşir? – NASA-nın UNO faktları

Maraqlı

12-08-2019, 15:49

Yadplanetlilərin mövcudluğu haqqında 5 FAKT

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
İnsult riskini artıran axşam vərdişləri
Son xəbərlər
  • Bu gün, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • Bu gün, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • Bu gün, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • Bu gün, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • Dünən, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • Dünən, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • Dünən, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • Dünən, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • Dünən, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
  • Dünən, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
  • Dünən, 16:21
    Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
  • Dünən, 15:27
    Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
  • Dünən, 14:51
    Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
  • Dünən, 14:39
    İsrail və Türkiyə gizli danışıqlar aparır?
  • Dünən, 12:35
    Bu qarpızlar mədə və bağırsağı məhv edir
  • Dünən, 11:06
    İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
  • Dünən, 10:18
    Moskvadakı bütün ölkələrin səfirliklərinə nota göndərildi
  • Dünən, 09:03
    Yulaf əzməsi həqiqətən faydalıdırmı?
  • 22-08-2026, 22:40
    Həyatında yeni səhifə açacaq 4 bürc
  • 22-08-2026, 21:26
    Elmi araşdırma: Hansı idman hansı xəstəliyə faydalıdır?
  • 22-08-2026, 19:46
    Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
  • 22-08-2026, 18:35
    Sarımsaqdan öskürək siropunu belə hazırlayın
  • 22-08-2026, 17:07
    Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
  • 22-08-2026, 16:03
    Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
  • 22-08-2026, 15:18
    Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?
  • 22-08-2026, 14:50
    32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
  • 22-08-2026, 13:06
    Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
  • 22-08-2026, 12:20
    Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
  • 22-08-2026, 11:00
    ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
  • 22-08-2026, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə