• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Səhər yeməyindən əvvəl 2 ədəd yeyin - Quru əriyin faydaları
Dərinizi bununla silin - Səpgiləri yox edir
Ərdoğan 4 “toxunulmaz” maddəni dəyişir? – Türkiyədə dramatik hazırlıq
Rusiya və Ukraynanın “müzakirə və müharibə” taktikası: kim geri çəkiləcək?
Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
Avropada iki ölkədən fəlakət ssenarisi – Böyük müharibəyə hazırlıq başladı
Su, sirkə və duz qarışımının faydaları
Rusiya dağıdıcı cavab mesajı verdi – Nüvə zərbəsi endiriləcək?
Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
Xərçəngin yeni əlaməti açıqlandı – Diqqət
Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
“Hörümçək toru” əməliyyatı: Rusiyanın "ürəyinə zərbə" dünyanı şoka salıb
Yayda dərimizi necə qoruyaq? - Dermatoloq məsləhəti
Avropa nəhəngi müharibə hazırlığına başladı – ANONS VERİLDİ
Rusiya prosesə start verdi: 15 gün…- Hədəfdə Azərbaycan da var
Qalxanvari vəzi xəstəliklərinin gizli simptomları. Özünüzü yoxlayın!
Fransa Azərbaycan sərhədində kəşfiyyat yuvası açdı - Parisin Zəngəzur gedişi
Bu tarixdə qısa iş günü olacaq
Havalar isinir, amma qrip təhlükəsi artır - nə etməli?
İsrail müdafiə naziri HƏMAS-ı niyə hədələdi? - Müharibə davam edəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İsrail-Azərbaycan əlaqələri kimləri NARAHAT EDİR?

Xəbərlər

20-07-2023, 10:14

İsrail-Azərbaycan əlaqələri kimləri NARAHAT EDİR?


İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfər edib, prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə görüşlər keçirməsi, Bakı və Təl Əviv münasibətlərində müşahidə olunan intensiv yaxınlaşma xarici müşahidəçilər tərəfindən də geniş şərh edilməkdədir. Bu səfərin Azərbaycan və İran münasibətlərinin pisləşməsi fonunda baş tutması, Bakıdakı İsrail səfirliyinə qarşı teraktın qarşısının alınması haqda xəbərlərdən sonraya təsadüf etməsi xüsusi maraq doğurur. Bu, müdafiə nazirinin Azərbaycana ilk rəsmi səfəridir, baxmayaraq ki, o, əvvəllər Münhen Təhlükəsizlik Konfransında cənab Əliyevlə görüşüb söhbət etmişdi. Keçən ilin payızında keçmiş müdafiə naziri general Benni Qants da Azərbaycana səfər edib.

Britaniyada nəşr olunan ərəbdilli “Alaraby” saytı bildirir ki, İsrail İrana qarşı gizli və açıq diplomatik və hərbi düşmənçiliyini davam etdirir, Tehranı əhatə edən ölkələrlə münasibətlərini gücləndirərək vintləri sıxıb onu mühasirəyə almağa çalışır.

İsrailin "12" kanalının müharibə müxbiri Nir Dvori yazır ki, Qallantın üç gün davam etmiş səfərinin elan olunmamış məqsədi İsrailin bölgə ölkələrinə təkcə müdafiə baxımından deyil, həm də hava məkanını İsrailə açması və gələcəkdə İrandakı hədəfləri vurmaq üçün ona imkan verməsi zərurətindən irəli gəlib. Təl Əvivin İsrail Hərbi Hava Qüvvələrinin əməliyyat imkanlarını genişləndirmək üçün ABŞ-a və onun bölgədəki nüfuzuna ehtiyacı var. Təl-Əvivlə Bakının sürətlə yaxınlaşmasının əsas səbəbi budur. Dvori, adı açıqlanmayan Bakıdakı mənbəyə istinadən yazıb ki, Qallant və Əliyev arasında baş tutan görüş, prezidentin son illərdə yüksək rütbəli bir xarici rəsmi ilə ən uzun görüşü olub, onlar Azərbaycanın daha çox silah istəməsi və kəşfiyyat sahəsində əməkdaşlığı müzakirə ediblər: “Təl-Əvivlə Bakı arasında əlaqələrin möhkəmlənməsi və əməkdaşlığın gücləndirilməsi Tehranı narahat edir”. O hesab edir ki, Təl-Əvivlə Bakı arasında münasibətlərin möhkəmlənməsinin və onların əvvəlkindən daha çox ictimailəşməsinin bir neçə səbəbi var, o cümlədən “Azərbaycanın II Qarabağ müharibəsindəki uğurları, eləcə də ərəb ölkələri və İsrail arasında normallaşma razılaşmaları. Azərbaycan İsraillə münasibətləri gücləndirmək istəyən yeganə ölkə deyil və İranla həmsərhəd olan Türkmənistan dövləti ilə də əlaqələrin möhkəmlənməsinə işarələr var. Tehran bundan narahatdır və İsrail onun ətrafında “boğulma kordonu” qurmağa çalışır.

"Times of Israel” səfərin geniş tərkibdə həyata keçirilməsinə diqqət çəkir: bu səfərdə müdafiə nazirini ofisinin rəhbəri Shahar Katz, hərbi katibi Qay Markizno və nazirliyin hərbi-siyasi şöbəsinin rəhbəri Dror Şalom da müşayiət ediblər.

“Yerusalim post” bir çox qlobal KİV-in belə bir dəyərləndirməsini xatırladır ki, “İsrail kəşfiyyat xidmətləri əməliyyatlar üçün məsaməli İran-Azərbaycan sərhədindən istifadə edib”. Qallant səfərqabağı bildirib ki, İran nüvə silahı haqda Azərbaycan tərəfini məlumatlandıracaq . O bildirib ki, Azərbaycan prezidenti ilə görüşdə “təhlükəsizlik çağırışlarına birgə qarşı çıxmaq” məqsədilə iki ölkə arasında “strateji münasibətlərin” möhkəmləndirilməsi yollarını müzakirə edib (Radioferda).

BBC xatırladır ki, Qallantın Bakıya səfəri Azərbaycan hakimiyyətinin iki gün əvvəl bir Əfqanıstan vətəndaşının İsrail səfirliyinə hücuma cəhd ittihamı ilə həbs edildiyini elan etdiyi vaxta təsadüf edir. “Mossad” son həftələr Kiprdə İsrail vətəndaşlarını öldürməyə cəhd edən SEPAH agentinin istintaq olunduğunu elan edib. Daha əvvəl İsrail bildirmişdi ki, Türkiyə də daxil olmaqla İran tərəfindən öz vətəndaşlarını öldürmək planlarının qarşısı alınıb. “Jeruslaem Post” da səfərin səfirliyə hücumda ittiham olunan şəxsin həbsi ilə eyni vaxta düşməsinə diqqət yönəldir.

İsrailin keçmiş rabitə naziri, dəruzi (müsəlman) əsilli siyasətçi Ayub Kara isə yazır ki (israelhayom), israilli tədqiqatçı Elizabet Tsurkov İraqda iranpərəst silahlılar tərəfindən girov saxlanıldıqdan sonra İsrail İranın ən qatı düşmənlərindən biri olan Azərbaycanı gücləndirmək üçün əlavə addımlar atmalıdır. İsrail dövləti kimi Azərbaycan da İran təhlükəsi qarşısında Qərb paytaxtlarında çox ehtiyac duyulan dəstəyi əldə etmək üçün çətin mübarizə aparır.

Necə ki, BDS hərəkatı (Boycott, Divestment and Sanctions –boykot, təcrid, sanksiya-İsrailə qarşı beynəlxalq hərəkat) Qərbdə İrandan gələn ekzistensial təhlükə ilə üzləşən İsrailə qarşı sanksiyaların tətbiqinə çalışır, erməni lobbisi də Kapitoli təpəsində Azərbaycan üçün eyni şeyi edir, hətta Tehranda mollalar mülki azərbaycanlıları həbsdə saxlayır. Həm BDS hərəkatı, həm də Kapitoli təpəsində Azərbaycana qarşı bu cür düşmənliklər Tehrandakı mollaları həm azərbaycanlıları, həm də israilliləri sıxışdırmağa davam etməyə təşviq edir. İsrail bütün diplomatik gücündən istifadə edərək bu vəziyyəti Azərbaycanın xeyrinə döndərməlidir, çünki Azərbaycan mütəmadi olaraq “İsrailə ölüm”, “Amerikaya ölüm” şüarları səsləndirən, Azərbaycanı və onların İsrail dövləti ilə dostluğunu təhdid edən dövlətlə qonşu olan multikultural, tolerant ölkədir: “Dostlar çətin anlarda həmişə bir yerdə olmalıdırlar”.

O yazır ki, Azərbaycan təkcə İsrailin deyil, həm də Qərbin dostudur. NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanı “dəyərli tərəfdaş” adlandırıb. Bu, Azərbaycanın Əfqanıstandakı NATO missiyasına verdiyi töhfə ilə bağlı olub və Azərbaycan Türkiyə ilə birlikdə Kabilin boşaldılması zamanı Həmid Kərzai hava limanının təhlükəsizliyini təmin edib, ölkə “Taliban” tərəfindən ələ keçirildiyi üçün QHT-lərin və hökumət işçilərinin təhlükəsiz təxliyəsinə imkan verib. Azərbaycan bölmələri quru dəstəyi ilə yanaşı, zəruri hərbi təchizatın təxminən 40%-ni tranzit marşrutları ilə təmin etməklə Əfqanıstandakı müttəfiq qüvvələrin təchizatının maddi-texniki təminatını asanlaşdırıb. “Qərb İsrailin İranla bağlı narahatlığını nəzərə almalı olduğu kimi, Azərbaycanın da narahatlığını nəzərə almalıdır. İran təhlükəsinə gəlincə, İsrail və Azərbaycanın qorxuları Ukraynanın qorxusundan heç də az əhəmiyyət kəsb etmir”.

İsrailin “i24news.tv” saytı qeyd edir ki, Azərbaycan-Ermənistan cəbhəsi “Şahed” dronlarına qarşı effektiv mübarizə üçün poliqon ola bilər. Artıq bu dronların ermənilər tərəfindən istifadə olunduğu məlumdur. ALMA (İsrail) düşüncə mərkəzinin qənaətinə görə isə gələcəkdə “Hizbullah” kimi İran proksilər həmin dronlardan İsrailə qarşı istifadə edəcəklər. “Bir neçə il əvvəl ruslar Suriyada Tel-Əviv hava limanına enən təyyarələrin GPS siqnallarını pozaraq belə cihazlardan istifadə edəndə İsrail artıq eyni təhlükə ilə üzləşmişdi. Bu problem İsraildə həll olundu, ona görə də müttəfiqinə həll yolu göstərə bilər”.

İran nəşrləri səfərdən sonra Azərbaycana qarşı növbəti isterik kampaniya başlatmaq üçün istifadə edib. İranın “Ensani” saytı İsrailin Azərbaycanla əlaqələrini “Ben Qurion” doktrinası ilə əlaqələndirir (qeyri-ərəb müsəlman ölkələri ilə əlaqələrin genişlənməsini nəzərdə tutan xətt) . Xatırladılır ki, Azərbaycan həm İsrail, həm də İranla yaxın əlaqələr malikdir.

“ İrandiplomacy”nin “Bakı Təl-Əvivin ov bərəsində” başlıqlı yazısında iddia olunur ki, İran və Azərbaycan hər dəfə gərginliyin azaldılması, qarşılıqlı fəaliyyət və münasibətlərin yaxşılaşdırılması yoluna qədəm qoyanda İsrail bəzi iddiaları və rəsmilərinin səfəri ilə Tehran və Bakı arasında münasibətlərdə gərginliyi yenidən artırır. Qafqazşünas Rza Yavari “Shargdaily”yə müsahibəsində iddia edir ki, siyasi əlaqələri gücləndirmək, diplomatik, hərbi, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, ticarət, o cümlədən mədəniyyət və media sahələrində əlaqələrin intensivləşdirilməsinin son məqsədi, Azərbaycanı praktiki olaraq İrana qarşı strateji nöqtə kimi Livana çevirməkdir (İranın Livandakı “Hizbullah” vasitəsilə İsrailə təzyiq etməsi ilə müqayisə aparılır) . O, dəniz sektorunda ortamənzilli raketlərin və ya hərbi texnikanın alınması kimi bir neçə misal gətirərək hesab edir ki, bu cür silah və silahlar Ermənistanla qonşu kimi qarşıdurmada istifadə edilməyəcək, Ermənistanla Azərbaycanın ümumi su sərhədi yoxdur.

“Jamejam” nəşri də eyni iddianı təkrarlayır. İran-Azərbaycan əlaqələrinin yaxşılaşmasından sonra edilən səfərin bu münasibətləri yenidən gərginləşdirmək olduğu iddia olunur. Bu mənasız təbliğatın hədəfi də açıqlanır: “Bakının qeyri-dost davranışının təkrarlanması İranı cavab olaraq İrəvanı bütün növ silahlarla silahlandırmağa, Cənubi Qafqaz regionunda qüvvələr balansı yaratmaq üçün müdafiəni təchiz etməyə məcbur edəcək”.

İranın “ Defense Press” saytı isə yazır ki, “sionist rejimin müharibə nazirinin Azərbaycana səfəri və Bakının ali hərbi-siyasi rəhbərliyi ilə görüşü hər iki tərəfin Ermənistana qarşı yeni hərbi əməliyyata başlamaq və İranla sərhəddə balans yaratmaq planlarına dəlalət edir. “Azərbaycan Ermənistanın Sünik vilayətində geosiyasi ambisiyalarını reallaşdırmaq və Turan-Zəngəzur dəhlizini tamamlamaq üçün Ankara və Təl-Əvivlə strateji tərəfdaşlıq variantını seçib. Bakı bu siyasətində Türkiyə və sionist rejimlə sıx münasibətlərə arxalanır və güc balansı yaratmağa, İran, Rusiya və Ermənistana qarşı geosiyasi avantüraları inkişaf etdirməyə çalışır”.

Radikal “Ziaossalehin” nəşri hesab edir ki, baş verənlər Bakıdakı anti-İran əhval-ruhiyyəsi üçün sakitləşdirmə siyasətinin və İran diplomatiyasına yersiz etinasızlığın nəticələridir.

Türkiyənin “Türksam” düşüncə mərkəzinin təhlilində qeyd olunur ki, Azərbaycanda yəhudilərin 20-yə yaxın ictimai, mədəni və xeyriyyə qurumu var - “Yəhudi Evi”, “Avropa-İsrail” Assosiasiyası, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, Yəhudi Mədəniyyət Mərkəzi, Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və s. Mərkəzin təsbitinə görə, İranın əhalisi şiə olan Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsi İranın xarici siyasətində tez-tez istifadə olunan dini arqumentlərin və məzhəbçiliyin çox da mühüm olmadığını sübut edir. Xatırladılır ki, son zamanlar İsrail türk dünyası ilə diplomatik əlaqələri gücləndirdiyi halda, İran ərəb ölkələri ilə sıx əlaqə saxlayır. Bu vəziyyətin İsrailin ərəb dünyası ilə qurmağa çalışdığı sülh prosesinə təsir edəcəyi gözlənilir.

Fələstinin “Raialyoum” nəşri isə son zamanlar sıxlaşan əlaqələri İsrailin beynəlxalq miqyasda öz imicini yaxşılaşdırmaq təşəbbüsləri çərçivəsində dəyərləndirir.

Rusiyanın “The New Eastern Outlook” jurnalı isə türk dilli ölkələrin Turan imperiyası qurmaq arzusundan bəhs edir. İddia olunur ki, Tehran şimal sərhədlərində güclənən Bakı-Ankara tandemini narahatlıqla izləyir. Tehran, həm də İsrailin İran-Azərbaycan sərhədi boyunca hərəkətini, NATO üzvü Türkiyənin razılığı ilə “Mossad” (İsrail xarici kəşfiyyat xidməti) və AMAN-ın (İsrail hərbi kəşfiyyatı) Azərbaycanda varlığının gücləndirilməsini narahatlıqla seyr edir.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 269
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-07-2023, 10:04

İsrail İranın dünya üzrə 50-dən çox terror aktının qarşısını alıb

Xəbərlər

27-10-2022, 17:40

İsrailin müdafiə naziri: "Türkiyəyə həyati əməkdaşlığa görə minnətdarıq"

Xəbərlər

5-10-2021, 20:51

Azərbaycanda İsrail “F-35”ləri var? – MN-dən AÇIQLAMA

Manşet / Gündəm / Xəbərlər

28-04-2018, 08:39

Zakir Həsənov çinli həmkarı ilə görüşüb

Manşet / Gündəm / Xəbərlər

8-04-2018, 11:16

Zakir Həsənov düşmən təxribatları barədə xəbərdarlıq etdi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Səhər yeməyindən əvvəl 2 ədəd yeyin - Quru əriyin faydaları
Dərinizi bununla silin - Səpgiləri yox edir
Ərdoğan 4 “toxunulmaz” maddəni dəyişir? – Türkiyədə dramatik hazırlıq
Rusiya və Ukraynanın “müzakirə və müharibə” taktikası: kim geri çəkiləcək?
Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
Avropada iki ölkədən fəlakət ssenarisi – Böyük müharibəyə hazırlıq başladı
Son xəbərlər
  • Dünən, 21:04
    Səhər yeməyindən əvvəl 2 ədəd yeyin - Quru əriyin faydaları
  • Dünən, 18:32
    Dərinizi bununla silin - Səpgiləri yox edir
  • Dünən, 17:19
    Ərdoğan 4 “toxunulmaz” maddəni dəyişir? – Türkiyədə dramatik hazırlıq
  • Dünən, 16:36
    Rusiya və Ukraynanın “müzakirə və müharibə” taktikası: kim geri çəkiləcək?
  • Dünən, 14:45
    Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
  • Dünən, 13:22
    Avropada iki ölkədən fəlakət ssenarisi – Böyük müharibəyə hazırlıq başladı
  • Dünən, 12:38
    Su, sirkə və duz qarışımının faydaları
  • Dünən, 11:03
    Rusiya dağıdıcı cavab mesajı verdi – Nüvə zərbəsi endiriləcək?
  • Dünən, 10:15
    Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
  • Dünən, 09:11
    Xərçəngin yeni əlaməti açıqlandı – Diqqət
  • 3-06-2025, 21:10
    Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
  • 3-06-2025, 19:25
    “Hörümçək toru” əməliyyatı: Rusiyanın "ürəyinə zərbə" dünyanı şoka salıb
  • 3-06-2025, 18:19
    Yayda dərimizi necə qoruyaq? - Dermatoloq məsləhəti
  • 3-06-2025, 17:59
    Avropa nəhəngi müharibə hazırlığına başladı – ANONS VERİLDİ
  • 3-06-2025, 16:14
    Rusiya prosesə start verdi: 15 gün…- Hədəfdə Azərbaycan da var
  • 3-06-2025, 15:31
    Qalxanvari vəzi xəstəliklərinin gizli simptomları. Özünüzü yoxlayın!
  • 3-06-2025, 14:51
    Fransa Azərbaycan sərhədində kəşfiyyat yuvası açdı - Parisin Zəngəzur gedişi
  • 3-06-2025, 13:02
    Bu tarixdə qısa iş günü olacaq
  • 3-06-2025, 12:52
    Havalar isinir, amma qrip təhlükəsi artır - nə etməli?
  • 3-06-2025, 11:08
    İsrail müdafiə naziri HƏMAS-ı niyə hədələdi? - Müharibə davam edəcək
  • 3-06-2025, 10:36
    Məktəbli formaları ilə bağlı YENİLİK
  • 3-06-2025, 09:05
    Osteoxondroz, revmatizm, artroz zamanı ağrıları azaldan bitki
  • 2-06-2025, 22:15
    Uğur bu 4 BÜRCÜN yanındadır – Pul yağışı gəlir
  • 2-06-2025, 21:20
    Gecələr qarabaşaqla qatıq faydalıdırmı?
  • 2-06-2025, 20:14
    Ukraynadan Rusiyaya yeni təklif: Bu tarixdə...
  • 2-06-2025, 19:30
    Rusiyanın elə nöqtəsi vuruldu ki… – “Bu, dəhşətli məğlubiyyətdir!”
  • 2-06-2025, 18:36
    Diş ağrısı deyib keçməyin – Vacib xəbərdarlıq
  • 2-06-2025, 17:43
    Dünya bacarmadı, Türkiyə hərəkətə keçdi – Müharibə başa çatır?
  • 2-06-2025, 16:30
    Leysan yağacaq, şimşək çaxacaq, çaylardan sel keçəcək – Xəbərdarlıq
  • 2-06-2025, 15:23
    Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə