• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiya Bakının TƏLƏBİNİ YERİNƏ YETİRDİ - Xankəndinə YOL AÇILIR

Xəbərlər

1-03-2023, 20:01

Rusiya Bakının TƏLƏBİNİ YERİNƏ YETİRDİ - Xankəndinə YOL AÇILIR


Cənubi Qafqaz beynəlxalq güclərin nəzərində hazırda ən "yağlı tikələrdən" biri kimi görünür. Bu gün ABŞ, Qərb, Rusiya, digər tərəfdən də Çinin regiona heç vaxt olmadığı qədər müdaxilə etmək, təmasları artırmaq cəhdləri bunu düşünməyə əsas verir.

Təbii ki, bu məsələdə regionun geosiyasi mənzərəsini dəyişən, bugünkü reallığı yaradan Bakının mövqeyini, istəklərini kim nəzərə alacaqsa, o dövlətin, o güc mərkəzinin də üzü güləcək.

Beynəxlaq münasibətlər sistemində xüsusilə son dönəmlər bir çox dövlətlər öz aralarında olan münaqişələri həll etməyə çox yaxın olarkən regional və ya qlobal hegemon güclər öz geosiyasi ambisiyalarını həyata keçirmək üçün bu prosesə mane olurlar.

Bu baxımdan çox təəssüflər olsun ki, Cənubi Qafqaz beynəlxalq güclər arasında mübahisə məkanı olduğundan hər zaman bu regiona müdaxilələri avtoşok şəklində də olsa müşahidə etmək mümkündür.

Təbii ki, regionda sülhə, sabitliyə mane olmaq məsələsi hər zaman Ermənistan hakimiyyəti vasitəsilə bu və yaxud digər dövlətlər, qüvvələr tərəfindən həyata keçirilib.

Azərbaycanla Ermənistan 10 noyabr üçtərəfli bəyanatı imzalamaqla bir çox məsələlərdə ortaq məxrəcə gəlmək imkanları əldə etdiyimiz, sülh istiqamətində önəmli irəliləyiş əldə etməyə yaxın olduğumuz vaxtda bir yandan İran molla-fars rejimi bu düşmənçiliyin sülhlə bitməsindən narahat olduğu üçün çıxarmadığı oyun, atmadığı destruktiv addım qalmadı, digər tərəfdən Fransanın "bacısı" Ermənistanı Azərbaycana qarşı manipulyasiyalarla danışışıqlar prosesini əngəlləmək məqsədilə verdiyi tapşırıqlar Bakının gözləntilərinə mane oldu.

Bunu eyni zamanda regionda marağı olan qüvvələrin, güc mərkəzlərinin, iri dövlətlərin aralarındakı konfrantasiyasından meydana çıxan real mənzərə də adlandıra bilərik.

Bu nöqteyi nəzərdən Rusiya Xarici işlər naziri Sergey Lavrovun Bakıya baş tutan iki günlük səfəri Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində aktorların regiondakı yeni fəallığı fonunda Moskvanın baxış bucağını, məsələyə yanaşmasını yenidən gözdən keçirmək adına Bakı üçün olduqca önəmli oldu.

Belə dümək mümkünsə, Lavrovun Bakı səfəri növbətçi səfəri idi. Daha da konkretləşdirsək, son proseslərin ardından Rusiya xarici siyasətinin baş diplomatı bu səfərlə rəsmi Bakının, Azərbaycan tərəfi isə Moskvanın nəbzini yoxladı. Ən əsası, bir məsələ gün kimi aydın oldu ki, Moskva İrəvanın əlindən "dəmir çeynəyir". Düzü, Ermənistan tərəfinin də Rusiyaya olan aqresiyyası, nifrəti özünü son vaxtlar daha açıq şəkildə göstərir. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlamalarından da aydın şəkildə sezmək mümkündür.

Yaxın keçmişə kimi bir-birinə təbəssümlə reaksiya verən, bir-birinin əlini gülər üzlə sıxan tərəflər bu gün qarşılıqlı şəkildə bostanlarını daş-qalaq etməklə məşğuldurlar.

Uzun illər Ermənistana havadarlıq edən, onun sərhədlərini qoruyan, iqtisadi sabitliyini saxlamaq üçün bir əli İrəvanda olan Moskvaya qarşı bu nifrətin günü-gündən artmasında şübhəsiz ki, Qərbin fəaliyyəti diqqətdən kənar qala bilməz. Amma istənilən halda Azərbaycan üçün bu mühiti əlverişli adlandıra bilərik. Çünki Azərbaycana lazım olan ərazi bütövlüyünün təmini, sabitliyi və təhülkəsizliyi məsələsidir.

Bu mühit Bakının təzyiqlərinin və təsir imkanlarının işə yarıması sarıdan da olduqca əlverişlidir. Biz bunu Lavrovun Bakı səfərinin ardınca şahid olduq. Belə ki, Rusiya XİN rəhbəri Bakıdan gedər-getməz Qarabağın sülhməramlıların müvəqqəti nəzarət zonasında yaşayan erməni sakinlərlə Azərbaycan nümayəndələri arasında təmaslar olub.

Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb:

1. Rusiya Vaşinqtonun təşəbbüsü ilə Brüssel görüşündən öncə Bakı ilə Qarabağ erməniləri arasında görüşü təşkil etməklə Azərbaycanın etimadını qazanmaq niyyətini ortaya qoymuş oldu.

2. Moskva İrəvana göstərmiş oldu ki, sənin Rusiyanı Qafqazdan çıxarmaq məqsədilə Qərbə vasitəçilik cəhdlərin heç bir nəticə verən deyil. Regionun ağası, əsas aktoru Azərbaycandır və Bakı istəmədiyi təqdirdə Rusiya daim sənin nəfəsini hiss edəcək.

3. Rusiya eyni zamanda Qərbə də mesaj vermiş oldu ki, sizin Ermənistan sərhədlərinə göndərdiyiniz missiya sülhməramlı kontingentin fəaliyyətinə kölgə sala bilməz, İrəvanın Rusiya hərbi kontingenti ilə bağlı səsləndirdiyi iddialar qarayaxmadan başqa bir şey deyil.

Proseslərin bu cür inkişafı deməyə əsas verir ki, rəsmi Bakı əlini-qolunu yanına salıb, Cənubi Qafqaz uğrunda aparılan mübarizələri nəinki seyr etməyəcək, üstəlik regionun əsas aktoru olaraq hadisələrə öz mənafeləri nəzərə alınmaqla müdaxilə etmək üçün imkanlara da malikdir. Bunu indi Rusiya da çox yaxşı anladığından məhz birinci Bakının tələbinə uyğun olaraq Ruben Vardanyan tutduğu "vəzifədən" kənarlaşdırıldı.

Lavrovun Bakı səfərindən saatlar sonra isə Prezident İlham Əliyevin Münhendə panel müzakirələr zamanı da səsləndirdiyi kimi, Azərbaycanın istəyinə uyğun kontingentin komandanı Andrey Volkovun vasitəçiliyi ilə məhz Qarabağdakı yerli erməni nümayəndələrlə görüş təşkil edildi.

Əliyev Münhen Təhlükısizlik Konfransında açıq şəkildə qeyd etmişdi ki, normallaşma prosesi iki istiqamət üzrə inkişaf etdirilir:

⚫️ Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilir, tərəflər arasında təmas mövcuddur, sənədlərin mübadiləsi həyata keçirilir və s.

⚫️ Bildirilmişdi ki, Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə təmaslara başlanacaqdır. Martın 1-də keçirilmiş görüş daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın təzahürüdür.

Biz bu gün bir daha şahidi olduq ki, Azərbaycan öz məqsədinə doğru çox böyük sürətlə irəliləməkdədir, üstəlik erməni yalanlarının, qarayaxmalarının da deaktivlə.dirilməsinə nail olmaqdadır. Xarici media və QHT-lər də cəlb olunmaqla son dövrlər ölkəmizə qarşı təşkil olunmuş kampaniya heç bir nəticə verməməsinin, bu cəhdlərin iflasa uğramasının başqa adı yoxdur.

Hazırki situasiya eyni zamanda ondan xəbər verir ki, Kreml Cənubi Qafqazdakı mövqeyinin zəifləməməsi, nüfuzunun qorunub saxlanılması üçün Bakının tələblərini prioritet saymağa başladı, Azərbaycanın istəklərini hesaba qatmağı indiki məqamda Rusiya üçün ən uyğun variant olduğuna inandı.

Azərbaycan ələ düşən fürsəti xeyrinə istifadə etmək üçün prosesləri doğru-dürüst dəyərləndirməklə Ermənistanla sülh danışıqları istiqamətində əlini daha da qüvvətləndirməyə hesablanmış qəti addımlarının sayını bundan sonra daha da artırmalıdır.

Çünki başlıca hədəfimiz Qarabağın tamamında suverenliyimizin bərpasıdır. Son Moskva-Bakı təması bir daha nümayiş etdirir ki, Rusiyadakı dairələr bunda maraqlı olmasalar da, qarşımızı kəsə bilməyəcəklər. Çünki sirr deyil ki, Ruben Vardanyanın bir neçə ay əvvəl Qarabağda peyda olması, Qarabağ separatçılarının təmsilçilərinin tez-tez Moskvaya çağrılmaları və separatçıların tərksilah olunmaması əsla Moskvanın dürüstlüyünə, Bakıya canıyananlığına zərrə qədər də olsun işarə etmir. Amma Lavrovun Bakı səfəri öncəsi və sonrası regionda baş verən proseslər göstərdi ki, Azərbaycan vəziyyətdən ustalıqla istifadə etməyə başlayıb.

Oxunub: 514
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-01-2023, 00:40

Avropa Birliyi Azərbaycan, Türkiyə, ABŞ və Böyük Britaniyaya SAVAŞ AÇIR

Xəbərlər

25-12-2022, 10:21

NATO və Rusiya arasında qalan Türkiyə - ŞƏRH

Gözəllik və təbabət

25-12-2022, 09:03

Daha sağlam yaşamaq üçü 6 bitki çayı

Xəbərlər

3-12-2022, 13:34

Ağ Ev Paşinyana daha güvənmir: ABŞ Azərbaycanla strateji tərəfdaşlığa can atır

Xəbərlər

27-10-2021, 07:39

TƏCİLİ! Noyabrın 10-a qədər təkcə Ermənistanın deyil, bütün regionun taleyi HƏLL EDİLİR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
Son xəbərlər
  • Bu gün, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
  • Bu gün, 18:41
    Başgicəllənmə bu xəstəliyin əlamətidir
  • Bu gün, 17:34
    Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
  • Bu gün, 16:16
    Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
  • Bu gün, 15:27
    Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
  • Bu gün, 14:49
    Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
  • Bu gün, 13:00
    Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
  • Bu gün, 12:37
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • Bu gün, 11:57
    Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
  • Bu gün, 10:23
    Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
  • Bu gün, 09:03
    Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
  • Dünən, 21:57
    Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
  • Dünən, 20:45
    Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
  • Dünən, 19:29
    İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
  • Dünən, 17:23
    Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
  • Dünən, 16:04
    Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
  • Dünən, 15:36
    Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
  • Dünən, 14:43
    Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
  • Dünən, 12:37
    1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
  • Dünən, 11:51
    Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
  • Dünən, 09:10
    Qışdan çıxan bədəndə nə çatışmır? – Orqanizmin gizli siqnalları
  • 19-03-2026, 22:18
    Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
  • 19-03-2026, 21:53
    Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
  • 19-03-2026, 20:50
    Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
  • 19-03-2026, 19:05
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • 19-03-2026, 18:12
    Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
  • 19-03-2026, 17:26
    Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq
  • 19-03-2026, 16:39
    Altı bürcə müjdəli xəbər: Sevgi və karyerada yüksəliş
  • 19-03-2026, 15:18
    İraqın hava məkanı bu tarixə qədər bağlı qalacaq
  • 19-03-2026, 14:03
    Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə