• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
Səhər beynin dumanlı olmasının əsas səbəbləri
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanın sabahı: Hansı sahələr daha çox gəlir gətirəcək?

Xəbərlər

1-11-2025, 14:47

Azərbaycanın sabahı: Hansı sahələr daha çox gəlir gətirəcək?


Azərbaycan şirkətləri yaxın beş ildə tikinti və xammal sektorunun, o cümlədən nəqliyyat və logistika sahələrinin daha çox böyüyəcəyini proqnozlaşdırır. Bu barədə "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatın doqquzuncu buraxılışındakı "Biznes etimadı sorğusu"nda qeyd edilib.

Sorğunun nəticələrinə görə, şirkətlər yaxın beş ildə Azərbaycanda ən sürətli inkişafın tikinti və xammal sektorunda (20 %), eləcə də nəqliyyat və logistika sahələrində (20 %) olacağını proqnozlaşdırır. Bu proqnozlar real iqtisadi trendlərlə nə dərəcədə üst-üstə düşür? Növbəti beş ildə ölkədə daha çox hansı sahələrin inkişaf edəcəyi gözlənilir?

“Emaledici qida sənayesi və yüngül sənaye inkişaf edəcək”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, növbəti beş ildə əsas hədəflər idxalın əvəzlənməsi ilə bağlı olacaq: “Çünki məqsəd yerli istehsalın genişləndirilməsidir. Bu, həm qiymətlərin optimallaşdırılması, həm də valyutanın ölkədə qalması baxımından vacibdir. Emaledici qida sənayesinin daha da inkişaf etdiriləcəyi gözlənilir. Yüngül sənayedə də üstünlüklər mövcuddur. Bu sahələr növbəti beş ildə əsas prioritetlər siyahısındadır”.

Nəqliyyat-logistika sahəsində gəlirlər artacaq

V.Bayramovun fikrincə, növbəti beş ildə inkişaf edəcək sektrolardan biri də nəqliyyat-logistikadır: “Çünki bir tərəfdən Orta Dəhlizin imkanları genişlənir, digər tərəfdən Azərbaycan və Qazaxıstan bu istiqamətdə kifayət qədər geniş miqyaslı əməkdaşlıq nümayiş etdirir. Bu da nəqliyyat və logistikanın inkişafına ciddi şərait yaradacaq. Ona görə gözlənilir ki, Azərbaycan növbəti beş ildə nəqliyyat və logistika sahəsindən daha çox gəlir əldə etmək imkanı qazanacaq. Bu da iqtisadi artıma təsirsiz ötüşməyəcək. İqtisadiyyatı inkişaf etdirən digər amillər infrastrukturun inkişaf etdirilməsi, elektronlaşmadır. Bütün bunlarla yanaşı geosiyasi vəziyyət və regiondakı yeni düzən də Azərbaycan üçün yeni imkanlar yaradır. Qarabağ münaqişəsinin həlli regiona daha çox sərmayənin cəlb edilməsi, daha çox yüklərin daşınması baxımından da vacibdir. Dövlət siyasəti islahatların dərinləşməsi istiqamətindədir. Nəqliyyat və logistika, qeyri-neft sektorunun inkişafı üçün daha çox sərmayənin cəlb olunması üçün işlər növbəti beş ildə daha da artacaq. Qeyri-neft sektorunun inkişafı əsas hədəflərdəndir”.

Yaşıl enerji sahəsi də diqqətdədir

İqtisadçı Elçin Əkbərov bildirdi ki, proqnozlar real mənzərəni əks etdirir: “Mən bu siyahıya alternativ enerji sektorunu da əlavə etmək istərdim. Son illər bu sektora ciddi xarici investisiyalar cəlb edilir və bu, hazırda da davam edir. Növbəti beş il ərzində azı yeddi QVt yaşıl enerji gücləri istifadə oluna biləcək və bunun 70 faizindən çoxu ixraca yönəldiləcək. Bu məqsədlə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir”.

E.Əkbərov digər inkişaf edəcək sahələrə də toxundu: “İnşaat sektorunun inkişafının davam etməsi qaçılmaz prosesdir və fikrimcə, inşaat sektorunun xüsusi çəkisində qeyri-yaşayış, emal, istehsalat, soyuducu anbar kompleksi yönümlü tikintilər artacaq. Xammal sektoru ilə yanaşı emal və istehsalat sektorları da inkişaf edəcək, çünki ölkəmizdə böyük həcmlərdə aqrar məhsul yetişdirilir və çox az hissəsi emal olunaraq satışa çıxarılır və ya ixrac olunur. Bu da məhsulun saxlanma müddətini azaldır və uzun yol qət etməsini çətinləşdirir. Ancaq emal və istehsalat sektorlarının inkişafı ilə bu problemlər aradan qaldırılacaq və ölkəmiz daha çox əlavə dəyər yarada bilən məhsullar ilə dünya bazarında payını artıracaq. Nəqliyyat sektorunun inkişafı qaçılmazdır, bunu dəmir yolları və gəmi-bərə daşımaları nümunəsində real olaraq görürük”.

Dövlətin dəstəyi vacibdir

Ekspertin fikrincə, bu sahələrin inkişafı üçün müəyyən işlər görülməlidir: “Biznesə başlama müddətinin qısa, xərclərinin minimal olması, xidmətlərin maksimal elektronlaşması texniki baxımdan prosesləri sürətləndirib. Ancaq Qarabağın demək olar ki, sıfırdan bərpası, yenidən qurulması, regional kommunikasiyaların maksimal açılması ilə tranzit yükdaşımaların artması və ölkədən daha çox sərnişin və yük keçidi, vergi və gömrük stimullaşdırıcı tədbirləri, ixrac imkanlarının genişlənməsi və qeyri-neft sektoruna diqqət və marağın artması inkişafa gətirib çıxaracaq”.

E.Əkbərov inkişaf edən sahələrə dövlət dəstəyinin vacibliyindən də bəhs etdi: “Dövlət dəstəyini regional, sektoral və ərazi üzrə qruplaşdırmaq olar. Regional olaraq Qarabağ ərazisində bizneslərə 10 illik vergi güzəştləri verilir. Sektoral və regional əsasda yanaşsaq, investisiya təşviqi sənədi, aqrar subsidiyalar, həmçinin sənaye parkları və sənaye məhəllələri ciddi dəstəklər təklif edir. Sektoral baxımdan dəstəklərin hamısı qeyri-neft sektoruna və xüsusilə aqrar, istehsalat sektorlarına yönəlib”. ("Kaspi" qəzeti)

Oxunub: 98
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-12-2024, 15:15

Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb

Xəbərlər

2-11-2023, 14:44

Bu il Azərbaycanda orta illik inflyasiya nə qədər olacaq? - Nazir AÇIQLADI

Xəbərlər

13-12-2022, 16:52

Ölkədə iqtisadi vəziyyət necədir? - Rəsmi açıqlama

Xəbərlər

23-07-2022, 22:28

Yeni strategiya nələri dəyişəcək: Bakının iqtisadi hədəfləri - TƏFƏRRÜATLAR

Xəbərlər

10-05-2022, 16:50

Qərb Rusiyanı bu cür çökdürür - ŞOK PROQNOZ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Son xəbərlər
  • Dünən, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • Dünən, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • Dünən, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • Dünən, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • Dünən, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • Dünən, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • Dünən, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
  • Dünən, 15:36
    Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
  • Dünən, 14:54
    Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
  • Dünən, 13:30
    60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
  • Dünən, 12:39
    Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
  • Dünən, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • Dünən, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • Dünən, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • 18-06-2026, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • 18-06-2026, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • 18-06-2026, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • 18-06-2026, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • 18-06-2026, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • 18-06-2026, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
  • 18-06-2026, 16:31
    Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
  • 18-06-2026, 15:32
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • 18-06-2026, 14:27
    ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
  • 18-06-2026, 14:20
    Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
  • 18-06-2026, 13:02
    Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
  • 18-06-2026, 12:29
    Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
  • 18-06-2026, 11:45
    Tramp Ukrayna məsələsində Avropa ilə razılaşdı - Əvəzində nə tələb edir?
  • 18-06-2026, 10:40
    Robert Köçəryanın toxunulmazlığı ləğv edildi
  • 18-06-2026, 09:07
    Səhərlər görünən bu 4 əlamət – xərçəngdən ola bilər
  • 17-06-2026, 21:44
    Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə