• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Şimali Koreya Putinə belə dəstək verir
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qərb Çinə görə Azərbaycanı cəzalandıracaq? - SƏBƏB

Xəbərlər

24-01-2023, 10:29

Qərb Çinə görə Azərbaycanı cəzalandıracaq? - SƏBƏB


Prezidentin Davos forumu çərçivəsində keçirdiyi görüşlər, xüsusən Çinin CGTN telekanalına müsahibəsi geniş şərh edilməkdədir. Müəyyən rəylərdə bu müsahibə Azərbaycanın xarici siyasət kursunun dəyişməsi, Rusiyanın dünya siyasətindən çıxması müqabilində Çinə sığınmaq kimi təqdim edilir. İddia olunur ki, Qərbin əsas hədəfi Rusiya deyil, Çini sıradan çıxarmaqdır, ona görə də Bakı Pekinlə yaxınlaşarsa, sanksiyalara da məruz qala bilər.

Bu yanaşma reallığı nə qədər əks etdirir? Bəri başdan qeyd edək ki, Qərbin aparıcı KİV-lərində gedən təhlillərdə kəskin Çin-ABŞ və Çin -Avropa qarşıdurması istisna edilir. Əksinə, bəlli olduğu kimi, ötən ilin noyabrında İndoneziyanın Bali əyalətində ABŞ Prezidenti Cozef Baydenlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında G20 sammiti çərçivəsində ilk görüş keçirilib. Tərəflər qarşıdurmanın aradan qaldırılmasında maraqlı olduqlarını, qarşıdurmanın yalnız iki ölkəni deyil, bütün dünyanı təhlükəyə ata biləcəyini ifadə ediblər. "Bu, iki ölkə xalqlarının əsas maraqlarına və bütün dövlətlərin ümumi maraqlarına uyğun gəlmir”, - deyə Si Cinpin bildirmişdi. Həmin görüşdə ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri də razılaşdırılmışdı. Səfər yaxın həftələrdə-fevralın ilk ön günlüyündə gerçəkləşdiriləcək.

Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corc Meloni artıq Çində olublar, yaz ayları üçün Avropa İttifaqı-Çin sammiti də planlaşdırılır.

Yəni Qərb “Çinə görə Azərbaycanı cəzalandıracaq” proqnozu arzunu reallıq kimi qələmə verməkdir. Əvvələn, Azərbaycanın Çinlə xüsusi yaxınlaşması barədə indidən qəti rəy söyləmək tez olardı, ikincisi də, bunun anti-Qərb demarşı kimi təqdimatı yanlışdır. Bununla yanaşı mümkün yaxınlaşmanı zəruri edən çoxsaylı səbəblər var. Tam və detallı olmasa da müəyyən səbəblərin üzərində dayanmaq olar.

1) Azərbaycan müxtəlif nəqliyyat layihələrində Çinlə əməkdaşlıqda maraqlı olduğunu ilk dəfə ifadə etmir. Çinin ” Bir kəmər-bir yol” layihəsinə əvvəldən də dəstək bildirilib. Çin tərəfi də mövcud və nəzərdə layihələrdə iştirak etmək, sərmayə qoymaq maraqlarını gizlətmir. Ələt limanı layihəsi 2010-cu illərin 2-ci yarısından etibarən Çin sərmayəsi üçün açıq olub;

2) Azərbaycan iqtisadiyyatının mühüm şaxələndirmə istiqamətlərindən birinin də nəqliyyat dəhlizləri olacağı hələ ötən əsrin 90-cı illərin əvvəllərində də məlum idi. Bu haqda mərhum prezident Əbülfəz Elçibəy 1992-ci ildə öz seçki kampaniyasını AzTV-də açıqlayarkən də məlumat vermişdi. Azərbaycanın beynəlxalq yükdaşımaları xabına çevirmə haqda aydın olmayan o ilkin təsəvvürlər indi ardıcıl siyasət şəklində həyata keçirilir;

3) Beynəlxalq yükdaşımalar və ya bəzi dairələrin sevdiyi terminlə desək, “karvan yolları uğrunda mübarizə” Azərbaycanın II Qarabağ müharibəsindən sonra üzləşdiyi ən böyük çağırışdır. Bu mübarizənin bir həlqəsi olan Zəngəzur dəhlizinin baş tutmaması üçün Azərbaycan cənub qonşumuz tərəfindən savaşla belə təhdid olundu, hansısa “qırmızı xət”lərdən bəhs olundu, Araz boyu məhz ölkəmizə qarşı iki dəfə hərbi təlimlər keçirildi;

4) İran tərəfi inadla Zəngəzur dəhlizini “Turan-NATO dəhlizi” kimi təqdim edir, Körfəz ölkələrini, Rusiya və Çini layihəyə qarşı təhrik etməyə çalışırdı. Amma bu təşəbbüslərin əks effekt verməsinə şahidik. Azərbaycanın birinci şəxsinin və digər rəsmilərin Körfəz ölkələrinə səfərləri, son zamanlar Səudiyyə-Azərbaycan, Azərbaycan-BƏƏ, Azərbaycan-Qətər, Azərbaycan-Bəhreyn əlaqələrinin intesivləşməsi ilə paralel olaraq eyni ölkələrin Çinlə əlaqələrinin sıxlaşması müşahidə olunur. Çin-ərəb sammiti keçirilməsi gündəmdədir. Çin liderinin Ciddə və Abu-Dabidə BƏƏ-nin İran tərəfindən mübahisələndirilən ərazi bütövlüyünü dəstəkləyən bəyanatları İranda “Çinin Tehrana xəyanəti” kimi dəyərləndirilir. Yəni Azərbaycana qarşı İranın formalaşdırmağa çalışdığı nəzəri koalisiya bizim müdaxilə olmadan da öz əleyhinə real birliyə çevrilməkdədir.

Pakistanın və Mərkəzi Asiyanın türk respublikalarının Çinlə siyasi və iqtisadi əlaqələri haqda yetərli məlumatlar olduğundan üzərində xüsusi dayanmadan yekun qənaət hasil edirik- Azərbaycanın müttəfiqləri ilə yaxın tərəfdaşlıq münasibətlərində olan ölkə ilə yaxınlaşması gözlənilən idi, üstəlik, indi bu yaxınlaşmanı həm də bizi təkləmək təşəbbüslərinə cavab vermək zərurəti və iqtisadi maraqlarımız tələb edir.

5) Beləliklə, Çin və Azərbaycan əməkdaşlığı Qərbə qarşı deyil, əksinə, Qərbin də dəstəklədiyi layihələri (Şərq -Qərb nəqliyyat dəhlizləri) icra etmək üçün lazımdır.

Oxunub: 500
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-11-2022, 20:14

ABŞ Çinin dünya liderliyini necə əngəlləyir? - DETALLAR

Xəbərlər

23-09-2022, 23:18

NATO-dan Çinə Rusiya ÇAĞIRIŞI

Xəbərlər

8-07-2022, 08:40

Qərb Azərbaycana qarşı SANKSİYALARA HAZIRLAŞIR

Xəbərlər

9-03-2022, 21:20

Davos Dünya İqtisadi Forumu Rusiya ilə münasibətləri dondurur

Xəbərlər

19-02-2021, 07:51

DÜNYA ŞOKDA: ABŞ "ikinci NATO" yaradır - YENİ SİYAHI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Son xəbərlər
  • Dünən, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • Dünən, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • Dünən, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • Dünən, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • Dünən, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • Dünən, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • Dünən, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • Dünən, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • Dünən, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • Dünən, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • 13-08-2026, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • 13-08-2026, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • 13-08-2026, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • 12-08-2026, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • 12-08-2026, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • 12-08-2026, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • 12-08-2026, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • 12-08-2026, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə