“2008-ci ilin 1 mart hadisələri ilə bağlı bütün faktların artıq məlumdur və istintaq tam şəkildə aparılıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, hüquq-mühafizə orqanları keçmiş prezident Robert Köçəryanı məsuliyyətə cəlb etməlidir:
“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında 1 mart 2008-ci il hadisələrinin dövlət səviyyəsində baş verdiyi göstərilir və buna görə məsuliyyət məsələsi açıq qalır.
İctimaiyyətdə bu proseslə bağlı müxtəlif şübhələr formalaşır və onun guya “kulis razılaşmalar” əsasında bəzi şəxslərə güzəşt etdiyi barədə iddialar səslənir. Əsas məqsəd ədalətin bərpasıdır”.