• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
Qovunu kimlər ehtiyatla yeməlidir?
İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İrəvanın ŞOK Qafqaz planı: Türkiyəni istəməyən ölkələrlə birləşərək...

Xəbərlər

9-01-2023, 11:36

İrəvanın ŞOK Qafqaz planı: Türkiyəni istəməyən ölkələrlə birləşərək...



2019-cu ildə tikilib başa çatdırılması planlaşdırılan Ermənistan və Gürcüstanın enerji sistemlərini birləşdirən şəbəkənin tikinti müddəti 2027-ci il dekabrın 31-dək uzadılıb. Layihənin məqsədi Ermənistan və Gürcüstan enerji sistemlərini Ayrumda yerləşən sabit cərəyan transformatoru vasitəsilə birləşdirməkdir. Gürcüstan tərəfdən əlaqənin Marneuli yarımstansiyasından, Ermənistan tərəfdən - Ddmaşen yarımstansiyasından hava elektrik xətləri vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, "Sputnik Armenia"-ya müsahibəsində erməni ekspert Artur Avetisyan deyib ki, elektrik şəbəkəsinin yaradılması Şimal-Cənub enerji dəhlizinin bir hissəsidir, onun birinci mərhələsi üçüncü İran-Ermənistan elektrik ötürücü xəttinin tikintisidir. Bu layihə də bir neçə il gecikib.

Rəsmi açıqlamalara görə, İran-Ermənistan elektrik xəttinin tikintisinin 2023-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Hələ tikintisinə başlanılmamış “Noravan” yarımstansiyasını da tikmək lazımdır.

“Yəni İran-Ermənistan elektrik ötürücü xəttinin tikintisinin 2023-cü ildə başa çatacağı ilə bağlı rəsmi məlumata inanırsınızsa, bu, Ermənistan-Gürcüstan layihəsinin yalnız 2024-cü ildə həyata keçiriləcəyi deməkdir”, - Avetisyan bildirib.

Ekspert bu cür gecikmələr və geosiyasi vəziyyətin sürətlə dəyişməsi fonunda, məsələn, texniki-iqtisadi zərurət olmadığı üçün Gürcüstanla yeni elektrik xəttinin, ümumiyyətlə çəkilməyəcəyini istisna etmir. Regional enerji bazarında yer qazanmaq və ya heç olmasa öz mövqeyini qorumaq üçün ekspertin fikrincə, bu gün Ermənistan üçün ən ciddi problem infrastrukturun olmamasıdır.

Qeyd edək ki, İrandan Ermənistana verilən hər 1 kubmetr qaza görə Ermənistan İrana 3 kVt/saat elektrik enerjisi verir. “Elektrik enerjisi müqabilində qaz” müqaviləsinə əsasən, İran Ermənistana 1 milyard kubmetr qaz verməli, bunun müqabilində 3 milyard kVt/saat elektrik enerjisi almalı idi.

Bundan əlavə, İranla müqavilənin müddəti 2026-cı ilin yanvarında başa çatır və bəzi ekspertlərin fikrincə, İranın onu uzatmaq üçün heç bir əsası yoxdur, çünki Rusiya bu ölkədə iki nüvə bloku tikir və onun istismara verilməsi 2026-cı ilə planlaşdırılıb.

Məqalədə vurğulanıb ki, Türkiyə tezliklə elektrik enerjisi idxalını dayandıracaq və özü ixrac etməyə başlayacaq. Rusiya Türkiyədə hər birinin gücü 1200 MVt olan 4 atom elektrik bloku tikir. Onlardan birincisi 2023-cü ildə, sonuncusu isə 2026-cı ildə buraxılacaq. Nəticədə 2026-cı ildən sonra Türkiyə regionun ən böyük elektrik enerjisi ixrac edən ölkəsi olacaq.

Beləliklə, Ermənistan təkcə elektrik enerjisi ixrac edən ölkə kimi mövqelərini itirmək deyil, həm də idxalçı ölkəyə çevrilmək təhlükəsi ilə üz-üzədir.

Ermənistanın enerji diplomatiyası axsaqdır

Ekspert hesab edir ki, Ermənistan artıq enerji sənayesində regional rəqabətdən çıxıb. Problem təkcə potensialın və infrastrukturun olmamasında deyil, daha çox siyasi prioritetlərdədir.

Məsələn, Ermənistan Qara dənizin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi layihəsindən kənarda qalıb. Azərbaycan, Gürcüstan, Macarıstan və Bolqarıstan bu barədə 17 dekabr 2022-ci ildə memorandum imzalayıb.

Avetisyan ümid edir ki, layihənin məqsədi Azərbaycana yönəlsə də, Ermənistan üçün də qapılar bağlı deyil. Onun sözlərinə görə, Ermənistan tranzit ölkə kimi Gürcüstanla bu formatda işləyə bilər, həmçinin Aİ ilə bu məsələdə konsensusa gələ bilər.

Türkiyəni istəməyən ölkələrlə əməkdaşlıq

Eksperti qeyd edir ki, mövcud siyasi vəziyyəti nəzərə alaraq, Ermənistanla enerji sahəsində əməkdaşlıqda üstünlük təşkil edən ölkələr (İran, Hindistan) var. Lakin belə tərəfdaşlarını itirməmək üçün Ermənistan da müvafiq addımlar atmalıdır.

"Bizim əsas kartımız bu tərəfdaş dövlətlərlə və ya Türkiyənin bu bölgəyə gəlməsini və nəhayət genişlənməsini istəməyən ölkələrlə əməkdaşlıqdır. Söhbət İran, Rusiya, Hindistan, Gürcüstandan gedir. Çünki Gürcüstanın indiki hökuməti əvvəlki kimi Türkiyəyönlü deyil. Gələcəkdə Çinlə də əməkdaşlıq mümkündür”, - Avetisyan bildirib.

"Bütün nəzərdə tutulan proqramlar və strateji layihələr regional və geosiyasi reallıqlar nəzərə alınmaqla hazırlanıb. İndi dünyada vəziyyət sadə deyil, lakin oyunçuların, o cümlədən Ermənistanın maraqları dəyişməyib. Sadəcə, indi hər şey çox sürətlə gedir. Biz də öz maraqlarımızı birləşdirməyə və təşviq etməyə çalışmalıyıq”, - ekspert deyir.

Oxunub: 491
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-12-2021, 12:09

İran, Azərbaycan və Gürcüstan arasında mühüm razılaşma: Plan icra olunur

Xəbərlər

22-07-2021, 20:53

Prezident ELAN ETDİ: ilin sonunadək həm Qarabağda, həm də Şərqi Zəngəzurda...

Xəbərlər

2-07-2019, 06:46

SON DƏQİQƏ: Iran hər zaman Ermənistanın YANINDADIR - Qarabağ planı

Maraqlı

17-04-2019, 09:43

Dünyada ilk üzən AES-in sınaqları başa çatır

Manşet / Gündəm / Xəbərlər

2-04-2018, 10:40

İran Azərbaycandan elektrik enerjisi alacaq

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
Son xəbərlər
  • Bu gün, 19:46
    Bakını tüstü bürüyür – Paytaxtı zəhərləyənlər cəzalanacaqmı?
  • Bu gün, 17:07
    Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
  • Bu gün, 16:03
    Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
  • Bu gün, 14:50
    32 dövlət Makrona görə təşviş içində – O tarixdən sonra hər şey dəyişə bilər
  • Bu gün, 13:06
    Ən çətin şəraitdə belə, Rusiya bunu edəcək – Putin
  • Bu gün, 11:00
    ABŞ-da daimi yaşamaq istəyənlərə ŞAD XƏBƏR - Məhkəmə qadağanı ləğv etdi
  • Bu gün, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • Dünən, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • Dünən, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • Dünən, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • Dünən, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • Dünən, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • Dünən, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • Dünən, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • Dünən, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • Dünən, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • Dünən, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
  • Dünən, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
  • Dünən, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • Dünən, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Dünən, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • 20-08-2026, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • 20-08-2026, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • 20-08-2026, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • 20-08-2026, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • 20-08-2026, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • 20-08-2026, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • 20-08-2026, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • 20-08-2026, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • 20-08-2026, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə