Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev birgə bəyanat imzalayıblar. Bundan başqa, iki liderin iştirakı ilə Ermənistan və Qazaxıstan arasında müəyyən sənədlər imzalanıb.
Globalinfo.az xəbər verir ki, həmin razılaşmalardan bəziləri aşağıdakı kimidir:
– Gizli məlumatların ötürülməsi, istifadəsi, qorunması və təhlükəsizliyi barədə saziş;
– Ermənistanda Qazaxıstan Respublikasının və Qazaxıstanda Ermənistan Respublikasının diplomatik nümayəndəlik binalarının tikilməsi üçün torpaq sahələrinin qarşılıqlı verilməsi barədə saziş;
– Ticarət-iqtisadi əməkdaşlıq üzrə 2026–2030-cu illər üçün yol xəritəsi.