NATO Parlament Assambleyası Rusiyanı terroru himayə edən dövlət kimi tanıyıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Yeqor Çernev deyib.
Onun sözlərinə görə, rus cinayətkarlarının cəzalandırılması üçün xüsusi Beynəlxalq Tribunalın yaradılması tələb edilib: “NATO PA həmçinin Rusiyanın təcavüzü ilə bağlı beynəlxalq tribunalın yaradılmasını tələb edib və bu dövləti terroru himayə edən dövlət kimi tanıyıb. Alyansın 30 ölkəsinin hər biri heyətimizin təkliflərini dəstəkləyib”.
Çernevin sözlərinə görə, qətnamə NATO-ya üzv olan bütün ölkələrin hökumətlərinə və parlamentlərinə göndəriləcək.