• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Gün ərzində nə qədər duz qəbul etmək olar?
Maskasız 4 bürc - Onların içi də çölü də birdir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

TƏCİLİ: Azərbaycan Xankəndi yolunu BAĞLAYIR - Orduya TAPŞIRIQ VERİLDİ

Xəbərlər

17-11-2022, 12:13

TƏCİLİ: Azərbaycan Xankəndi yolunu BAĞLAYIR - Orduya TAPŞIRIQ VERİLDİ


Beynəlxalq nüfuzunu itirməkdə davam edən rəsmi Paris onun üçün həyati əhəmiyyətli bölgələrdə üstünlük əldə etmək üçün bir sıra münaqişələrin nizamlanması məsələsində öz təşəbbüsü ilə iştirak edərək "mən də varam" demək istəyir. Amma rəsmi Parisin qərəzli mövqeyi onun uğursuzluq seriyasının davam etməsinə səbəb olur.

Görünən odur ki, Aralıq dənizində Ankaraya qarşı koalisiya qura bilməyən Paris, Afrikanı da itirmək üzrə olduğu bir məqamda Avrasiyanın orta xətti uğrunda qızışan mübarizəyə barmaq etmək niyyətinə düşüb. 10 noyabr üçtərəfli bəyanatı ilə rəsmi Bakı qarşısında öhdəliklər götürən Ermənistanın destruktiv mövqeyini dəstəkləyən Minsk Qrupunun keçmiş həmsədr dövləti Fransa Senatının Azərbaycana qarşı dünənki təxribat xarakterli qətnaməsi isə onun növbəti dəfə qərəzli mövqeyini ortaya qoydu.

Şübhəsiz ki, Fransa Senatının bu qərəzli qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən daha çox asılı vəziyyətə salmaq üçün hesablanıb. Əgər Ermənistan baş naziri bu hadisəyə kimi Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı qərəzli qətnaməsi ilə sanki Paşinyanı "cəsarətləndirdi" və ona "Əsla Qarabağın müstəqilliyindən vaz keçmə" mesajı verdi.

Əslində proseslərin buna hesablandığını düşünsək, o zaman İran, Ermənistan və Rusiya koalisiyasına Fransanın da adını əlavə edə bilərik. Çünki bildiyimiz kimi İranın Ermənistana qatı sevgisi, simpatiyası, cənub qonşumuzun İrəvanı üçtərəfli bəyanatlardan imtina etməsi istiqamətindəki addımları Bakı ilə Tehran arasındakı gərginliyin pik həddə çatmasına səbəb olub. İran kimi Rusiya da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ən son istəyən dövlətlərdən hesab olunur.

Moskva Ukrayna müharibəsi ilə Şərqi Avropada yaşadığı mövqe itkisinin Cənubi Qafqazda təkrarlanmasını istəmir. Bu səbəbdən də bölgədə sülhün bərqərar olması Kremlin planlarına daxil deyil. Bu səbəbdən də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında bütün gücü ilə yeni təxribatlar üçün qanunsuz erməni silahlı birləşmələrini nəinki o ərazilərdən çıxarmaq barədə düşünür, əksinə ermənilərin silahlandırılması məsələsində də aktiv iştirak edir.

Digər yandan isə ortada Fransa faktoru...

Göründüyü kimi Azərbaycan Ermənistan, İran və Rusiya ilə yanaşı Fransanı da artıq qarşısına alaraq bu real vəziyyətə görə addımlarını atmalı olacaq. Əbəs deyil ki, artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini pisləyib. O, bu sənədi Azərbaycanın suverenliyinə qəsd adlandırıb.

Əgər Fransa prezidentinin və Senatının anti-Azərbaycan ritorikası Ermənistanı və erməni separatizmini qorumaq məqsədi daşıyırsa, tam əks nəticəylə üzləşəcəklər. Rəsmi Paris çox gözəl başa düşür ki, bu qətnamə Azərbaycanla Ermənistan "sərhəddində" vəziyyəti xeyli gərginləşdirəcək. Doğrudur, Senatın qətnaməsi hələ heç nəyi həll etməyib. Fransa prezidentinin Azərbaycanla bütün körpüləri yandırmamaq üçün Senatın qətnaməsindəki bəndləri əsas götürməmək səlahiyyəti var. Lakin unutmayaq ki, Fransa höküməti istənilən zaman həmin qətnamə ilə rəsmi Bakını şantaj edərək ona təzyiq göstərməyə çalışa bilər.

Beləcə, Makron hakimiyyəti İran və Rusiyanın Qarabağla bağlı "işinə" təkan verərək, Bakı ilə irəvan arasındakı davamlı sülh müqaviləsinin imzalanması prosesini ləngitmək üçün gələcək perspektivə hesablanmış bu addımı ilə eyni zamanda Ermənistanın və erməni lobbisinin böyük dəstəyini qazanmağı hədəfləyib.

Lakin Paşinyana görə Ermənistan 2007-ci ildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Paşinyanın fikrincə Madrid prinsipləri çərçivəsində Qarabağda referendumun keçirilməsinə razı olan Serj Sarkisyan, bununla da 1991-ci il referendumunun üstündən xətt çəkmiş olub.

İrəvan sülh sazişinin ilin sonuna qədər imzalanmalı olduğunu dərk edir. Bu Bakının "ultimatumu" və ABŞ-ın tələbidir. Sazişin ilin sonuna qədər imzalanmalı olduğu 27 sentyabr tarixli "Vaşinqton sənədində" də qeyd edilir. Hətta Paşinyan son çıxışlarında və müsahibəsində məsələni belə formada təqdim etməyə çalışır ki, guya Ermənistan Azərbaycanın, hətta Qarabağla birlikdə ərazi bütövlüyünü tanıyır.

Lakin Ermənistan baş nazirinin son olaraq "Biz Azərbaycanla sülh müqaviləsini "Rusiya variantı" əsasında imzalamağın tərəfdarıyıq" fikirləri, onun növbəti dəfə nala-mıxa vurduğundan, ikitirəlik etdiyindən, vaxt uzatmaq üçün bu mövzu üzərindən növbəti dəfə manipulyasiya cəhdlərini əldən vermək fikrində olmadığı görünür.

Artıq ABŞ da Paşinyanın okeanın o tayı ilə bu tayı arasında vargəl etməsindən narahat olduğunu rəsmi olaraq açıqlamaq qərarı verdi. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken tvit ataraq Paşinyanı Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının sürətini dəstəkləməyə çağırıb: "Mən Baş nazir Paşinyanı noyabrın 7-də Vaşinqtonda xarici işlər nazirlərinin danışıqlarından sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının sürətini saxlamağa çağırdım. Birləşmiş Ştatlar bu səylərə sadiq qalır".

Amma Bakı da ona qarşı aparılan bu oyunları kənardan izləmək fikrində deyil...

Bunu 2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda keçirilən nümunəvi tabor taktiki təlimindən yayılan görüntülər deməyə əsas verir.

Kadrlarda mümkün təxribatın qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edən taborun cəmləşmə rayonu istiqamətində hərəkət edib, şərti düşməni zərərsizləşdirərək ilkin tapşırığı müvəffəqiyyətlə yerinə yetirdikləri görüntüləri əksini tapıb.

Gələk ən diqqət çəkən təlim əməliyyat planına: Növbəti mərhələdə Azərbaycan hərbçiləri tərəfindən müşahidə postlarının qurulduğunun şahidi oluruq və bölmələr tərəfindən yaşayış məntəqələrində axtarış əməliyyatları icra olunub.

Azərbaycan ərazisində müşahidə postlarının indiki situasiyada harada qurulmağının ehtiyac olduğunu nəzərə alsaq, cavab məlumdur - Ermənistandan Laçın dəhlizindən keçməklə Qarabağa - Xankəndinə gələn yolun üzərində. Bu o deməkdir ki, Azərbaycan tez bir zamanda Laçın dəhlizinə nəzarəti, müşahidə postlarını sülhməramlılardan təhvil almaq barədə qərarlıdır və artıq bu istiqamətdə praktiki işlər də görülməyə başlanılıb.

Təlim görüntülərində yaşayış məntəqələrində axtarış əməliyyatlarının icra olunması məsələsinə gəlincə isə, MN-in məlumatında həmən "yaşayış məntəqəsi" kimi göstərilən şərti ərazilərin Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı Azərbaycana məxsus yaşayış məntəqələrinin olduğu istisna edilmir. Bu isə o anlama gəlir ki, Bakının gündəmində hazırda əsas məsələlərdən biri kimi ümumiyyətlə sülhməramlıların Qarabağdan çıxarılması dayanır. Və bunun ardınca Azərbaycan sürətli şəkildə həmin ərazilərdə anti-terror əməliyyatlarına start vermək barədə düşünür.

Bununla da rəsmi Bakı Ermənistana "öz öhdəliklərini yerinə yetirməli, Zəngəzur dəhlizi açılmalı, Qarabağda Ermənistanın nə bir əsgəri, nə də bir vətəndaşı qalmamalıdır" mesajı verir. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Ermənistana vaxt verməklə yanaşı Rusiyanı da vasitəçi ölkə kimi xəbərdar etmiş sayılır.

Azərbaycan bununla da Moskvaya qərəzdən əl çəkməsi, İrəvana təzyiqləri artırması üçün "götürdüyünüz öhdəliklərlə bağlı Rusiya və Ermənistan tərəfindən müvafiq addımlar atılmazsa Laçın koridoru bağlanacaq, Qarabağda ermənilərin yaşadığı ərazilərdə anti-terror əməliyyatı həyata keçiriləcək. 10 noyabr 2020-ci ildə imzalanmış birgə Bəyanatın ermənilərin maraqlarına cavab verən bəndləri dərhal icra olunduğu kimi, digər müddəalar da zaman itirmədən yerinə yetirilməlidir" xəbərdarlığını etmiş oldu.

Azərbaycanın səbrinin daşğıdını Əliyevin Şuşada Zəfər Günü etdiyi "Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər" çıxışından da anlamaq çətin deyildi.

Əslində bu çıxışla dövlət başçısı Qarabağda nələr olacağını öncədən elan etmiş oldu. Əsasən də bu çıxışla İlham Əliyev Rusiyanın mövqeyindən, sülhməramlılarının qanunsuz əməllərindən nazrazılığını bəyan etmiş oldu. Bu çıxışdan da aydın sezildi ki, Bakı sülhməramlıların Qarabağdan daha tez çıxmasında maraqlıdır. Bugünkü təlimlərdən də dövlət başçısının bir neçə gün əvvəl Şuşada səsləndirdiyi bəyanatlarla üst-üstə düşdüyü açıq sezilir.

Bakı çox yaxşı anlayır ki, Azərbaycana qarşı təxribatların qarşısını almaq, Ermənistan və havadarlarının manevr imkanlarını qırmaq üçün ilk olaraq Qarabağa tam nəzarəti ələ almaq olduqca önəmlidir. Belə aydın olur ki, artıq Azərbaycanın səbri tamamilə tükənməyə doğru gedir və diplomatik müstəvidə sülhü manipulyasiya edən qüvvələrin bu oyununu dayandırmaq üçün növbəti dəfə Azərbaycan ordusu bu vacib missiyanı özü icra etməli olacaq.

Oxunub: 479
Paylaş:
Digər xəbərlər

Xəbərlər

20-10-2022, 21:17

Əliyevdən Makrona SİLLƏ KİMİ CAVAB

Xəbərlər

25-11-2021, 17:50

Fransanın növbəti həyasızlığı: Azərbaycan hansı addımlar ata bilər?

Xəbərlər

12-11-2021, 14:43

Rusiya Qarabağda vəziyyəti GƏRGİNLƏŞDİRMƏK İSTƏYİR: Moskvanın Xankəndi ilə bağlı planı budur - ŞƏRH

Xəbərlər

2-06-2021, 19:21

Azərbaycan Fransaya “STOP” qoyub: Paris hikkəsində BOĞULUR

Manşet / Gündəm / Xəbərlər

28-05-2018, 09:08

Rəsmi Paris Qarabağla bağlı mövqeyini açıqladı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Son xəbərlər
  • Bu gün, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
  • 7-05-2025, 13:26
    Sakinlərin nəzərinə: Bakıda bu binalar plana salına bilər
  • 7-05-2025, 12:42
    Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə