• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Şimali Koreya Putinə belə dəstək verir
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rusiya və İrana kritik həmlə: Azərbaycan ətrafında durum dəyişir – Müsahibə

Xəbərlər

4-09-2022, 11:21

Rusiya və İrana kritik həmlə: Azərbaycan ətrafında durum dəyişir – Müsahibə


Jurnalist Elçin Alıoğlu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında növbəti görüş keçirildi. Görüş haqda fikriniz necədir: proses istədiyimiz kimi irəliləyirmi?

- Brüssel görüşü ilə bağlı cəmiyyətimizdə gözləntilər çox böyük idi. Bir kəsim var, o belə düşünürdü ki, görüşdə yekun sülh müqaviləsi imzalanmalıydı, Paşinyan məğlub olduğunu deməliydi, hətta orada intihar etməliydi və s. Amma belə deyil, siyasət belə yürüdülmür. Siyasət addım-addım, zərrə-zərrə, qətrə-qətrə toplanan kiçik uğurların məcmusudur. Brüssel görüşü də hər hansı bir eyforiyadan, hansısa izafi nikbinlikdən uzaq olaraq, Azərbaycanın əldə etdiyi çox böyük uğurudur.

Bəli, Brüssel görüşündə Avropa Şurası Şarl Mişelin timsalında bir daha erməni əsirləri "saxlanılmış ermənilər" adlandırdı və Azərbaycandan onların azad olunmasını tələb etdi. Bəli, Brüssel görüşündə Xankəndi, Xocalı, Əsgəran, Ağdərə barəsində heç nə deyilmədi, yekun sülh müqaviləsi imzalanmadı. Amma Brüssel görüşündə nələr oldusa, onlara baxaq.

Birincisi, İkinci Qarabağ Müharibələrindən sonra ilk dəfə olaraq, Ermənistan Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda yaranmış yeni reallığı etiraf etdi. İkincisi, Avropa Birliyi konkret şəkildə bildirdi ki, Cənubi Qafqazda sülhyaratma və ya sülhməramlı prosesə kənar dövlətlərin müdaxiləsini qanunauyğun saymır. Yəni arzuolunmaz hesab edir. Açması budur ki, rəsmi Brüssel Rusiya və İranın prosesə kobud müdaxiləsinə imkan verməməyə çalışacaq. Brüssel Bakı və İrəvanı öz aralarında danışıb ümumi anlaşmaya gələrək, yekun sülh müqaviləsini imzalamağa, habelə sərhədlərin delimitasiya və demarkasiyası haqqında razılığın əldə olunmasına sövq etməyə səy göstərir. Nəhayət, Brüssel görüşü Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bundan sonrakı görüşlərinin, eləcə də üçtərəfli komissiyaların fəaliyyətinin intensivləşdirilməsi ilə bağlı prosesə təkan verdi.

Bu isə o deməkdir ki, Brüssel yekun sülh müqaviləsinin imzalanmasında Tehran və Moskvanın rolunu minimuma endirməyə çalışacaq. Təbii ki, bunun müqabilində həm Azərbaycan, həm də Ermənistana müəyyən prefereniyalar olacaq. Buna görə də, izafi nikbinlikdən, böyük gözləntilərdən uzaq olaraq, Brüssel görüşünü Azərbaycanın ciddi diplomatik uğuru və irəliləyişi hesab etmək olar.

- Sizin də qeyd etdiniz kimi: görüşdə razılaşdırılmış məsələlərdən biri də sülh sazişi üzərində işin başlaması ilə bağlı oldu. Ermənistan bununla əlaqədar növbəti dəfə üzərinə öhdəlik götürdü. İndiyədək bütün anlaşmalardan yayınan Ermənistanın bu dəfə qaçmağa yeri varmı?

- Təbii ki, yenə də boyun qaçırmağa çalışacaq. Əgər sizi düşünürsünüzsə ki, Ermənistan verdiyi vədləri yerinə yetirəcək - yanılırsınız. Çünki Ermənistan hakimiyyətinin öz xalqı qarşısındakı öhdəliklərindən daha ağır öhdəlikləri var. Bu öhdəliklər Rusiya, ABŞ, Fransa və İran qarşısındadır. İlk baxışda paradoksal mənzərə yaranır. Bir-birinə qarşı proksi müharibə aparan bu ölkələr Ermənistanla bağlı razılığa gələ bilirlər. ABŞ və Fransa səfirlərini Şuşaya göndərmir, demarş edir. ABŞ aşkar şəkildə Azərbaycana deyir ki, Minsk qrupunun bərpası üçün əlindən gələni edəcək. Bu təhdiddir, amma biz bunu nəzərə almaya bilmərik.
Ətraflı

İran da "həftə səkkiz, mən doqquz" "Zəngəzur dəhlizi bizim "qırmızı xətt"imizdir", "Mehri bizim "narıncı xətt"imizdir" deyərək, bütün rənglərə uyğun bəyanatlar verir, bizi təhdid etməyə çalışır. Tehranın təhdidləri yalnız daxili bazara hesablanır. Nə Qərb, nə də Rusiya İranı ciddi geosiyasi oyunçu hesab edir. Tehranın "sülhməramlı çağırışlar"la çıxış etməsinin özü gülüncdür. Çünki İran hakimiyyəti indiyədək bəzi Yaxın Şərq ölkələrində sülhyaratma istiqamətində bir mm addım atmayıb. Əksinə, İran maliyyələşdirdiyi, silah verdiyi, öyrətdiyi və təlim keçdiyi müxtəlif paramilitar və proksi qüvvələr vasitəsilə Suriyada, Liviyada, Yəməndə, xüsusilə İraqda öz maraqlarını təmin etməyə, ideologiyasını yaymağa çalışır. Vəziyyət o yerə çatıb ki, indiyədək İraqda İranı dəstəkləyən qüvvələr ona nifrət edirlər və ona qarşı çıxırlar.

Fransaya gəldikdə, bu ölkə öz maraqlarını təmin etmək üçün Azərbaycana əks mövqe tutur və belə addımlar atır. Belə bir situasiyada Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında yerinə yetirəcəyini düşünmək mənasız gözləntidir. Əksinə, Ermənistan prosesi və vaxtı mümkün qədər saxta səbəblər və uydurma bəhanələrlə uzatmağa çalışacaq. Bununla tərəflərin hamısından dividentlər əldə etmək niyyəti güdəcək. Şübhəsiz ki, sonda imzalayacaq, amma onadək mümkün qədər vəziyyətdən yararlanmağa çalışacaq.

- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova görüşün başladığı ərəfədə Avropa Birliyinin vasitəçiliyinin əleyhinə çıxdı. Onun iddiasına görə, Brüssel prosesi tormozladığı halda, Moskva irəliyə doğru konkret addımların atılmasına zəmin yaradır. Sizcə, Moskva qarşıdakı müddətdə Brüsseli qabaqlamaq üçün hansı addımları ata bilər?

- Çox qəribə bir mənzərə yaranır. Təbii ki, biz Zəngəzur dəhlizini işə salacağıq. Amma bu dəhlizin işə salınmasında bizdən qat-qat maraqlı olan dövlət Rusiyadır. O, Zəngəzur dəhlizinə Ukraynada apardığı müharibə səbəbindən ona qarşı tətbiq edilən genişmiqyaslı sanksiyaların çəmbərindən çıxış yolu kimi baxır. Rusiya Zəngəzur dəhlizi vasitəsilə Türkiyə bazarına daxil olmağı, öz məhsullarını və təbii resurslarını buradan həm də dünya bazarına çıxarmağı hədəfləyir. Buna görə də, Rusiya çalışacaq ki, Zəngəzur dəhlizi mümkün qədər tez istifadəyə verilsin. Məhz bu səbəbdən Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistan-İran sərhədindəki bölgələrdə - Zəngəzurda yolları nəzarətə götürdü.

Məhz bu səbəbdən Rusiya sərhədçiləri Ermənistanın Tavuş rayonunda - Azərbaycanın Qazax rayonu ilə həmsərhəd bölgədə yeni kazarmalar tikərək, yeni psevdo hərbi bazalar yaradırlar. Burada məqsəd həm Ermənistanın şimalında, həm də cənubunda strateji avtomobil şoselərini nəzarətə götürməkdir. Bu, Zəngəzur dəhlizinin açılmasına hazırlıq prosesidir.

Rusiya heç bir vəchlə Avropa Birliyinin, yəni Qərbin prosesə qarışmasına imkan vermək niyyətində deyil. Bunun üçün əlindən gələni edəcək: təxribatlar da olacaq, ermənilər mövqelərimizi atəşə tutmağa da davam edəcəklər, müxtəlif diversiya qruplarının Azərbaycan ərazilərinə sızma cəhdləri də olacaq və s. Bunların hamısının arxasında Rusiya və İran dayanır. Rusiya Şarl Mişelin bəyantından sonra sakit dayanmayacaq.

Geosiyasi oyunçular öz oyunlarını davam etdirəcəklər. Biz buna hazır olmalıyıq. Proses getdikcə mürəkkəbləşir. Azərbaycanın diplomatik uğurları, yürütdüyü müstəqil siyasət, təbii ki, müəyyən qonşularımızı qıcıqlandırır. Biz də bu qıcığın hansı fəsadlar törədə biləcəyini indidən hesablamalıyıq.

- İranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşən Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlaması da maraqlı oldu. Lavrov Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması yönündə irəliləyiş əldə etdiyini dedi. Sizcə, bunu Zəngəzur dəhlizinə qarşı olan İrana Rusiyanın mesajı hesab etmək olarmı?

- Zəngəzur dəhlizi ilə bağlı İran və Rusiyanın əməkdaşlığı mümkün deyil. İran üçün Zəngəzur dəhlizi həyati önəm daşıyan bir antilayihədir. İranın fikrincə, bu layihə reallaşsa, Ermənistan üzərindən Gürcüstan və Rusiyaya çıxışlarını itirəcək. Həmin dəhlizə Rusiya sərhədçiləri ilə yanaşı, Azərbaycanın təhlükəsizlik qüvvələri və Türkiyə hərbçilərinin də nəzarət edəcəyi istisna olunmur. İranı qıcıqlandıran budur. Buna görə də, Rusiya və İranın bu məsələdə əməkdaşlığı geosiyasi baxımdan mümkün deyil. Rusiya taktiki baxımdan müəyyən addımlar ataraq, onun üçün strateji önəm kəsb edən məqsədlərini həyata keçirmək üçün indidən zəmin yaratmağa çalışır. Rusiya bunun üçün həm Azərbaycan, həm də Ermənistanla əlaqələrini gücləndirəcək. Əlaqələri gücləndirməklə yanaşı, hər iki ölkəyə təsir və təzyiqlərini intensivləşdirmək üçün yollar axtaracaq. Biz buna hazır olmalıyıq.

Milli.Az

Oxunub: 629
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-04-2022, 08:13

SON DƏQİQƏ: Azərbaycan və Ermənistan sülh müqaviləsilə bağlı razılığa GƏLDİ

Xəbərlər

6-04-2022, 10:27

Bu gün İlham Əliyevlə Nikol Paşinyan görüşəcəklər

Xəbərlər

14-12-2021, 19:13

Azərbaycan və Avropa İttifaqı Şurasının liderləri üçtərəfli görüş barədə fikir mübadiləsi aparıblar

Xəbərlər

14-12-2021, 15:31

İlham Əliyevin Brüssel səfəri: Paşinyanla iki görüş, Aİ və NATO ilə mühüm təmaslar

Xəbərlər

20-11-2021, 15:47

XİN İlham Əliyev-Paşinyan görüşü ilə bağlı MƏLUMAT YAYDI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Son xəbərlər
  • Dünən, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • Dünən, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • Dünən, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • Dünən, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • Dünən, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • Dünən, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • Dünən, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • Dünən, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • Dünən, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • Dünən, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • 13-08-2026, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • 13-08-2026, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • 13-08-2026, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • 12-08-2026, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • 12-08-2026, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • 12-08-2026, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • 12-08-2026, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • 12-08-2026, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə