"Avropa İttifaqı (Aİ) Mosvanın gəlirlərini məhdudlaşdırmaq istəyi ilə çox təhlükəli yol seçib".
Publika.az xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Brüssel öz hüququndan istifadə etmək qərarına gəlib və hansı bayraq altında olmasından asılı olmayaraq, arzuolunmaz hesab etdiyi bütün gəmiləri Rusiyanın kölgə donanması elan edib.
"Bu, çox təhlükəli yoldur. Onlar bütün indiki Avropa elitalarına son dərəcə xass olan bir qürurla, çox yüksək özünüqiymətləndirmə və özünəvurğunluqla qərarlarının beynəlxalq hüquqdan üstün olduğunu bəyan edirlər", — deyə o bildirib.