• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
Yorğunluq və unutqanlığın səbəbi...
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
Ağ və ya qara üzüm? Biri daha faydalıdır
Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dünya genişmiqyaslı hibrid müharibənin ortasında: Səhvlər baha başa gələ bilər - TƏHLİL

Xəbərlər

25-07-2022, 10:10

Dünya genişmiqyaslı hibrid müharibənin ortasında: Səhvlər baha başa gələ bilər - TƏHLİL


Yaxın Şərqə səfər edən ABŞ Prezidenti Co Bayden qalmaqallı turnesi ilə dünyanın diqqət mərkəzindədir. Dünya mediasında dərc olunan şərhlərə əsasən, ABŞ prezidentinin Yaxın Şərqə səfərinin İsrail hissəsi o qədər də maraq doğurmayıb. Bayden hədəfinə çata bilməyib - İsraili Ukraynanı silah-sursatla daha fəal dəstəkləməyə inandırmaq cəhdləri heç bir nəticə verməyib. İsrail siyasi qüvvələri yaxşı bilirlər ki, bu, yəhudi dövlətinin təhlükəsizliyi üçün baha başa gələ bilər. Moskvanın Təl-Əvivi incitmək və yaxud şantaj etmək üçün çoxlu imkanları var, İsraildə bunu yaxşı anlayırlar.

Bu barədə “Kaspi” qəzətinin hazırladığı məqalədə qeyd olunub.


Bayden Səudiyyədə hədəflərə çata bilməyib?

Əvvəlcədən aydın idi ki, onun səfərində əsas məqsəd Rusiyaya alternativ karbohidrogenlərin axtarışı, İsraillə ərəb ölkələri arasında İrana və “Müqavimət oxu”na qarşı koalisiya yaratmaqdır. Bunlara isə nail ola bilməyib. ABŞ prezidentinin diqqəti hazırda ölkəsində keçiriləcək aralıq seçkilərinə yönəlsə də, Rusiya və Çin də prioritetdir. Onun administrasiyası hesab edir ki, bəzi problemlərin həlli Səudiyyə Ərəbistanı ilə davranışdan çox asılıdır. Krallıq “Soyuq müharibə” zamanı ABŞ-ın yaxın müttəfiqi və 1991-ci il Körfəz Müharibəsi zamanı ABŞ qoşunları üçün yerləşmə mərkəzi olub. Amma zaman dəyişib. Bayden Ağ Evə gəldikdən sonra ABŞ və Səudiyyə arasında münasibətlər pisləşib. Seçki kampaniyası zamanı o, insan hüquqlarının pozulması və jurnalist Camal Qaşıqçının öldürülməsi səbəbindən krallığı hədəfə alacağını vəd etmişdi.

Amerikalılar arasında artan narazılıq

Lakin benzin, elektrik və ərzağın artan qiymətləri və sadə amerikalılar arasında narazılıq Baydenin ətrafındakıları ciddi şəkildə düşünməyə vadar edib. Onlar şahzadəyə açıq-aşkar etinasızlığın nəyə səbəb ola biləcəyini başa düşməyə başladılar. Nəhayət, bu yaxınlarda Bayden administrasiyası prezidentin vəliəhd şahzadəyə qarşı şəxsi kin-küdurətini aradan qaldırması və onunla görüşməsi üçün səy göstərməyə başladı. Səfər ərəfəsində Vaşinqton açıq şəkildə bildirdi ki, Baydenin vəzifəsi səudiyyəliləri neft hasilatını artırmağa inandırmaq və BƏƏ-də də analoji artımı dəstəkləməkdir. Amerikalıların fikrincə, bu, neftin qiymətini aşağı sala, ABŞ-da inflyasiyanın artımını ləngidə və Rusiyanın mövqeyini sarsıda bilər.

Normallaşma üçün edilən cəhdlər

Düzdür, son aylarda Vaşinqton və Ər-Riyad müəyyən məsələlərdə yaxınlaşma istiqamətində addımlar atıb. Tərəflər Baydenin Səudiyyə Ərəbistanına səfərinin hazırlanması üçün görüşlər keçirib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns aprel ayında Ciddədə şahzadə ilə görüşüb, müdafiə nazirinin müavini Xalid bin Salman mayda Vaşinqtona səfər edib, Ağ Ev, Pentaqon və Dövlət Departamentində məsləhətləşmələr aparıb. ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk krallığa gəlib. Danışıqlar nəticəsində bir sıra sazişlər ictimaiyyətə açıqlanıb. Onların arasında İsrailin kommersiya təyyarələri üçün Səudiyyənin hava məkanının açılması, Yəməndə atəşkəsin uzadılması və 5G telekommunikasiya şəbəkəsinin qurulması var.

Bayden niyə soyuq qarşılandı?

Bu arada, Vaşinqton bürokratiyasının bütün səylərinə baxmayaraq, Baydenin Ciddədə kifayət qədər soyuq qarşılanması da müzakirə mövzusudur. Səudiyyə artıq ABŞ-ın əsas “yanacaq tankeri” olmağa razı deyil. Ər-Riyadda başa düşürlər ki, dəyişən dünyada krallıq Rusiya və Çinlə əməkdaşlıqdan daha çox faydalanacaq. Bəzi Səudiyyə rəsmilərinin dediyi kimi, ABŞ hazırda mühazirə oxumaq iqtidarında deyil. Çətin ki, krallıq Baydenin istəklərini yerinə yetirsin və neft hasilatını kəskin şəkildə artırsın. Bu, neftin bahalaşması kontekstində Ər-Riyada sərfəli deyil. Böyük ehtimalla, səudiyyəlilər kollektiv Qərbə Rusiyanı cəzalandırmaqda kömək etmək üçün pul itirmək istəməyəcəklər. Bunun sübutu Baydenin kralla görüşündən sonra verilən bəyanatdır. Ər-Riyad dayanıqlı iqtisadi artım üçün qlobal neft bazarının tarazlaşdırılmasını dəstəkləyəcək. Eyni zamanda, səudiyyəlilər və BƏƏ-nin payızdan başlayaraq nə qədər əlavə neft hasil edəcəyi də dəqiqləşdirilməyib. Buna avqustda OPEC+ çərçivəsində qərar veriləcək.

Kral Rusiya ilə münasibətləri gücləndirib

Unutmaq olmaz ki, kral ilə Rusiya Prezidenti Vladimir Putin arasında yaxşı şəxsi münasibətlər yaranıb. Gənc şahzadə təcrübəli rus liderinin ona olan hörmətli münasibətini yüksək qiymətləndirir. Bu kontekstdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə son səfəri diqqət çəkir. Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının (KƏŞ) üzvü olan ölkələrin xarici işlər nazirləri onunla görüşdə enerji sahəsində əməkdaşlığa dair mövcud sazişləri dəstəkləyiblər. OPEC-in son iclasında neft hasilatının gündə cəmi 200 min barel artırılması qərara alınıb. Belə ki, ABŞ-ın hasilatı ən azı 1 milyon barel artırmaq tələbinə məhəl qoyulmayıb. Sergey Lavrovun səfəri təsdiq etdi ki, Körfəz Əməkdaşlıq Şurası dövlətləri Rusiya-Ukrayna münaqişəsində Qərbin təzyiqlərinə baxmayaraq, neytral qalmağa üstünlük verirlər. Beləliklə, hazırda dünya genişmiqyaslı hibrid müharibənin ortasındadır. Səhvlər milli suverenliyin itirilməsinə qədər baha başa gələ bilər. Ona görə də, Yaxın Şərq ölkələrinin bütün məsul rəhbərləri diqqətli təhlil əsasında və milli maraqları nəzərə alaraq qərarlar qəbul edirlər.

Oxunub: 719
Paylaş:
Digər xəbərlər

Xəbərlər

29-04-2022, 11:41

Bayden: “ABŞ Rusiyanın Avropanı qazla şantaj etməsinə yol verməyəcək”

Xəbərlər

7-04-2021, 11:46

Ərdoğanın planı BAŞ TUTMADI - Türkiyə öhdəsindən gələ bilmir

Xəbərlər

9-03-2021, 15:25

Dünya ŞOKDA: Bayden Rusiyaya hücum ƏMRİ VERDİ

Xəbərlər

14-01-2021, 23:10

Azərbaycan Ermənistana xəbərdarlıq edib: Baha başa gələ bilər...

Xəbərlər

17-04-2019, 10:06

4 ölkədən Türkiyəyə qarşı XAİN İTTİFAQ: ABŞ qırıcılarını Yaxın Şərqə niyə göndərdi?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Son xəbərlər
  • Bu gün, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • Bu gün, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • Bu gün, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • Bu gün, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • Bu gün, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • Bu gün, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • Bu gün, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • Bu gün, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • Bu gün, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • Bu gün, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • Dünən, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • Dünən, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • Dünən, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • Dünən, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • Dünən, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
  • Dünən, 16:25
    Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
  • Dünən, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • Dünən, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • Dünən, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • Dünən, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • Dünən, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • Dünən, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • Dünən, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
  • 27-08-2026, 22:05
    Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
  • 27-08-2026, 21:12
    Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
  • 27-08-2026, 20:21
    İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
  • 27-08-2026, 18:34
    Bel ağrısı, diabet və depressiya zamanı əlillik faizi necə müəyyən edilir?
  • 27-08-2026, 16:34
    Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
  • 27-08-2026, 15:08
    Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
  • 27-08-2026, 13:22
    ABŞ İran və Rusiyaya qarşı “balyoz” hazırlayır - 100 faizlik rüsumlar gündəmdə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə