• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
Orqanizminizdə iltihab varsa qəhvə için
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
Putindən inanılmaz: Sona yaxınlaşırıq!
Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
Ən təhlükəli qida allergenləri - SİYAHI
Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Erməni vandalizmi ABŞ-ın hesabatında: UNESCO niyə susur?

Xəbərlər

4-06-2022, 12:38

Erməni vandalizmi ABŞ-ın hesabatında: UNESCO niyə susur?


Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində təkcə işğal altında saxlamadı, həm də hər daşına, hər qayasına qarşı vandalizm törətdi. İşğal dövründə Azərbaycanın bununla bağlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən nəzərə alınmır, ikilistandart yanaşma sərgilənirdi, 44 günlük müharibədə işğala son qoyulduqdan sonra bütün vandalizm çılpaqlığı ilə ortaya çıxdı: ermənilər Azərbaycanın maddi, mədəni və dini irsini məhv etməklə kifayətlənməmiş, şəhərləri, qəsəbələri, kəndləri yerlə bir etmişdi; 30 il öncə olan şəhərlərimizin yerində sadəcə düzəngah qalıb;

Dünya da fakt qarşısında qaldı. ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada dini dözümlülüyün durumu haqqında dərc etdiyi hesabatında erməni vandalizmi ilə bağlı qeyd olunanlar da dünyanın acı gerçəkliyi qəbul etmək məcburiyyətində olduğunu göstərir.

Hesabatda qeyd olunur ki, işğal dövründə Azərbaycanın yüzlərlə məscidi, ziyarətgahı, qəbiristanlığı talan edilib, dağıdılıb və təhqir olunub.

Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda azərbaycanlılara məxsus məzarlıqlar sistemli şəkildə ağır tikinti texnikası ilə məhv edilib, qəbir daşları zədələnib, insan qalıqlarının ekshumasiyası izləri aşkar edilib. Hətta azərbaycanlılara məxsus qəbirlərdə cəsədlərin qızıl dişləri çıxarılıb. İşğal dövründə ərazilərin genişmiqyaslı şəkildə minalanması yüzlərlə dini məkana girişi mümkünsüz vəziyyətə gətirib. Füzuli rayonunda XIX əsrə aid Hacı Ələkbər məscidi dağıdılıb və təhqir edilib, Ağdamdakı Cümə məscidinin mehrabı güllələnib, həmçinin, bu rayondakı bütün qəbiristanlıqlar təhqir və talan edilib, dağıdılıb. Dağıdılan dini abidələr arasında İmarət Qərvənd qəbiristanlığında XVIII əsrə aid müqəddəs məzarlar və şəhərdəki Şəhidlər xiyabanı da var.

Bütün bunların qeyd olunduğu hesabatda Ağdamdakı Şəhidlər xiyabanını ziyarət etmiş Qərb diplomatlarının vandalizmi canlı şəkildə gördüyü bildirilir.

ABŞ Dövlət Departamentinin hesabatı erməni vandalizminin beynəlxalq səviyyədə qəbul edilməsi nümunələrindəndir və digər ölkə və təşkilatlar üçün presedent rolunu oynaya bilər.

Amma və lakin...

Burada iki məqamı da qeyd etmək lazımdır.

Birincisi, ABŞ Dövlət Departamentinin hesabatında erməni vandalizmi ilə bağlı əks olunan faktlar doğru olsa da, tam deyil.

Ermənistanın Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmi təkcə işğal etdiyi ərazilərdə yox, hazırda Ermənistan dövlətinin olduğu ərazilərdə də həyata keçirilib və bu gün də davam edir. Ermənistan ərazisində mövcud olan abidələr bu ölkənin Azərbaycanın tarixi torpaqlarında yaradıldığının sübutudur. Ermənilərin paytaxt dediyi Yerevanın İrəvan olması və ötən əsrin əvvəlində ermənilərə verilməsi də çox da uzaq olmayan keçmişin tarixi faktıdır. Ermənistan məhz bu tarixi gerçəkliyi gizlətmək məqsədilə Azərbaycana məxsus maddi-mədəni irsə qarşı onilliklərdə vandalizm aktı törədib.

Təkcə İrəvanda yüzlərlə məscid və digər dini abidə mövcud olub, lakin onlardan bu günə yalnız Göy məscid qalıb, həmin məscid də İran tərəfindən “farslaşdırılıb”.

- Abbas Mirzə məscidi, Əxi Təvəkkül zaviyəsi, Ərgəz məscidi, Dəmirbulaq məsidi, Xudabəndə məscidi, Hacı Cəfər bəy məscidi, Novruzəli bəy məscidi, Rəcəb Paşa məscidi, Sərdar məscidi, Şah Abbas məscidi, Şükürbəyli məscidi, Təpəbaşı məscidi, Zalhan məscidi, Aşıq Ələsgərin qəbrüstü abidəsi, İrəvan qalası, Pir Hüseyin türbəsi və yüzlərlə digər dini, mədəni abidələr.

Bu gün tarixi irsimizdən əsər-əlamət qalmayıb, ya dağıdılıb, ya da erməniləşdirilib.

ABŞ Dövlət Departamentinin hesabatında bu faktlar niyə əksini tapmayıb?! Axı hesabat bütün dünyanı əhatə edir və “erməni irsindən” bəhs olunan hesabatda Ermənistanda məhv edilən Azərbaycan irsi qeyd olunmalı idi. Bununla bağlı faktlar açıq mənbələrdə yüzlərlə, bəlkə minlərlədir. Erməni vandalizminin bu illər ərzində geniş vüsət almasının səbəbi dünya tərəfindən görməzdən gəlinməsi və cəzasızlıq mühitidir. 30 illik işğal dövründə Qarabağda törədilən vandalizmə dünyanın susmasının dəhşətli nəticələri ortadadır. Bəşəriyyətin gələcəyi və belə vandalizm aktlarının təkrarlanmaması üçün Ermənistan ərazisində məhv edilən Azərbaycanın maddi-mədəni irsinə diqqət ayrılmalı, Dövlət Departamenti növbəti hesabatlarında bu məsələyə də yer verməlidir.

İkincisi, UNESCO-nun hələ də səssizliyini qorumasıdır. İşğal dövründə Azərbaycan dəfələrlə bu təşkilata bölgəyə nümayəndə heyəti göndərməsi üçün müraciət edib. Lakin heç vaxt bununla bağlı addım atılmadı. Torpaqlarımız işğaldan azad edildikdən sonra 30 ildir səssiz qalan UNESCO bölgəyə nümayəndə heyəti göndərmək istədiyini bildirdi və “erməni mədəni irsinin” qorunması iddiaları ilə çıxış etdi. Bu, UNESCO-nun nə qədər ikiüzlü və ədalətsiz mövqedə olduğunun sübutudur. Azərbaycan nümayəndə heyətinin gəlməsinə qarşı çıxmır, çünki faktlar ortadadır və UNESCO nə qədər həqiqətdən qaçmaq istəsə də, nümayəndə heyəti göndərmək istədiyi ərazilərdə bu faktlarla üz-üzə qalacaq. ABŞ Dövlət Departamentinin hesabatında erməni vandalizmi ilə bağlı əksini tapan faktlar isə UNESCO üçün istinad nöqtəsi olmalıdır.

Oxunub: 650
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-01-2022, 18:23

Ermənistan Zəngəzuru bu razılaşma ilə Azərbaycana QAYTARA BİLƏR – ŞOK DETALLAR

Xəbərlər

16-09-2021, 11:20

İranın Qarabağla bağlı DƏHŞƏTLİ PLANI üzə çıxdı - Buna görə torpaqların azad olunmasını istəməyiblər

Mədəniyyət

12-11-2020, 10:00

Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar - RƏSMİ + FOTO

Manşet / Gündəm / Xəbərlər

4-09-2018, 11:41

Prezident: Bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər

Manşet / Gündəm / Xəbərlər

9-05-2018, 14:34

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 26 il ötür.

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
Orqanizminizdə iltihab varsa qəhvə için
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
Son xəbərlər
  • Bu gün, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • Bu gün, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • Dünən, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • Dünən, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • Dünən, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • Dünən, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • Dünən, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • Dünən, 14:37
    Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
  • Dünən, 13:15
    BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
  • Dünən, 12:46
    Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
  • Dünən, 11:32
    Putindən inanılmaz: Sona yaxınlaşırıq!
  • Dünən, 10:24
    Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
  • Dünən, 09:00
    Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
  • 31-08-2026, 21:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
  • 31-08-2026, 20:26
    Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
  • 31-08-2026, 18:31
    Ən təhlükəli qida allergenləri - SİYAHI
  • 31-08-2026, 17:49
    Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
  • 31-08-2026, 16:34
    Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
  • 31-08-2026, 15:21
    Qastrit və baş ağrısı arasında gözlənilməz əlaqə aşkarlandı
  • 31-08-2026, 14:05
    İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
  • 31-08-2026, 13:44
    Sentyabrda hava necə olacaq? - Proqnoz
  • 31-08-2026, 12:52
    Diş çürüməsindən qoruyan qida
  • 31-08-2026, 11:38
    “Qərb şəbəkəsi”ni yeniləmək - ECPMF-nin qrant layihəsinin əsl hədəfi nədir?
  • 31-08-2026, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • 31-08-2026, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • 30-08-2026, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • 30-08-2026, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • 30-08-2026, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • 30-08-2026, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • 30-08-2026, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə