• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ürək damarlarını açan TƏBİİ QARIŞIQ
Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir?
SEPAH İranda hərbi çevriliş edə bilər?
Ermənistanda hərbi hissədə qan su yerinə axdı – Yaralılar var
Saçlara gözəllik və sağlamlıq bəxş edən BİTKİ KÖKÜ
Valideynlə yaşayan gənc ailələr sosial yardım ala bilər?
Azərbaycanda bu şəxslərin pensiya yaşı ARTIRILDI
Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİ
Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA
Ağstafada dəhşət: Bir ailədə 5-ci faciəvi ölüm...
Arıqlamaq istəyən mütləq hər gün bu yeməyi yeməlidir
İran təkzib etdi: “Tramp yalan deyir!”
Putin düyməyə basdı: azərbaycanlılar təhlükədə – Bakıdan təcili addım gözlənilir
Eqzemanı ən tez müalicə edən nədir?
Müştərilərlə işləyən insanlar daha tez şəkər olur
Yuxudan yorğun oyanırsızsa, ciddi sağlamlıq probleminiz ola bilər
Rusiyaya növbəti zərbə: planlar dəyişdi – Hədəfdə üç ölkə var
Azərbaycanda manatla verilmiş kreditlər bahalaşdı
Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ
İsrailin İranla müharibədən sonrakı planı ortaya çıxdı: Bu iki ölkə ilə...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Böhrandan ÇIXIŞ YOLU – Azərbaycan bu ölkədən kirayə torpaq GÖTÜRƏCƏK

Xəbərlər

20-04-2022, 23:26

Böhrandan ÇIXIŞ YOLU – Azərbaycan bu ölkədən kirayə torpaq GÖTÜRƏCƏK


Rusiya-Ukrayna savaşı dünya iqtisadi böhranını da yaxınlaşdırmaqdadır.

KAİM.az xəbər verir ki, bir çox yerli və xarici ekspertlər düşünür ki, iki ölkə arasında savaş bir qədər də uzansa, bir sıra ölkələr bundan əziyyət çəkəcək. Çünki hər iki ölkə dünyanın taxıl ehtiyatının böyük hissəsini təmin edən dövlətlərdəndir. Üstəlik, Azərbaycan üçün də bu savaşın mənfi tendensiyaları müşahidə oluna bilər. Hətta ölkədə çörəyin qiymətinin bu gedişlə qalxacağını düşünənlər də var. Müharibənin uzun müddət davam edəcəyi təqdirdə milli valyutaların dollara nisbətdə dəyər itirəcəyini düşünənlər də az deyil.

Bəs çıxış yolu varmı? Azərbaycan qapıda olan ümumdünya iqtisadi böhranından çıxış yolu tapmaq üçün əlində hansı imkanları cəmləşdirib?

Azərbaycanın keçmiş maliyyə naziri Saleh Məmmədov Publika.az-a müsahibəsində bildirib ki, hazırda manatın dollar qarşısında dəyər itirəcəyi inandırıcı deyil.

Müsahibəni təqdim edirik:

– Saleh müəllim, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına hansı formada təsir göstərəcək? Dövlətimiz böhrandan yaxa qurtarmaq üçün hansı tədbirləri görə bilər?

– Təbii ki, Rusiya-Ukrayna müharibəsi fonunda dünya miqyasında böyük böhran gözlənilir. Söhbət ümumdünya ərzaq böhranından gedir. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi növbəti dünya iqtisadi böhranının ciddi səbəbi ola bilər. Bu böhran artıq bir çox ölkələrdə başlayıb. Bu böhranlar içərisində çox ciddi ərzaq böhranı gözlənilir. Bunun üzərində bizim hökumət də çox ciddi şəkildə işləməlidir. Azərbaycanın əsas taxıl idxal etdiyi ölkələr Qazaxıstan, Rusiya və Ukraynadır. Ukraynada vəziyyət o qədər gərgindir ki, ola bilsin ki, oradakı əkin sahələrinin heç 50 faizi işlənməyəcək. Dünya ölkələrinin taxılla təminatında Rusiya və Ukrayna çox böyük yer tutur. Bu müharibə Rusiyanın özünə – kənd təsərrüfatının inkişafına, xüsusən də taxılçılığa çox ciddi şəkildə təsir göstərəcək. Qazaxıstanda da taxil icracı sərhədsiz deyil. Ona görə də düşünürəm ki, taxıl ehtiyatları barəsində xeyli əvvəldən düşünmək lazım idi. Konkret tədbirlər görmək lazımdır. İndi taxıl məhsullarının qiyməti çox ciddi şəkildə bahalaşıb. Hətta qiymətlərin daha da artacağı istisna olunmur.

– Ola bilərmi ki, yaxın vaxtlarda Azərbaycanda çörəyin qiyməti bahalaşsın?

– Zənn etmirəm, onun üçün Azərbaycanda əsas yoxdur. Qiymətlərin bahalaşması onsuz da müharibədən sonra çox sürətlə gedir. Bunun iqtisadiyyata çox ağır zərbəsi var. Regional iqtisadi sistemi təhlil edəndə görürsən ki, Azərbaycanda qiymətlərin qalxması, dolların kursunun sabit saxlanması regionda tamam başqa bir xüsusiyyətdə iqtisadi şərait yaradır. Belə bir şəraitdə – söhbət Azərbaycan iqtisadiyyatından gedir – qiymətlərin ancaq endirilməsi lazımdır. Çünki dolların kursunun saxlanılmasının iki yolu var. Qonşu və rəqib ölkələrin valyutasının hamısı dəyərdən düşür. Onlar dəyərdən düşən zaman regional bazarda Azərbaycan məhsullarının qiyməti müqayisəli şəkildə götürsək, ciddi surətdə artır. Bu da ixracata çox mənfi təsir göstərir. Eyni zamanda ölkə daxilində istehsalın artmasına mənfi təsirləri ilə yadda qalır. Ona görə də dolların kursunu sabit saxlamaqla əks tədbirlər görməli və mövcud qiymətləri aşağı salmalıyıq. Eyni zamanda istehsalçılara müxtəlif formalarda yardımlar həyata keçirilə bilər. Ona görə ki, bizim fermerlər, iş adamları rəqabətdə məğlubiyyətə uğramasınlar. Taxılın, çörəyin və digər ərzaq məhsulları üzrə tənzimlənən qiymətlərin qaldırılması Azərbaycan iqtisadiyyatına və proseslərə mənfi təsir göstərir. Bundan çəkinmək lazımdır.

– 30 il ərzində işğal altında qalan, əkilib-becərilməyən, xam torpaqlarda taxılçılığı inkişaf etdirmək mümkündürmü?

– Burada 3 yol var. Birincisi, taxılçılıqda məhsuldarlığı qaldırmaqdır. Bunun üçün ilk növbədə elmi-texniki proseslərin kənd təsərrüfatında çox geniş şəkildə tətbiqidir. Bu, həm toxumçuluğa, həm suvarmaya, həm də digər sahələrə aiddir. Dünyada elmi-texniki proseslərin kənd təsərrüfatında tətbiqi üzrə 3 böyük ölkənin adını çəkə bilərik. Bunlar İsrail, Niderland və Cənubi Koreyadır. Bu ölkələr Azərbaycandan qat-qat aşağı torpaq sahələrinə və ərazilərə sahibdir. Onlardan yalnız Cənubi Koreya ərazisinə görə Azərbaycan səviyyəsindədir. Amma onlar elm və texnologiya hesabına tam təminatı həyata keçirə bilirlər. Bu ölkələrin hər üçü, xüsusən də İsrail bizimlə dost dövlətlərdir. İsrail bu istiqamətdə dünyada birinci yerdədir. Texnologiyanın tətbiqi və məhsuldarlığın qaldırılması hesabına şərqdəki Qarabağ torpaqları ilə – hələ mən işğaldan azad olunan əraziləri nəzərdə tutmuram – Azərbaycan özünü tam formada taxılla təmin edə bilər. Bu istiqamətdə çox geniş iş aparmaq lazımdır. Bu, birinci yoldur. İkinci yola gələk, vaxtilə işğal altında qalan ərazilərimiz orada yaşayan erməniləri və Ermənistanı taxılla tam şəkildə təmin edirdi. Ərazilərin minalardan təmizlənməsi işini çox ciddi şəkildə həyata keçirmək lazımdır. O vaxtlar insanların özlərinin taxıl yetişdirdiyi ərazilər var idi. Orada da taxıl istehsalını genişləndirmək lazımdır. Üçüncü amil isə xaricdəki ölkələrdən torpaq kirayə götürmək yolu ilə mümkündür. Rusiya və Ukrayna ilə bu, çətin ola bilər. Amma Qazaxıstan qardaş dövlətdir. Orada ucsuz-bucaqsız taxıl əkmək üçün ərazilər var. Qazaxıstanla dövlət səviyyəsində danışıqlar apararaq çox ucuz qiymətə həmin əraziləri kirayəyə götürmək mümkündür. Dövlət səviyyəsində həmin ərazilər fermerlərə təqdim oluna bilər ki, onlar orada taxıl əksinlər. Beləliklə, biz orada əkdiyimiz taxılla öz ehtiyaclarımızı təmin edə bilərik. Hazırda orada əkin vaxtıdır və elə indi bu işi həyata keçirərək taxıl zəmiləri əkmək olar. Bu 3 yol Azərbaycanda taxıl böhranından çıxmağımıza kömək edəcək. Hətta gələcəkdə başqalarına da kömək edə bilərik.

– Bəs dolların manata nisbətdə dəyəri qalxa bilərmi?

– Bu gün heç bir əsas yoxdur ki, dolların kursuna toxunulsun. 2014-cü ildə baş verən böhrandan sonra iki dəfə devalvasiya baş verdi. Əgər biz bu halı yenidən yaşasaq, çox ağır itkilərlə nəticələnə bilər. Bu gün manatın kursunu endirmək üçün heç bir şərait yoxdur. Neftin qiyməti də artır. Biz kursu gələcəkdə yavaş-yavaş başqa yollarla tənzimləməliyik. Orada ən böyük yanlış istiqamət dövlət tərəfindən tənzimlənən qiymətlərin qaldırılmasıdır. Bu baş verərsə, bazara, iqtisadiyyata və pul tədavülünə ağır zərbə vurar. Dövlət tərəfindən tənzimlənən qiymətlər bu gün aşağı salınmalıdır. Yəni hazırda ciddi şəkildə maliyyə genişləndirilməsi siyasətinə ehtiyac var. Pul təklifi artırılmadan, dövriyyəni pulla təmin etmədən iqtisadi inkişafa nail olmaq mümkün deyil. Hətta son iki ayın statistikasına baxanda görərik ki, əsas kapital qoyuluşlarının həcmi azala-azala gedir. Təkcə neft sektorunda deyil, qeyri-neft sektorunda da azalmalar baş verir. Belə bir şəraitdə inkişafa nail olmaq mümkün deyil. Azərbaycan dövləti 180 milyardlıq rezerv formalaşdırıb. Söhbət kredit ehtiyatlarından gedir. Ondan cəmi 10 faiz istifadə olunub. Yəni maliyyə aktivlərinə çevriləcək yalnız 10 faizdir. 180 milyardın qarşısında cəmi 17 milyard rezerv verilib. Kreditin faizləri isə 13, 15, 20, 30 faizə qədər gedir. Bu il rentabellik 10 faizdir. Vəsaiti hansı istehsala yatırsan, cəmi 10 faiz mənfəət ala bilərsən. Bu da o deməkdir ki, investisiyanı borc götürsən, sən gərək borcun faizini qaytarasan. İnvestisiyalar üçün kredit 1-2 faiz olmalıdır. Kənd təsərrüfatına, elmi-texnoloji inkişaf istiqamətlərinə, rəqəmsallaşdırma proseslərinə, kompüter texnologiyalarına gərək dövlət sıfır faizlə kredit ayırsın. Ona görə də dolların kursuna qətiyyən toxunmaq olmaz.

Oxunub: 457
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

14-04-2022, 23:28

Yaz allergiyasından çıxış yolu

Xəbərlər

26-03-2022, 21:02

Azərbaycan üçün buğda idxalında Rusiya və Ukraynaya ƏVƏZ TAPILDI

Xəbərlər

27-05-2021, 13:26

"Ölkə iqtisadiyyatı iki böyük şokla qarşılaşıb" - Maliyyə naziri

Xəbərlər

16-03-2020, 12:00

SON DƏQİQƏ: Manatın real effektiv məzənnəsi BAHALAŞDI - AÇIQLAMA

Xəbərlər

2-03-2020, 11:18

"Belə davam edərsə manatın məzənnəsi yumşala bilər..." - AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ürək damarlarını açan TƏBİİ QARIŞIQ
Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir?
SEPAH İranda hərbi çevriliş edə bilər?
Ermənistanda hərbi hissədə qan su yerinə axdı – Yaralılar var
Saçlara gözəllik və sağlamlıq bəxş edən BİTKİ KÖKÜ
Valideynlə yaşayan gənc ailələr sosial yardım ala bilər?
Son xəbərlər
  • Bu gün, 09:04
    Ürək damarlarını açan TƏBİİ QARIŞIQ
  • Dünən, 22:22
    Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir?
  • Dünən, 20:27
    SEPAH İranda hərbi çevriliş edə bilər?
  • Dünən, 19:50
    Ermənistanda hərbi hissədə qan su yerinə axdı – Yaralılar var
  • Dünən, 18:20
    Saçlara gözəllik və sağlamlıq bəxş edən BİTKİ KÖKÜ
  • Dünən, 17:31
    Valideynlə yaşayan gənc ailələr sosial yardım ala bilər?
  • Dünən, 16:26
    Azərbaycanda bu şəxslərin pensiya yaşı ARTIRILDI
  • Dünən, 15:45
    Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİ
  • Dünən, 14:35
    Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA
  • Dünən, 13:12
    Ağstafada dəhşət: Bir ailədə 5-ci faciəvi ölüm...
  • Dünən, 12:40
    Arıqlamaq istəyən mütləq hər gün bu yeməyi yeməlidir
  • Dünən, 11:13
    İran təkzib etdi: “Tramp yalan deyir!”
  • Dünən, 10:30
    Putin düyməyə basdı: azərbaycanlılar təhlükədə – Bakıdan təcili addım gözlənilir
  • Dünən, 09:04
    Eqzemanı ən tez müalicə edən nədir?
  • 7-07-2025, 22:31
    Müştərilərlə işləyən insanlar daha tez şəkər olur
  • 7-07-2025, 21:08
    Yuxudan yorğun oyanırsızsa, ciddi sağlamlıq probleminiz ola bilər
  • 7-07-2025, 20:36
    Rusiyaya növbəti zərbə: planlar dəyişdi – Hədəfdə üç ölkə var
  • 7-07-2025, 19:26
    Azərbaycanda manatla verilmiş kreditlər bahalaşdı
  • 7-07-2025, 18:13
    Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ
  • 7-07-2025, 17:13
    İsrailin İranla müharibədən sonrakı planı ortaya çıxdı: Bu iki ölkə ilə...
  • 7-07-2025, 16:06
    Putin niyə Bakıya məhz Kurenkovu göndərir?
  • 7-07-2025, 15:34
    Xərçəng hüceyrələrini 30 dəqiqəyə məhv edir
  • 7-07-2025, 14:23
    Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma…
  • 7-07-2025, 13:21
    Rusiya Ukraynanı vurdu: 3 ölü, 27 yaralı
  • 7-07-2025, 12:42
    Yay aylarında xəstəliklərin əsas səbəbləri nədir?
  • 7-07-2025, 11:27
    Sərhəddə əməliyyat: İki ölkə hazırlığa başladı – 5 min hərbçi
  • 7-07-2025, 10:00
    İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi – Dəhliz detalı
  • 7-07-2025, 09:07
    Yaddaş pozulması - ƏSAS SƏBƏBLƏR
  • 6-07-2025, 22:34
    Dünyanın fırlanma sürəti artdı - Bu tarixlərdə gün qısalacaq
  • 6-07-2025, 21:18
    Saç tökülməsinin qarşısını alır və gurlaşdırır - Təbii ÇARƏ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə