• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ərdoğan ABŞ-ın PLANLARINI POZDU - GƏRGİNLİK ARTIR

Xəbərlər

4-02-2022, 03:34

Ərdoğan ABŞ-ın PLANLARINI POZDU - GƏRGİNLİK ARTIR


ABŞ və Qərbin Rusiyaya qarşı beynəlxalq hərbi-siyasi təzyiq kampaniyası iflasa uğramaq üzrədir; Bu prosesdə Ukrayna və Rusiyanı barışdırmaq üçün vasitəçilik missiyasının icrasına başlamış Türkiyənin fəaliyyəti həlledici xarakter daşıdığından, rəsmi Ankara Ağ Evin qəzəbini tamamilə öz üzərinə çəkə bilər…

Türkiyə beynəlxalq siyasi məkanda fəaliyyətini genişləndirir. Rəsmi Ankara Türkiyə sərhədləri ətrafında baş verən bütün proseslərə birbaşa siyasi-diplomatik reaksiya ilə əsas geopolitik oyunçu statusu qazanmağa başlayıb. Və Ukrayna böhranı hazırda Türkiyənin əsas gündəm mövzuları sırasında ön planda yer alır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfərə getməsi də bunu təsdiqləyir. Artıq Ukrayna paytaxtında olan Türkiyə prezidentini Kiyevdə duz-çörək ilə qarşılayıblar. Bu, Ukraynada Türkiyəyə olan ciddi etimadı və rəsmi Ankaranın siyasi-diplomatik fəaliyyətinə böyük ümidlərin bəslədiyini ifadə edir.

Təbii ki, rəsmi Kiyevin Türkiyəyə belə münasibəti qətiyyən təsadüfi deyil. Belə ki, rəsmi Ankara hazırda Ukrayna-Rusiya qarşıdurmasında ən pozitiv və barışdırıcı mövqeyi ilə diqqəti çəkən yeganə beynəlxalq siyasi iradə mərkəzidir. Və indi Ukraynanı Rusiya ilə dağıdıcı savaşdan yayındıra biləcək əsas geopolitik oyunçu rolunda çıxış edir.

Onu da qeyd etmək lazımdır ki, prezident Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri çərçivəsində Türkiyə və Ukrayna arasında yeni önəmli müqavilələrin ön planda olması diqqəti çəkir. Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, rəsmi Kiyev Türkiyə ilə yeni çərçivə sazişinə böyük əhəmiyyət verir. Çünki həmin saziş Ukraynada “Bayraktar TB2” istehsal edən zavodun tikintisini nəzərdə tutur. Eyni zamanda, bu saziş Ukrayna və Türkiyə arasında müasir hərbi texnologiyalar sahəsində əməkdaşlığı təmin edəcək.

Təbii ki, Ukrayna və Türkiyə arasında belə önəmli sahələr üzrə əməkdaşlıq niyyətləri Rusiya siyasi dairələrində qətiyyən məmnunluq ilə qarşılanmır. Rusiyada “Bayraktar TB2” ilə bağlı ciddi xof mövcuddur. Hər halda, “Bayraktar TB2” PUA-larının II Qarabağ savaşında dünyada məşhur olan Rusiya silahlarını məğlub etməsi Rusiyanın hərbi-siyasi dairələrində hələ unudulmayıb. Və həmin PUA-ların indi Ukrayna ordusunun hərbi texnika təchizatında yer alması bu silaha qarşı müdafiə alternativi tapa bilməyən Rusiyanı ciddi şəkildə narahat edir.

Ancaq rəsmi Ankara Ukrayna ilə Türkiyə arasında olan əməkdaşının və anlaşmaların Rusiyaya qarşı yönəlmədiyini birmənalı şəkildə vurğulamaqla, Kremli narahatlıq əhval-ruhiyyəsindən çıxartmağa çalışır. Üstəlik, Türkiyə rəsmi Kiyev ilə anlaşmaların Ukrayna-Rusiya böhranına heç bir aidiyyatının olmadığına da təminat verir. Və bu, rəsmi Ankaranın hər iki qarşıduran tərəfə münasibətdə səmimi davrandığını təsdiqləyir.

Məsələ ondadır ki, hazırda Ukrayna və Rusiya arasında savaş həddinə qədər gərginləşmiş qarşıdurmada tərəfə çevrilmək Türkiyənin maraqlarına qətiyyən cavab vermir. Hər halda, həm Rusiya, həm də Ukrayna Türkiyənin geopolitik, geoiqtisadi və geostrateji maraqlarında xüsusi yer tutur. Və hər iki ölkə ilə normal münasibətlər rəsmi Ankaranın əsas hədəfi hesab olunur.

Ən azından ona görə ki, məhz qarşıduran tərəflər arasında neytral mövqe rəsmi Ankaraya Ukrayna-Rusiya böhranının siyasi-diplomatik yolla həllində vasitəçilik missiyası üçün münbit şərait yarada bilər. Çünki, rəsmi Ankara Türkiyənin aid olduğu daha bir regionda savaş təhlükəsinin qarşısını almaqda birbaşa maraqlıdır. Və bu, Ukraynaya səfər edən Türkiyə prezidentinin açıqlamasında da əsas siyasi hədəflərdən biri kimi qabardılır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, rəsmi Ankara Qara dəniz regionunda sülhü və qarşılıqlı fayda verəcək əməkdaşlıq niyyətlərini dəstəkləyir. Ona görə də, Türkiyə lideri Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etdiklərini vurğulamaqla yanaşı, qarşıduran tərəfləri sülhə və əməkdaşlığa da çağırıb.

Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu siyasi kursu hazırda ABŞ və Qərbin strateji maraqlarına ciddi problem yaradır. ABŞ və Qərb Ukrayna böhranı üzərindən qurduğu hərbi-siyasi təzyiq kampaniyası ilə Rusiyanı öz sərhədləri içərisinə sıxışdırmağa cəhd göstərir. Ukraynanı da bu kampaniyada Rusiya ilə savaşa sürükləməklə böyük təhlükəyə məruz qoymaqdadırlar. ABŞ və Qərbin bu beynəlxalq kampaniyası qarşısında hazırda Türkiyə yeganə əngəl rolunda çıxış edir.

Məsələ ondadır ki, rəsmi Ankara Ukrayna və Rusiya arasında vasitəçilik missiyasını uğurla sürdürüb, böhranı nizamlamağa nail olarsa, ABŞ və Qərbin Rusiyanı öz sərhədləri içərisinə sıxışdırmaq planları müvəqqəti də olsa, pozula bilər. Ona görə də, ABŞ və Qərb Türkiyənin vasitəçilik missiyasına qıcıqla yanaşdığını gizlətməkdə çətinlik çəkir. İndi Ağ Evdə rəsmi Ankaradan barışdırıcı vasitəçilik missiyası gözləmirlər. Əksinə, Türkiyədən NATO-ya üzv müttəfiq dövlət kimi, Rusiyanın sıxışdırılması prosesində daha fəal və açıq dəstək umurlar. Və hətta buna nail olmaq üçün rəsmi Ankaraya şirnikləndirici vədlər də verirlər.

Ancaq rəsmi Ankara ABŞ və Qərbin ümidlərini doğrultmaq istiqamətində deyil, məhz Türkiyənin maraqlarına uyğun davranmağı üstün tutur. Türkiyənin maraqları isə indi çox yaxşı münasibətlərdə olduğu Rusiya və Ukrayna arasındakı böhranın nizamlanmasını tələb edir. Və bu baxımdan, həm Ukraynanın, həm də Rusiyanın Türkiyə tərəfindən təklif edilən vasitəçilik missiyasına həssas yanaşmağa çalışdıqları nəzərə çarpır.

Rusiya Xarici İşlər Nazirliyi rəsmi Ankaranın Putin-Zelenski görüşü ilə bağlı təklifini artıq cavablandırıb. Həmin cavabın məzmunu tam açıqlanmasa da, Rusiyanın bu görüşün baş tutması üçün müəyyən şərtlərinin olduğu bildirilir. Böyük ehtimalla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevdə Kremlin şərtlərini Ukrayna lideri Volodemir Zelenskinin müzakirə edib. Əgər, Ukrayna tərəfi Kremlin şərtləri ilə razılaşarsa, Rusiya prezidenti ilə görüşün reallaşması mümkün olacaq. Hər halda, Kremlə yaxın siyasi dairələr prezident Vladimir Putinin fevralın ikinci yarısında Türkiyəyə səfər edə biləcəyini vurğulayırlar. Və bu, Ukrayna-Rusiya böhranında siyasi-diplimatik nizamlama istiqamətində önəmli dönüş nöqtəsi ola bilər.

Belə anlaşılır ki, ABŞ və Qərbin Rusiyaya qarşı beynəlxalq hərbi-siyasi təzyiq kampaniyası iflasa uğraya bilər. Üstəlik, bu prosesdə Ukrayna və Rusiyanı barışdırmaq üçün vasitəçilik missiyasını artıq icra etməyə başlamış Türkiyənin fəaliyyəti həlledici xarakter daşıyır. Bu baxımdan, ABŞ və Qərbin planlarını pozmaq üzrə olan Türkiyənin vasitəçilik missiyasına Ağ Evin alternativ reaksiyasının necə olacağı da maraq doğurur. Hər halda, Ağ Evin narahatlıq keçirməsi və qəzəblənməsi üçün ciddi səbəblər olmamış deyil.

Oxunub: 899
Paylaş:
Digər xəbərlər

Xəbərlər

28-01-2022, 08:02

Türkiyədən Rusiyaya SƏRT XƏBƏRDARLIQ

Xəbərlər

6-01-2022, 12:24

Türkiyə Qazaxıstandakı hadisələrə niyə səssiz qalıb?

Xəbərlər

2-01-2022, 18:27

Ukraynanın taleyi Türkiyədən ASILIDIR: Ərdoğan QÜVVƏLƏR NİSBƏTİNİ dəyişir

Maraqlı

26-09-2021, 18:04

Ərdoğan Putinlə ANLAŞARSA, ABŞ ağır zərbə ALACAQ

Manşet / Gündəm / Xəbərlər

10-05-2018, 08:27

Rəsmi Ankara: Azərbaycan əraziləri azad edilmədən...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Son xəbərlər
  • Bu gün, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • Bu gün, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • Bu gün, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • Bu gün, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • Dünən, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • Dünən, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • Dünən, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • Dünən, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • Dünən, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Dünən, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • Dünən, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • Dünən, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə