• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Kişilərin ürəyi daha zəif olur - Həkim təsdiqlədi
Vəkil ən çox boşanan bürcləri açıqladı
Boğaz ağrısını yüngülləşdirən təbii üsullar
İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak edəcəkmi?
Türkiyə F-16 danışığı aparıb, niyə “Tayfun” aldı?
Çobanyastığı çayı yanlış içilirmiş: Həddindən artıq istifadəsi təhlükəlidir
Tarix boyu heç vaxt zəlzələ olmayan yerlər də silkələnir: Alimlər səbəbini tapdılar
Soyuq hava sinüziti artırır: Mütəxəssisdən vacib xəbərdarlıq
Litva Belarusla quru sərhədini bağlayır: Müddət açıqlandı
Prezident Zəngilanda müjdəni verdi – İki dəhliz olacaq, lakin…
Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilər
İrəvan üç il sonra Moskva ilə bağlı qərarı dəyişdi – Qriqoryan qayıdır
Netanyahu dərhal əmr verdi: 3 ölkə təhlükədə – İran və Türkiyə…
Yuxudan duran kimi çay içmək olmaz - Xəbərdarlıq
Taleyin imtahanı yaxınlaşır - Bu bürclər üçün mühüm xəbərdarlıq
Bakı metrosunda ilkə imza atıldı: daha hansı yeniliklər olacaq?
Əliyev və Paşinyan razılaşdıqdan sonra Putin mənə zəng edib dedi ki… – Trampdan ŞOK
Revmatik polimialgiya nədir? Necə müalicə olunur?
İran 1.5 milyon insanı ölkədən qovdu: Görün nə planlaşdırılır
Azərbaycan bazarında erməni məhsulları satılacaq – Siyahıda olanlar
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ukraynanın taleyi Türkiyədən ASILIDIR: Ərdoğan QÜVVƏLƏR NİSBƏTİNİ dəyişir

Xəbərlər

2-01-2022, 18:27

Ukraynanın taleyi Türkiyədən ASILIDIR: Ərdoğan QÜVVƏLƏR NİSBƏTİNİ dəyişir


ABŞ və NATO Türkiyədən üzv olduğu alyansın yanında yer almasını, Kreml isə rəsmi Ankaradan Rusiyanın təhlükəsizliyinə təminat dəstəyi gözləyir; Ancaq Türkiyə hələlik yalnız həm Rusiya-Ukrayna, həm də ABŞ-Rusiya qarşıdurmasında diplomatik orbitr missiyasının icrasına hazır olduğunu biruzə verir…
Ukrayna ətrafında yaranmış mövcud vəziyyət ABŞ və Qərbin Rusiya ilə hərbi-siyasi qarşıdurmasında “düyün nöqtəsi” sayılır. Bu “düyün nöqtəsi”nin yaxın vaxtlarda çözülə biləcəyi isə hələlik o qədər də inandırıcı görünmür. Və tezliklə genişmiqyaslı hərbi əməliyyatlara səbəb olma ehtimalı kifayət qədər yüksək olduğundan həm də ciddi narahatlıq doğurur.

Məsələ ondadır ki, Qərb mətbuatı Rusiyanın Ukraynaya hərbi müdaxilə üçün bütün hazırlıqları tamamladığını iddia edir. Kəşfiyyat məlumatlarına istinad olunan həmin iddialarda Kremlin yaxın aylarda Ukraynaya qoşun yeritməklə bağlı təhlükəli qərar verəcəyi vurğulanır. Kremlin israrla təkzib etməsinə baxmayaraq, Ukrayna tezliklə işğal olunma təhlükəsi ilə üzləşən dövlət kimi təqdim olunur.

Maraqlıdır ki, ABŞ-ın son davranışları da bu iddiaları maksimum səviyyədə tündləşdirir. Belə ki, Ağ Ev bir tərəfdən Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, ağır beynəlxalq sanksiyalarla hədələyir. Digər tərəfdən isə ABŞ vətəndaşlarına regionda Rusiya təhlükəsinin artdlğını səbəb göstərərək, Ukraynaya səfərdən çəkinmələri barədə xəbərdarlıq edir.

ABŞ Dövlət Departamenti bu barədə açıqlaması tezliklə savaşın başlaya biləcəyi ilə bağlı ehtimalları gücləndirir: “ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı böyük hərbi əməliyyata hazırlaşdığından xəbərdar olmalıdırlar. ABŞ vətəndaşlarına xatırladılır ki, Ukrayna sərhədləri boyunca, xüsusilə də Rusiyanın ilhaq etdiyi Krımda və Rusiyanın nəzarətində olan Ukraynanın şərqində təhlükəsizlik şəraitinin necə olacağını əvvəlcədən görmək olmur və hər an bu vəziyyət pisləşə bilər”.

Maraqlıdır ki, “American Thinker” nəşri hadisələrin Ukrayna üçün sonrakı inkişaf istiqamətləri barədə pessimist ehtimallarda daha israrçı görünür. Nəşr əminliklə qeyd edir ki, Ukrayna ilə hipotetik hərbi münaqişə baş verərsə, Rusiyaya Kiyevi ələ keçirmək üçün hətta bir sutkadan da az vaxt lazım olacaq. Ona görə də, NATO Rusiyanın xəbərdarlığını mütləq ciddiyə almalıdır və Ukraynanın quruma üzvlük niyyətindən imtina etməlidir. Çünki, “soyuq müharibə” başa çatdıqdan sonra alyansın “Şərqə doğru genişlənməsi”nin səhv qərar olduğu artıq təsdiqlənib və indiki gərgin vəziyyət də məhz bu səbəbdən qaynaqlanır.

Digər önəmli məqam ondan ibarətdir ki, Qərbdə bəzi siyasi dairələr ABŞ və NATO-nun Rusiya ilə qarşıdurmada hesablamalarının mövcud reallıqları tam əks etdirmədiyindən əmindirlər. Onların fikrincə, hərbi əməliyyatların başlanmasından sonrakı mərhələni Rusiya üçün hərbi, siyasi və ya iqtisadi baxımdan, xüsusi risklərlə birmənalı şəkildə əlaqələndirilməsi o qədər də doğru deyil. Çünki, Rusiyanın hərbi qüdrəti Ukrayna ordusunu qat-qat üstələyir. Və hətta NATO Ukraynanı müdafiə qərarı versə belə, hərbi potensialını azaltmış alyans ölkələri Rusiya ordusu ilə rəqabət aparmaqda çətinlik çəkə bilər.

Digər tərəfdən, ABŞ və Qərbin Rusiyaya qarşı gündəmə gətirdiyi hədələyici xəbərdarlıqları reallaşdırmaq imkanları da şübhə doğurur. Yəni, böyük ehtimalla Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin siyasi nəticələri hay-küylü qınama kampaniyasından uzağa getməyəcək və Kremlə qarşı yeni iqtisadi sanksiyalar da tətbiq olunmayacaq. Çünki bu, pandemiyanın hökm sürdüyü dünyada mövcud iqtisadi tənəzzülü daha da gücləndirə və sürətləndirə bilər.

Təbii ki, Kremldə də bu önəmli reallıqları Rusiyanın manevrlərində hesaba qatmağa çalışırlar. Ona görə də, Kreml maksimum səviyyədə güzəştsiz davranmaqdan çəkinmir. Və NATO-nun postsovet məkanında mövcudluğunun Rusiya üçün olum-qalım məsələsinə çevrildiyini qabardır. Kreml hesab edir ki, NATO-nun Şərqə doğru genişlənməyəcıyini vəd edən Qərb Rusiyanı “vicdansızcasına” aldadıb. Və bu səbəbdən də indi Rusiyanın təhlükəsizliyi ciddi problemlər ilə üzləşib.

Kreml NATO qüvvələrinin Rusiya sərhədlərində hərbi manevrlər etməsindən ciddi şəkildə qıcıqlanır. Rusiyada NATO hərbi texnikasının Ukrayna ərazisinə keçirilməsi uzaqgedən planların tədricən icra olunması kimi qəbul edilir. Hesab olunur ki, NATO hiss edilmədən Ukrayna ərazisinə yerləşməyə çalışır. Və proses Ukraynada NATO hərbi bazalarının yaradılmasına qədər inkişaf edərsə, sonradan bu ölkənin alyansa üzv qəbul edilməsi sadəcə, formal qərar xarakteri də daşıya bilər.

Maraqlıdır ki, bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da məhz bu məqamı qabartmağa çalışmışdı. O, bildirmişdi ki, gələcəkdə Ukraynada hücum raket sistemlərinin yerləşdirilməsi perspektivləri ilə bu ölkənin NATO-ya üzvlüyü Rusiyaya qarşı böyük təhlükə vəd edir. Və onun bu mövqeyi prezident Vladimir Putinin dedikləri ilə uzlaşır.

Məsələ ondadır ki, prezident V.Putin ABŞ və NATO raket sistemlərinin Ukraynada yerləşdiriləcəyi təqdirdə, onların Rusiya paytaxtı Moskvaya uçuş müddətinin cəmisi 7-10 dəqiqə təşkil edəcəyini vurğulamışdı: “Bu, Rusiya üçün olduqca ciddi milli təhlükəsizlik problemidir. Və biz bu təhlükənin reallığa çevrilmə ehtimalına seyirçi qala bilmərik”.

Ona görə də, Kreml hazırda ABŞ və NATO-dan dünyanın bütün ölkələri üçün bərabər səviyyəli təhlükəsizlik prinsiplərinin müəyyən olunmasını tələb edir. Dünyanın hazırda genişmiqyaslı savaş və sülh arasındakı kövrək bir mərhələdən keçdiyini vurğulayan Kreml bunu yeganə doğru variant sayır. Və bundan imtina olunacağı təqdirdə, Rusiyanın müxtəlif istiqamətlər üzrə cavabdan cəkinməyəcəyi barədə də xəbərdarlıq edir.

Təbii ki, belə vəziyyətdə hər iki qarşıduran tərəfin diqqəti həm də Türkiyənin mövqeyi üzərində cəmləşib. Çünki, rəsmi Ankara hələlik neytral mövqe tutmağa çalışır. Halbuki bu, o qədər də asan məsələ deyil. Və bu baxımdan, Türkiyənin Ukrayna ətrafında baş verənlərə prinsipial mövqe bildirməli olacağı qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Türkiyə hazırda Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə çox yaxındır. Hətta Kreml rəsmi Ankaradan daha fəal olmasını və hərəkətə keçməsini umduğunu da qətiyyən gizlətmir. Kremldə hesab edirlər ki, əgər, Türkiyə bir NATO ölkəsi kimi, bu qurum daxilində “bərabər səviyyəli təhlükəsizlik prinsipləri”nin qəbuluna çalışarsa, dünyada sülhün qorunmasına böyük töhfə verə bilər. Çünki, NATO bu prosesdə istənilən halda, məsləhətləşmək məcburiyyətində olduğu Türkiyənin mövqeyini mütləq nəzərə almağa məcburdur. Yəni, rəsmi Ankaranın nüfuzu və NATO daxilində təsir mexanizmləri Kreml üçün cəlbedici görünür.

Digər tərəfdən, ABŞ və NATO-nun da Türkiyədən alternativ gözləntiləri olmamış deyil. ABŞ və Qərb hesab edir ki, Türkiyə üzv olduğu NATO-nun və bu qurumdakı müttəfiqlərinin yanında yer almalıdır. Ancaq Ağ Evin bütün cəhdlərinə baxmayaraq, ABŞ Türkiyəni Rusiya ilə qarşıdurmaya bulaşmasına nail ola bilməyib. Ağ Evin müxtəlif hərbi-siyasi güzəştlərlə bağlı təklifləri də rəsmi Ankaranın mövqeyini dəyişməyib.

Belə anlaşılır ki, Türkiyə hələ yekun qərarını verməyə tələsmir. Böyük ehtimalla rəsmi Ankara bu qarşıdurmaya münasibətdə Türkiyənin milli maraqlarına uyğun davranmaq niyyətindədir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankaranın Ukrayna ilə olan yaxın münasibətlərini gözardı etməyəcəyini vurğulaması da məhz bunun əlaməti sayıla bilər. Hər halda, rəsmi Ankara dolayısı ilə Kremlə Ukraynaya qarşı hərbi müdaxiləni yolverilməz hesab etdiyinin mesajını vermiş olur.

Ancaq rəsmi Ankara mövcud qarşıdurmadan məmnun olmadığını da qətiyyən gizlətmir. Türkiyənin xarici işlər naziri “Rusiya ilə Ukrayna, eləcə də, Rusiya ilə NATO arasında rəqabət təhlükəli həddə çatıb” deməklə yanaşı, siyasi-diplomatik anlaşma imkanlarının hələ tam tükənmədiyinə də eyham vurur: “Çətin məsələdir, ancaq diplomatiya da elə buna görə mövcuddur”.

Göründüyü kimi, ABŞ və NATO-nun Rusiya ilə qarşıdurmasında Türkiyənin mövqeyi qüvvələr nisbətini ciddi şəkildə dəyişə bilər. Ona görə də, Ukraynanın gələcək taleyinin də müəyyən mənada, məhz rəsmi Ankaranın verəcəyi qərardan asılı vəziyyətə düşmüş kimi görünür. Rəsmi Ankara isə hələlik NATO üzvü olan Türkiyənin həm Rusiya, həm də ABŞ və Qərblə olan münasibətlərinə güvənərək, qarşıduran tərəflərə iki istiqamət üzrə vasitəçilik təklif edir. Yəni, Türkiyə həm Rusiya-Ukrayna, həm də ABŞ-Rusiya qarşıdurmasında diplomatik orbitr missiyasının icrasına hazır olduğunu biruzə verir.

Elçin XALİDBƏYLİ

Oxunub: 754
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-12-2021, 19:03

Rusiya ilə NATO müharibəyə başlasa: Moskvanın “ikinci cəbhəsi” haradır?

Xəbərlər

15-12-2021, 12:23

Putin ABŞ və NATO-ya ultimatum verdi

Xəbərlər

7-12-2021, 14:12

“Ukraynaya müdaxilə etsən...” - Baydendən Putinə XƏBƏRDARLIQ

Xəbərlər

30-11-2021, 07:50

NATO-dan Rusiyaya daha bir ÇAĞIRIŞ

Xəbərlər

5-09-2021, 16:11

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri GÖRÜŞÜR – Sülh müqaviləsinə TƏLİMAT

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Kişilərin ürəyi daha zəif olur - Həkim təsdiqlədi
Vəkil ən çox boşanan bürcləri açıqladı
Boğaz ağrısını yüngülləşdirən təbii üsullar
İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak edəcəkmi?
Türkiyə F-16 danışığı aparıb, niyə “Tayfun” aldı?
Çobanyastığı çayı yanlış içilirmiş: Həddindən artıq istifadəsi təhlükəlidir
Son xəbərlər
  • Bu gün, 09:02
    Kişilərin ürəyi daha zəif olur - Həkim təsdiqlədi
  • Dünən, 22:29
    Vəkil ən çox boşanan bürcləri açıqladı
  • Dünən, 21:38
    Boğaz ağrısını yüngülləşdirən təbii üsullar
  • Dünən, 20:48
    İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak edəcəkmi?
  • Dünən, 19:21
    Türkiyə F-16 danışığı aparıb, niyə “Tayfun” aldı?
  • Dünən, 18:14
    Çobanyastığı çayı yanlış içilirmiş: Həddindən artıq istifadəsi təhlükəlidir
  • Dünən, 17:10
    Tarix boyu heç vaxt zəlzələ olmayan yerlər də silkələnir: Alimlər səbəbini tapdılar
  • Dünən, 15:16
    Soyuq hava sinüziti artırır: Mütəxəssisdən vacib xəbərdarlıq
  • Dünən, 14:15
    Litva Belarusla quru sərhədini bağlayır: Müddət açıqlandı
  • Dünən, 13:35
    Prezident Zəngilanda müjdəni verdi – İki dəhliz olacaq, lakin…
  • Dünən, 12:34
    Analizə gedənlər bunu mütləq bilməlidir, yoxsa cavablar səhv çıxa bilər
  • Dünən, 11:38
    İrəvan üç il sonra Moskva ilə bağlı qərarı dəyişdi – Qriqoryan qayıdır
  • Dünən, 10:17
    Netanyahu dərhal əmr verdi: 3 ölkə təhlükədə – İran və Türkiyə…
  • Dünən, 09:11
    Yuxudan duran kimi çay içmək olmaz - Xəbərdarlıq
  • 29-10-2025, 22:34
    Taleyin imtahanı yaxınlaşır - Bu bürclər üçün mühüm xəbərdarlıq
  • 29-10-2025, 20:43
    Bakı metrosunda ilkə imza atıldı: daha hansı yeniliklər olacaq?
  • 29-10-2025, 19:20
    Əliyev və Paşinyan razılaşdıqdan sonra Putin mənə zəng edib dedi ki… – Trampdan ŞOK
  • 29-10-2025, 18:21
    Revmatik polimialgiya nədir? Necə müalicə olunur?
  • 29-10-2025, 17:54
    İran 1.5 milyon insanı ölkədən qovdu: Görün nə planlaşdırılır
  • 29-10-2025, 16:08
    Azərbaycan bazarında erməni məhsulları satılacaq – Siyahıda olanlar
  • 29-10-2025, 15:41
    Onkoloji mərkəzdə hepatitə kütləvi yoluxma
  • 29-10-2025, 14:31
    Azərbaycanda bu dövlət universiteti bağlanır?
  • 29-10-2025, 13:24
    Sabah yağış yağacaq
  • 29-10-2025, 12:12
    Yetkinlərdə gizli təhlükə: 1.5 tip diabet nədir?
  • 29-10-2025, 11:49
    Paşinyan “sensasion xəbər”i açıqladı
  • 29-10-2025, 10:27
    Dünyada üç paytaxtı olan yeganə ölkə
  • 29-10-2025, 09:09
    Gündə bir dəfə sürtün - Qocalıq ləkələrini yox edir
  • 28-10-2025, 21:33
    Bu iki qidanı birlikdə yemək yaddaşınızı möhkəmləndirir!
  • 28-10-2025, 20:24
    Boltonun açıqlaması DÜNYANI SİLKƏLƏDİ - “Belə bir an yenidən baş verə bilər”
  • 28-10-2025, 19:42
    Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı – Plan hazırdır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə