• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
3300 sahibkara ziyan dəydi: taxıl sahələri məhv olub?
Rusiyanın kütləvi hücumları: Zelenskinin növbəti addımı belə olacaq
İnsülin dirəncinin başladığını göstərən - 10 əlamət
Minimum əməkhaqqı ilə bağlı vacib məlumat – Bu qədər arta bilər
Ölkəmizin adı üçün həyəcan təbili – Bu cümlə sürətlə yayılır
Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri
İrandan ABŞ-a gözlənilməz şərt – Yeni toqquşma anonsu verildi
Türklər yeni təhlükəsizlik şəbəkəsi qurur, Təl-Əviv mühasirəyə alınır - İsraildən etiraf
Şəkərli diabetin qeyri-adi SİMPTOMU
Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...
Paşinyan meydan oxudu: Rusiyanın vurduğu zərər...
İspanağı bişirmədən yeyin - Məsləhət
Qədim məbədin xarabalıqlarında görün kimin başı tapıldı
Gecələr qatıq yeməyin faydaları və zərərləri
İran ABŞ-la danışıqları dayandırdı – Səbəb
Avrasiyanın “xəritəsi” dəyişir – Azərbaycan üzərindən böyük PLAN
Kürəyin ortasındakı ağrılar nədən yaranır? – ƏSAS SƏBƏBLƏR
ABŞ bazasını vurmaq istəyən İran raketləri belə zərərsizləşdirildi
NATO Trampın qəzəbindən qorxur - Alyans daxilində gərginlik arta bilər
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ərdoğan Putinlə ANLAŞARSA, ABŞ ağır zərbə ALACAQ

Maraqlı

26-09-2021, 18:04

Ərdoğan Putinlə ANLAŞARSA, ABŞ ağır zərbə ALACAQ


Prezident Ərdoğan həm ABŞ-a, həm də Rusiyaya gələcək hədəflərin perspektivlərini hesablamaq üçün cəmisi bir neçə gün zaman tanıyır; Kreml rəsmi Ankaranın şərtlərini və gözləntilərini qarşılayarsa, ABŞ Türkiyəni itirəcək, Rusiya isə yeni, həm də güclü strateji tərəfdaş qazanacaq…
Dünyanın siyasi səhnəsində olduqca maraqlı və önəmli proseslər cərəyan edir. Nəhəng dövlətlər artıq gələcəyə yönəlik strateji hədəflərinə yenidən baxmağa, onları yeniləməyə çalışırlar. Və bu, yaxın gələcəkdə müasir dünyanın yenidən şəkillənəcəyinin ilkin əlamətləri kimi də dəyərləndirilə bilər.

Onu da qeyd etmək lazımdır ki, bütün bu proseslərdə Türkiyə aktiv şəkildə iştirak edir. Hətta rəsmi Ankaranın beynəlxalq siyasi proseslərdə həlledici mövqeyə malik olduğunu iddia etmək üçün də səbəblər olmamış deyil. Hər halda, indi bəzi önəmli məsələlərin həlli məhz Türkiyənin verəcəyi qərarlardan və atacağı addımlardan asılı vəziyyətə düşmüş kimi görünür.

Məsələ ondadır ki, NATO-nun gələcək taleyi hazırda müəyyən mənada, Türkiyə ilə bağlıdır. Rəsmi Ankara bu hərbi alyansa yönəlik qərarını hələlik qətiləşdirməsə də, bu istiqamət üzrə ciddi proseslərin başladığı diqqətdən yayınmır. Və NATO-Türkiyə münasibətlərinə birbaşa təsir göstərə biləcək faktorlar hazırda ön plandadır.

Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da NATO-nun gələcək taleyi ilə bağlı açıqlama vermişdi. O, vurğulamışdı ki, NATO Türkiyə olmadan öz mövcudluğunu qoruya bilməz. Və bu, Türkiyənin NATO ölkələri arasında öz ordusunun sayı ilə bağlı ABŞ-dan sonra ikinci ölkə olmasına yönəlik üstüörtülü eyham idi.

Əslində, Türkiyənin bu eyhamı müəyyən mənada, həm də ABŞ-a ünvanlanmışdı. Yəni, rəsmi Ankara Türkiyəyə qarşı təzyiq mövqeyindən çıxış edən Ağ Evə bəzi mesajların verilməsini vacib hesab etmişdi.

Məsələ ondadır ki, Ağ Ev qondarma “erməni soyqırımı” və Rusiyadan alınan “S-400” zenit-raket kompleksləri üzərindən Türkiyəni hədəfə almışdı. Rəsmi Ankaranı sanksiyaların və embarqoların tətbiq olunması vasitəsilə küncə sıxışdırmağa çalışırdı. Və Türkiyənin geri çəkiləcəyinə ümid bəsləyirdi.

Ancaq Ağ Evin həmin ümidləri doğrultmadı. Əksinə, rəsmi Ankara sərt şəkildə müqavimət göstərməyə üstünlük verdi. Üstəlik, ABŞ-a NATO üzərindən xəbərdarlıq etdi. Ağ Evə anlatmağa çalışdı ki, Türkiyə olmadan NATO mövcudluğunu qoruya bilməz. NATO mövcudluğunu qorumazsa, ABŞ-ın indiki beynəlxalq təsir gücündən əsər-əlamət qalmaz.

Maraqlıdır ki, bütün bunlara baxmayaraq, ABŞ-Türkiyə münasibətləri hələ də normallaşmaqdan uzaqdır. Bu iki ölkənin liderləri arasında keçirilən son iki yüksək səviyyəli görüş uğursuz olub. Bu ilin iyun ayında Ərdoğan-Bayden görüşü heç bir ziddiyyətli məsələdə anlaşma əldə olunmadan yekunlaşmışdı.

Ancaq rəsmi Ankara ikitərəfli münasibətlərin gələcək perspektivlərini dəqiqlışdirmək növbəti üçün növbəti görüşün nəticələrini gözləyirdi. Hesab edilirdi ki, Ağ Evdə nəhayət, Türkiyəyə qarşı yanlış və nəticələri sonradan düzəldilməsi çətin olacaq siyasi kursdan imtinaya üstünlük veriləcək. Və indi aydınlaşır ki, ABŞ mövqeyində israrlı davranmaq niyyətindədir.

Türkiyə və ABŞ rəhbərliyinin BMT çərçivəsində baş tutan növbəti təmasları da ümidverici nəticələrdən uzaq qalıb. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Ağ Evdəkiləri açıq mətnlə suçlamaqdan da özünü saxlaya bilməyib. O, öz hakimiyyəti dönəmində ABŞ-ın bütün prezidentləri ilə anlaşa bildiyini vurğulayıb. Ancaq yalnız indiki prezident Co Bayden ilə heç bir məsələdə anlaşa bilmədiklərini qeyd edib: “Prezident Bayden ilə anlaşa bilmirik. Bu, heç də xeyrə əlamət deyil”.

Belə anlaşılır ki, Türkiyə-ABŞ münasibətlərində hökm sürən böhranın əsas günahkarı məhz hikkəsindən əl çəkməyən Ağ Ev sahibidir. Hakimiyyətə gələrkən, Türkiyəyə qarşı qərəzli mövqeyini açıq-aşkar biruzə verən qoca Co inadkarlığından geri çəkilmək niyyətində deyil. Bu isə Türkiyə-ABŞ münasibətlərini qopma nöqtəsinə doğru aparan əsas səbəb sayılır.

Nəzərə almaq lazımdır ki, son yüksək səviyyəli təmaslara qədər rəsmi Ankara Rusiyadan növbəti dəfə “S-400” raketlərinin alına biləcəyi ilə bağlı məlumatları şərh edərkən, daha təmkinli davranmağa üstünlük verdi. Halbuki Rusiyanın Hərbi-Sənaye Kompleksinin yüksək rütbəli təmsilçiləri belə bir anlaşmanın mümkünlüyünü istisna etmirdilər. Və bu istiqamətdə danışıqların aparıldığını qətiyyən gizlətmirdilər.

Ancaq Bayden administrasiyası ilə son təmasların müsbət nəticədən uzaq olması rəsmi Ankaranın da mövqeyini qətiləşdirmısinə səbəb olub. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Kreml sahibi Vladimir Putin arasında Rusiyanın Soçi şəhərində görüşün keçirilməsinə qərar verilib. Üstəlik, 29 sentyabra planlaşdırılan bu görüş ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın maraqlarına ağır zərbə sayıla biləcək qərarı açıqlayıb. O, bildirib ki, Türkiyə yaxın gələcəkdə Rusiyadan əlavə “S-400” raketləri almaq barədə düşünür.

Təbii ki, Türkiyə liderinin bu açıqlaması ABŞ və Rusiyaya yönəlik olduqca praqmatik bir hərbi-siyasi manevrdir. Prezident R.T.Ərdoğan həm ABŞ-a, həm də Rusiyaya gələcək hədəflərin perspektivlərini hesablamaq üçün cəmisi bir neçə gün zaman tanıyır. Yəni, bu zaman intervalı Ağ Evin Türkiyəni böyük ölçüdə itirməkdən yayına bilməsi üçün son şansdır.

Təxminən eyni situasiya Rusiya tərəfinə də aiddir. Belə ki, rəsmi Ankara Kremlə uzunmüddətli Türkiyə-Rusiya strateji tərəfdaşlığına “pəncərə” açmaq üçün konkret düşünmək imkanı verir. Yəni, belə bir strateji tərəfdaşlıq yalnız Rusiyanın Türkiyəni qane edəcəyi təqdirdə, baş tuta bilər.

Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə açıq mesajlar belə, verməyi vacib hesab edib: “Cənab Putindən və ümumiyyətlə, dost ölkə olaraq, Rusiyadan həmrəyliyimizin tələbləri çərçivəsində fərqli gözləntilərimiz var”.

Bu açıqlama indi Kremlin üzərində ciddi şəkildə düşünməsi vacib olan önəmli bir mesajdır. Çünki Rusiya ilk dəfə Türkiyə ilə yaxınlaşmaq üçün bu qədər maksimal imkan qazanıb. Sadəcə, Kreml bu imkandan yararlanmaq istəyirsə, Türkiyənin bütün istiqamətlər üzrə gözləntilərini tam şəkildə qarşılamağa da hazır olmalıdır. Əgər, Kreml buna nail olarsa, deməli, ABŞ Türkiyəni itirmək təhlükəsi ilə üzləşəcək. Rusiya isə Türkiyə kimi güclü və beynəlxalq məkanda öz əhatə dairəsini genişləndirməkdə olan strateji tərəfdaş qazana bilər.

Rəsmi Ankara ilk növbədə Türkiyə-Rusiya ikitərəfli münasibtlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qətiyyən gizlətmir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hətta bunun Rusiya üçün cəlbedici ola biləcək real modelini də təklif edir: “Əgər, hədəfimiz 100 milyard dollarlıq ticarət həcminə çatmaqdırsa, münasibətlərimizin daha da yaxşılaşdırılması lazımdır”.

Göründüyü kimi, rəsmi Ankara Kreml qarşısında konkret şərtlər irəli sürür. Türkiyə siyasi dairələri Rusiyanın iqtisadi-ticari əməkdaşlığa ehtiyacı olduğunu tam dəqiqliyi ilə bilirlər. Çünki Rusiya iqtisadiyyatının İndiki ağır durumunda 100 milyard dollarlıq ticarət dövriyyəsi Kreml üçün nəhəng maliyyə qaynağı vəd edir.

Ancaq buna nail olmaq üçün Kremldə Türkiyənin digər ehtiyaclarını ödəməlidir. Hər halda, prezident R.T.Ərdoğanın “…münasibətlərimizin daha da yaxşılaşdırılması lazımdır” şərtinin nəyə işarə olduğunu anlamamış deyillər. Və böyük ehtimalla Kreml rəsmi Ankaranın gözləntilərini qarşılamağa üstünlük verəcək.

Əgər, bu ehtimal özünü doğuldarsa, onda Ərdoğan-Putin görüşündən sonra Türkiyə-Rusiya strateji tərəfdaşlığı barədə danışmaq qətiyyən çətin olmayacaq. Bu, dünyanın siyasi səhnəsində yeni güc mərkəzinin ortaya çıxmasına da yol aça bilər.

Belə anlaşılır ki, qoca Co öz hikkəsi ilə ABŞ-ı beynəlxalq siyasi məkanda ciddi şəkildə sıxışdıra biləcək yeni güclü Türkiyə-Rusiya ittifaqının yaranmasına səbəb olmaq üzrədir. Bu ittifaq baş tutacağı təqdirdə, dünyanın yenidən şəkilləndirilmısində ABŞ-ın, eləcə də, ümumiyyətlə, Qərb nəhənglərinin rolu ikinci plana keçə bilər. //musavat.com

Oxunub: 734
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-09-2021, 00:19

Bu səbəbdən bütün güclü ölkələr Ərdoğanla razılaşmaq üçün sıraya girəcək” – SENSASİON AÇIQLAMA

Xəbərlər

15-04-2021, 10:52

ŞOK AÇIQLAMA: Ərdoğan Qarabağda Rusiyaya MANE OLUR

Xəbərlər

14-01-2021, 10:34

Ərdoğan: Putinlə danışdıq, sülhməramlılarsız Qarabağ...

Xəbərlər

30-08-2019, 18:05

DÜNYA ŞOKDA: Türkiyə və Rusiya NATO--ya qarşı BİRLƏŞİR

Manşet / Gündəm / Xəbərlər

25-06-2018, 11:17

Ərdoğan prezident seçildi - RƏSMİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
3300 sahibkara ziyan dəydi: taxıl sahələri məhv olub?
Rusiyanın kütləvi hücumları: Zelenskinin növbəti addımı belə olacaq
İnsülin dirəncinin başladığını göstərən - 10 əlamət
Minimum əməkhaqqı ilə bağlı vacib məlumat – Bu qədər arta bilər
Ölkəmizin adı üçün həyəcan təbili – Bu cümlə sürətlə yayılır
Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri
Son xəbərlər
  • Bu gün, 20:34
    3300 sahibkara ziyan dəydi: taxıl sahələri məhv olub?
  • Bu gün, 19:12
    Rusiyanın kütləvi hücumları: Zelenskinin növbəti addımı belə olacaq
  • Bu gün, 18:19
    İnsülin dirəncinin başladığını göstərən - 10 əlamət
  • Bu gün, 17:00
    Minimum əməkhaqqı ilə bağlı vacib məlumat – Bu qədər arta bilər
  • Bu gün, 16:29
    Ölkəmizin adı üçün həyəcan təbili – Bu cümlə sürətlə yayılır
  • Bu gün, 15:29
    Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri
  • Bu gün, 14:52
    İrandan ABŞ-a gözlənilməz şərt – Yeni toqquşma anonsu verildi
  • Bu gün, 13:07
    Türklər yeni təhlükəsizlik şəbəkəsi qurur, Təl-Əviv mühasirəyə alınır - İsraildən etiraf
  • Bu gün, 12:20
    Şəkərli diabetin qeyri-adi SİMPTOMU
  • Bu gün, 11:30
    Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...
  • Bu gün, 10:18
    Paşinyan meydan oxudu: Rusiyanın vurduğu zərər...
  • Bu gün, 09:04
    İspanağı bişirmədən yeyin - Məsləhət
  • Dünən, 22:31
    Qədim məbədin xarabalıqlarında görün kimin başı tapıldı
  • Dünən, 21:15
    Gecələr qatıq yeməyin faydaları və zərərləri
  • Dünən, 20:50
    İran ABŞ-la danışıqları dayandırdı – Səbəb
  • Dünən, 19:08
    Avrasiyanın “xəritəsi” dəyişir – Azərbaycan üzərindən böyük PLAN
  • Dünən, 18:57
    Kürəyin ortasındakı ağrılar nədən yaranır? – ƏSAS SƏBƏBLƏR
  • Dünən, 17:12
    ABŞ bazasını vurmaq istəyən İran raketləri belə zərərsizləşdirildi
  • Dünən, 16:18
    NATO Trampın qəzəbindən qorxur - Alyans daxilində gərginlik arta bilər
  • Dünən, 15:29
    Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
  • Dünən, 14:10
    Ermənistanda həlledici həftə: Seçki, xarici təsirlər və mümkün etiraz dalğası ssenarisi
  • Dünən, 13:43
    Fars körfəzində yük gəmisi vuruldu - Güclü partlayış
  • Dünən, 12:27
    Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
  • Dünən, 11:33
    İran və ABŞ arasında mümkün anlaşmanın detalları
  • Dünən, 10:21
    Quru döyüşləri gedir: Ordu iki istiqamətdə hücuma keçib
  • Dünən, 09:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
  • 31-05-2026, 21:18
    Südə limon sıxıb bir gecə saxlayın: Təsiri inanlmazdır
  • 31-05-2026, 20:05
    ABŞ və İsrailin başı dərddə - Elə peyk görüntüləri üzə çıxdı ki...
  • 31-05-2026, 19:23
    Azərbaycanda bu ailələrə hər ay “uşaqpulu” verilir – Məbləğ açıqlandı
  • 31-05-2026, 17:23
    BMT Təhlükəsizlik Şurası təcili toplanır - Tarix açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə