• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Nevrit - sinirlərin iltihabı
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
“Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Hər yemək arasında nə qədər fasilə olmalıdır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

ABŞ-dan Ankara və Bakıya əsassız ittihamlar – Baydenin imzaladığı sənəd qalmaqal yaratdı

Xəbərlər

30-12-2021, 18:24

ABŞ-dan Ankara və Bakıya əsassız ittihamlar – Baydenin imzaladığı sənəd qalmaqal yaratdı


ABŞ Prezidenti Co Bayden 2022-ci maliyyə ili üçün təxminən 770 milyard dollarlıq müdafiə büdcəsi qanununu imzalayıb.

Konqresmen Frank Pallone isə "Twitter" hesabında ABŞ Prezidenti Co Baydenin ötən gün imzaladığı yeni müdafiə büdcəsi qanununda Türkiyə və Azərbaycanın Dağlıq Qarabağda hərbi cinayətlər törətməkdə məsuliyyət daşımasına dair bəzi ifadələrin olduğunu iddia edib.

"Baydenin dünən imzaladığı NDAA sənədində Azərbaycan və Türkiyəni "Artsax”da törətdikləri hərbi cinayətlərə görə məsuliyyət daşımağa yönəlmiş bəzi mühüm bəyanatlar var. Bu cinayətlərin açılmasında tələb olunan hesabatların dəqiq olmasını təmin etmək üçün səy göstərməyə davam edəcəyəm”, - deyə Pallone bildirib.

Türkiyənin "Sözcü” agentliyinin xəbərinə görə, sənəddə Azərbaycan-Ermənistan gərginliyində silahdan istifadə ilə bağlı hesabat tələb olunur və tərəflərin beynəlxalq hüquqlarla bağlı öhdəliklərinə əməl etməli olduqları bildirilir.

Ermənistanın rəsmi radiosu "Public Radio of Armenia" Konqresdə bu ayın əvvəlində qəbul edilən Milli Müdafiə Səlahiyyəti Qanununda (NDAA) Türkiyə və Azərbaycana qarşı dörd ittihamın yer aldığını iddia edib.

Şübhəsiz ki, 4 iddianın hər biri qərəzlidir və birbaşa erməni diasporu və lobbisinin sifarişi əsasında hazırlanaraq qanun layihəsinə təqdim edilib. Prinsip etibarilə, ABŞ konqresmeni Frank Pallone özü də Konqresə erməni disaporu və lobbisinin dəstəyi ilə seçilib. Aydın məsələdir ki, nə Frank Pallone, nə də onun kimi erməni maliyyəsi hesabına seçilən konqresmenlər 44 gülük müharibə və müharibədən sonrakı reallıqları yaxşı bilmir.

Birincisi, ittihamda qeyd edilir ki, ötən il Ermənistanla 44 günlük müharibədə istifadə edilən Türkiyənin "Bayraqdar" PUA-larında ABŞ-a məxsus hissələrdən istifadə edilib. "Bayraqdar" PUA-larında ABŞ-a məxsus hissələrdən istifadə edilib-edilməməsi haqda bir şey demək çətindir. Hər halda bunu Türkiyə rəmiləri daha yaxşı bilər. Lakin bu silahlar artıq bir çox ölkəyə satılıb. Azərbaycan da bu silahları ən çox alan ölkələrdəndir. Rəsmi Bakı Türkiyədən bu PUA-ları pulsuz almayıb. Alınan malın mülkiyyəti sövdələşmədən sonra alan şəxsə və ya ölkəyə məxsusdur. Azərbaycan "Bayraqdar" PUA-larından nə cür istifadə etmək üçün Vaşinqtondan icazə alası deyili. ABŞ tərəfinin narazılığı var idisə, bunu ilk başda, PUA-lar satılanda və ya 44 günlük müharibə zamanı etməli idi. İndi belə bir iddianın irəli sürülməsinin nə mənası var, nə də əhəmiyyəti.

İkincisi, iddia olunur ki, Azərbaycanın erməni əsgərlərini qanunsuz olaraq saxlayıb və işgəncələrə məruz qoyub. Sual olunmalıdır ki, Azərbaycan erməni əsgərlərini necə qanunsuz saxlaya bilər? 44 günlük müharibə zamanı saxlanılan və ya döyüşlər zamanı ələ keçirilən erməni əsgər və zabitləri hərbi əsir kimi saxlanılıb. 44 günlük müharibə sonrası saxlanılan ermənilər isə heç bir halda hərbi əsir deyil, bu statusu ala da bilməz. O ki qaldı bu şəxslərə işgəncə verilməsinə, rəsmi Bakı istər hərbi əsirlər, istərsə də diversantların yeri, saxlanma şəraiti, səhhəti ilə bağlı mütəmadi olaraq bütün beynəlxalq humanitar təşkilatlara məlumat verib. Bu haqda detallı bilgilər onların hesabatlarında da var.

Üçüncüsü, Türkiyənin Azərbaycana dəstək üçün bölgəyə qoşun yeritdiyi iddia olunur. Türkiyənin nə 44 günlük müharibə zamanı, nə də sonra Azərbaycanda qoşunu olmayıb. Məsələ ondadır ki, Azərbaycanın modern ordusunun ən yeni nəsil silahları var. Ermənistanla müharibə aparmaq, torpaqlarımızı işğaldan azad etmək üçün qardaş Türkiyənin qoşununa ehtiyacımız yox idi. Digər tərəfdən, qardaş ölkənin hərbi yardımına ehtiyacımız olsa idi, bunu açıq şəkildə istəməkdən çəkinməzdik. İki ölkə arasında qarşılıqlı yardım haqda müvafiq sazişlər, razılaşmalar var. Azərbaycan zərurət yarandıqda Türkiyədən hər an hərbi yardım istəyə bilər.

Dördüncüsü, Azərbaycanın davam edən zorakılıqlara görə beynəlxalq qanunları və razılaşmaları pozduğu iddia edilir. Azərbaycan nə 44 günlük müharibə, zamanı nə də hazırda beynəlxalq hüquqa zidd hansısa addım atmır. 44 günlük müharibəni leqallaşdıran BMT TŞ müvafiq 4 qətnaməsi idi. Digər tərəfdən, Ermənistanın beynəlxalq hüquqla tanınan Azərbaycan ərazisini işğal etməsinə 27 il səssiz qalmaq özü beynəlxalq hüquqa zidd addımdır. Hazırda sərhədlərin demarkasiya və delimitasiya prosesi gedir. Bu proses isə tarixi xəritələr, eyni zamanda peyk görüntüləri əsasında aparlır. Mübahisəli məsələlər birgə komissiya ilə tənzimlənir. Rəsmi Vaşinqtonun bu məsələyə belə qərəzli mövqe sərgiləməsi isə heç bir məntiqə sığmır.

Oxunub: 945
Paylaş:
Digər xəbərlər

Xəbərlər

4-11-2021, 00:24

Ərdoğan-Bayden görüşünün GİZLİNLƏRİ: ABŞ prezidentinin ETİRAFI

Xəbərlər

13-08-2021, 10:15

Ordumuz düşmən mövqelərinə zərbələr endirib - QARABAĞDA NƏ BAŞ VERİR?

Xəbərlər

30-07-2021, 08:09

SON DƏQİQƏ: ABŞ Konqresi Azərbaycana HƏRBİ YARDIMI DAYANDIRDI

Xəbərlər

9-06-2021, 17:33

Ərdoğanla Baydenin görüşündən əvvəl ABŞ-dan qalmaqallı AÇIQLAMA

Xəbərlər

2-12-2020, 16:11

Putindən Dağlıq Qarabağla bağlı mühüm AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Nevrit - sinirlərin iltihabı
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Son xəbərlər
  • Bu gün, 15:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • Bu gün, 15:08
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • Bu gün, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • Bu gün, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • Bu gün, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • Bu gün, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • Dünən, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • Dünən, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • Dünən, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • Dünən, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • Dünən, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • Dünən, 17:04
    Asiyada yeni müharibə başlayır
  • Dünən, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • Dünən, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • Dünən, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • Dünən, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • Dünən, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • Dünən, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • Dünən, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
  • Dünən, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • 31-07-2026, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • 31-07-2026, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • 31-07-2026, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • 31-07-2026, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
  • 31-07-2026, 18:05
    Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
  • 31-07-2026, 17:44
    İsrail Trampın planından şübhələnir: HƏMAS-ın silahı yerə qoyacağına inanmır
  • 31-07-2026, 16:22
    Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp
  • 31-07-2026, 15:07
    Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
  • 31-07-2026, 14:26
    Krım körpüsündə hərəkət qəfil dayandırıldı - Rəsmi açıqlama
  • 31-07-2026, 13:41
    100 gün ərzində müharibənin taleyi həll ola bilər - Tusk
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə