• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Təşviş və nevrozu olanlara dərmansız müalicə
Sümükləri və oynaqları gücləndirən qidalar
Kreml Paşinyana qarşı 3 adamını hərəkətə keçirdi – Silahlı təxribat ola bilər
İran bəyan etdi: “Müharibə bitməyib, ABŞ və İsrailə sərt cavab verəcəyik”
1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…
Hamamdan sonra qan dövranını yaxşılaşdıran yağ
Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi
Heç kim qocalmayacaq: Alimlər ürəyi gəncləşdirən maddə tapdı
ABŞ İranla müharibəyə bu qədər pul xərcləyib – Şok rəqəmlər
Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər
Bu 2 elementin çatışmazlığı boy uzanmasını əngəlləyir
BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
Pentaqon rəhbəri NATO-nu hədəfə aldı: Bunu yadda saxlayacağıq
İnsult zamanı ilk yardımda edilməməli 3 səhv – həkim xəbərdarlıq edir
Qırğızıstanda səs-küylü qərar: Xalqa çağırış edildi
Metro və avtobuslarda ödənişlə bağlı yenilik
Pilləkənlə qalxarkən bağırsaq xərçənginin hiss olunan əlaməti
İsrail Livanla bağlı qərar verdi: Əraziləri ələ keçirmək…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Böyüklərdə sarılıq səbəbləri!

Səhiyyə

19-09-2018, 05:28

Sarılıq qan zərdabında bilirubinin səviyyəsi 3 mq/dl-dən (51.3 μmol/l) artıq olduqda müşahidə edilir. Onun yalnız fiziki müayinə ilə aşkar olunması çətinlik törədə bilər. Çox hallarda kəskin sarılıq ciddi bir əsas xəstəliyin əlaməti kimi çıxış edir və ikincili olaraq intra- və ekstrahepatik səbəblərdən meydana gəlir. 700-dən çox adamın iştirakı ilə keçirilən retrospektiv tədqiqat, böyüklərdə kəskin sarılığın əksər hallarda (55%) virus hepatiti, qaraciyərin alkoqol xəstəliyi və qaraciyərin medikamentoz zədələnməsi daxil olmaqla intrahepatik xəstəliklər nəticəsində yarandığını göstərmişdir. Kəskin sarılıq hallarının yerdə qalan 45%-i ekstrahepatik mənşəlidir və bura öd daşı xəstəliyi, hemoliz və bədxassəli törəmələr daxildir.
Anamnez və Fiziki Müayinə
Sarılıqlı pasientlərin ilkin müayinəsi zamanı, diaqnozun aydınlaşdırılmasına kömək məqsədilə, anamnestik məlumatların toplanması və fiziki müayinəyə xüsusi diqqət yetirilməlidir. Alkoqol və dərman istifadəsinə dair ətraflı anamnez qaraciyərin alkoqol xəstəliyi, virus hepatitləri, xroniki qaraciyər xəstəlikləri və ya qaraciyərin medikamentoz zədələnməsi kimi intrahepatik pozğunluqların aşkarlanmasına yardım edə bilər. Hepatomeqaliya, splenomeqaliya, qarının sağ qabırğaaltı nahiyəsində həssaslığın və assitə görə tam abdominal müayinə daxil olmalıdır.
Laborator Müayinələr
Sarılığın etiologiyasının müəyyənləşdirilməsi üçün laborator müayinələrə bilirubin fraksiyaları, qanın ümumi analizi, alanin amintransferaza (ALT), aspartat amintransferaza (AST), γ-qlütamiltransferaza, qələvi fosfataza, protrombin vaxtı və/və ya beynəlxalq normallaşdırılmış nisbət (BNN), albumin və zülal daxil edilməlidir. İlkin laborator yoxlamalardan sonra sarılığın etiologiyası bəlli olmazsa, əlavə olaraq, hepatitlərin və antinuklear, saya əzələ və qaraciyər-böyrək mikrosomal anticisimləri də daxil olmaqla, autoimmun xəstəliklərin istisna edilməsi üçün laborator testlərin aparılmasına ehtiyac yaranır.
Görüntüləmə metodları
Sarılıqlı pasientlərdə qeyri-invaziv görüntüləmə metodlarına ultrasonoqrafiya, kompüter tomoqrafiyası və maqnit rezonans xolangiopankreatoqrafiya aiddir. Adətən obstruksiya, sirroz və damar keçiriciliyinin qiymətləndirilməsi üçün birinci-sıra görüntüləmə metodlarına ultrasonoqrafiya və ya kompüter tomoqrafiyası aiddir. Qaraciyərin Biopsiyası
Qaraciyərin biopsiyası, ilkin olaraq anamnez və fiziki müayinə, laborator analizlər və görüntüləmə metodlarından sonra diaqnozun qeyri-müəyyən olduğu sarılıq hallarında nəzərdən keçirilməlidir Psevdosarılıq (yalançı sarılıq)
Dərinin rənginin dəyişməsi hiperbilirubinemiyadan başqa Addison xəstəliyi, sinir anoreksiyası (lat. Anorexia nervosa), beta karotinlə zəngin qidaların qəbulu (karotinemiya) və ya qaralma üçün spreylərin istifadəsi kimi hallarda baş verə bilər.
Konyuqasiya olunmamış (birləşməmiş, qeyri-düz) Hiperbilirubinemiya
BİLİRUBİN SİNTEZİNİN ARTMASI
Konyuqasiya olunmamış (birləşməmiş, qeyri-düz) hiperbilirubinemiya adətən konyuqasiya üçün həddindən artıq bilirubin miqdarının yaranması nəticəsində (qırmızı qan hüceyrələrinin artmış parçalanması səbəbindən) inkişaf edir. Qırmızı qan hüceyrələrinin parçalanmasının artması eritrositar membran pozğunluqları, eritrositar ferment pozğunluqları, hemoqlobinopatiyalar, eritrositlərin autoimmun parçalanması və ya bəzi xərçəng xəstəlikləri nəticəsində ola bilər. Qırmızı qan hüceyrələrin dövriyyəsinin (həyat siklinin) sürətlənməsi hem metabolizminin artmasına gətirib çıxarır, bu birləşdirmə mexanizmlərinin potensialını üstələyəcək qədər böyük miqdarlarda bilirubin sintezinə səbəb olur, nəticədə ekskresiyanın azalması və kliniki sarılıq meydana çıxır.
BİLİRUBİNİN KONYUQASİYASININ POZULMASI
Konyuqasiya mexanizmlərindəki çatışmazlıqlar qırmızı qan hüceyrələrinin dövriyyəsi normal olan insanlarda da sarılığa gətirib çıxara bilər. Jilber sindromu, uridin difosfat-qlükuronoziltransferaza çatışmazlığından ibarət olub, ağdərili əhalinin 10%-də rast gəlinir. Bu gərgin məşq və ya aclıq kimi fiziki və ya emosional stress nəticəsində kəskinləşə biləcək xoşxassəli bir vəziyyətdir. Kriqler-Nayyar sindromu eyni ferment çatışmazlığının daha ağır variantdır. Bilirubin-UQT fermentinin səviyyəsinin aşağı olması səbəbindən konyuqasiyanın pozulduğu pasientlər, həmin fermenti inhibə edən dərman preparatlarının, məsələn proteaz inhibitorlarının istifadəsinin ardınca sarılığın inkişafına xüsusilə meyillidilər.
QARACİYƏR POZĞUNLUQLARI: HEPATOSELLÜLAR ZƏDƏLƏNMƏ VƏ İNTRAHEPATİK (QARACİYƏRDAXİLİ) XOLESTAZ
Qaraciyər xəstəliklərinin dünyada ən çox yayılmış səbəbi virus hepatitləri, xüsusən hepatit C-dir. Virus hepatiti hepatositlərin daxilində oksidləşmə proseslərini gücləndirərək, hüceyrə ölümünə, çapıqlaşmaya və normal funksiya göstərən qaraciyər toxuma kütləsinin azalmasına gətirib çıxarır. Xroniki alkoqol qəbulu bir sıra qaraciyər xəstəliklərinə səbəb ola bilər ki, bura minimal simptomatika ilə və çox hallarda sarılıq olmadan inkişaf edən steatoz və ya qaraciyərin piy hepatozu; sarılıqla kəskin başlayan və daha ağır əlamətlərlə gedən alkoqol hepatiti; və sarılığın inkişafı zamanı çox vaxt dekompensasiya və qaraciyər çatışmazlığı ilə assosiasiya olunan sirroz daxildir.Qaraciyərin qeyri-alkoqol piy hepatozu olan pasientlərin təxminən 30%-40%-də xəstəlik steatohepatitə qədər proqressivləşir və həmin pasientlərin təxminən 40%-50%-də fibroz və ya sirroz inkişaf edir, bu da hiperbilirubinemiyaya gətirib çıxara bilir. Yəni bilirubin artması ilə əlaqədar sarılıq meydana çıxır. XOLESTAZ nəticəsində yaranmış sarılıq
Xoledoxolitiaz biliar obstruksiyanın ən geniş yayılmış qeyri-neoplastik səbəbidir və bütün yeni sarılıq hallarının 14%-i onun payına düşür. Araşdırmalara görə xoledoxolitiaz üçün risk faktorlarına qadın cinsi, yuxarı yaş qrupu, bədən kütlə indeksinin artması və sürətli çəki itkisi aiddir.
Öd daşları öd yollarında (adətən ümumi öd axacağı) maneə törətməklə və ya biliar daralmaya (striktura) səbəb olmaqla, sarılıq yarada bilər. Daha az hallarda, öd kisəsi və ya öd kisəsi axacağındakı daşlar ümumi qaraciyər axacağının mexaniki kompressiyası vasitəsilə sarılığa səbəb ola və nadir hallarda daşlar biliar-vaskulyar fistula yaranması yolu ilə sarılığın meydana çıxmasına gətirib çıxara bilər. Postoperativ sarılığa səbəb olan öd yollarının (biliar) daralması, xolesistektomiyanın nadir rast gəlinən ağırlaşmasıdır (hadisələrin 0.6%-də).
Sarılıq cərrahi əməliyyatlar, məsələn qaraciyər transplantasiyası və hər ikisində xoledoxoyeyunostomiya yaradılması nəzərdə tutulan Vippl (pankreatikoduodenektomiya) və Bilrot prosedurları nəticəsində yarana bilər. Xroniki pankreatit və xolangitin müxtəlif formaları öd yollarında daralmalara və sarılığa səbəb ola bilər. Uşaqlarda ekstrahepatik biliar obstruksiyanın əsas səbəbləri biliar atreziya və хoledoх sistləridir.
Şişlər yeni-başlayan sarılıq hallarının 6.2%-ni əhatə edir. Xolangiokarsinoma biliar daralma törətməklə, öd yollarının proksimal və ya distal hissələrini prosesə cəlb edə bilər. Rezeksiyaya məruz qalan pasientlərin beş-illik yaşama göstəricisi 20%-40% arasındadır; rezeksiya aparılmadıqda yaşama bir ildən azdır. Birincili sklerozlaşan xolangit xolangiokarsinoma riskini 1500 dəfə artırır, lakin hadisələrin 80%-dən çoxunda xəstəlik üçün heç bir risk faktoru qeyd edilmir.
Öd kisəsi xərçəngi, nadir olsa da, biliar traktın ən çox rast gəlinən bədxassəli şişidir. Onun risk faktorlarına öd daşları, infeksiya (Salmonella typhi) və qadın cinsi daxildir. Orta yaşama müddəti, diaqnozun mərhələsindən asılı olaraq altı aydan 12 aya qədərdir. Həmçinin ampulyar xərçəng və limfadenopatiya nəticəsində öd axacağının kompressiyası, və ya pankreas xərçəngi kimi öd yollarından xaric şişlər də obstruksiyaya səbəb ola bilər. Sarılıq ən tez gözün sklerasında özünü büruzə verir. Əgər özünüzdə sarılıq əlaməti hiss etsəniz həkiminizə tez müraciət edin!


[b][/b]

Böyüklərdə sarılıq səbəbləri!

Oxunub: 1 889
Paylaş:
Digər xəbərlər

Manşet / Səhiyyə

24-08-2018, 11:33

Qaraciyər piylənməsi

Manşet / Səhiyyə

22-06-2018, 12:11

Qaraciyərin ultrasəs müayinəsi

Manşet / Səhiyyə

26-04-2018, 19:04

KƏSKİN QARACİYƏR ÇATIŞMAZLIĞI

Manşet / Gündəm / Səhiyyə

11-03-2018, 19:20

Leykositlərin artması və azalması

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Təşviş və nevrozu olanlara dərmansız müalicə
Sümükləri və oynaqları gücləndirən qidalar
Kreml Paşinyana qarşı 3 adamını hərəkətə keçirdi – Silahlı təxribat ola bilər
İran bəyan etdi: “Müharibə bitməyib, ABŞ və İsrailə sərt cavab verəcəyik”
1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
Son xəbərlər
  • Bu gün, 18:21
    Təşviş və nevrozu olanlara dərmansız müalicə
  • Bu gün, 15:39
    Sümükləri və oynaqları gücləndirən qidalar
  • Bu gün, 14:12
    Kreml Paşinyana qarşı 3 adamını hərəkətə keçirdi – Silahlı təxribat ola bilər
  • Bu gün, 13:25
    İran bəyan etdi: “Müharibə bitməyib, ABŞ və İsrailə sərt cavab verəcəyik”
  • Bu gün, 12:16
    1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
  • Bu gün, 11:42
    Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
  • Bu gün, 10:32
    Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…
  • Bu gün, 09:09
    Hamamdan sonra qan dövranını yaxşılaşdıran yağ
  • Dünən, 22:29
    Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi
  • Dünən, 21:40
    Heç kim qocalmayacaq: Alimlər ürəyi gəncləşdirən maddə tapdı
  • Dünən, 20:26
    ABŞ İranla müharibəyə bu qədər pul xərcləyib – Şok rəqəmlər
  • Dünən, 19:09
    Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər
  • Dünən, 18:37
    Bu 2 elementin çatışmazlığı boy uzanmasını əngəlləyir
  • Dünən, 17:10
    BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?
  • Dünən, 16:36
    Pentaqon rəhbəri NATO-nu hədəfə aldı: Bunu yadda saxlayacağıq
  • Dünən, 15:56
    İnsult zamanı ilk yardımda edilməməli 3 səhv – həkim xəbərdarlıq edir
  • Dünən, 14:03
    Qırğızıstanda səs-küylü qərar: Xalqa çağırış edildi
  • Dünən, 13:48
    Metro və avtobuslarda ödənişlə bağlı yenilik
  • Dünən, 12:15
    Pilləkənlə qalxarkən bağırsaq xərçənginin hiss olunan əlaməti
  • Dünən, 11:31
    İsrail Livanla bağlı qərar verdi: Əraziləri ələ keçirmək…
  • Dünən, 10:18
    Ərəb ölkələri fövqəladə iclas keçirəcək
  • Dünən, 09:03
    Sümükləri və oynaqları gücləndirən qidalar – həkim tövsiyələri
  • 28-04-2026, 21:51
    Sağlam həyat tərzinə qəfil keçid niyə psixika üçün təhlükəlidir?
  • 28-04-2026, 20:27
    Xaricdən məhsul sifariş edənlərin nəzərinə - Yeni qayda gəlir
  • 28-04-2026, 19:54
    İrandan ABŞ-a MÜHARİBƏ MESAJI - Hədəflərin siyahısı yeniləndi
  • 28-04-2026, 18:23
    Analizlərim normal çıxır, amma özümü pis hiss edirəm - Səbəb
  • 28-04-2026, 17:51
    Ermənistan bu kəndi Gürcüstana verəcək?
  • 28-04-2026, 16:46
    Sürücülük vəsiqələrimiz bu ölkədə tanınacaq
  • 28-04-2026, 15:45
    Vazelin üzü tükləndirir? - Dəriyə təsiri
  • 28-04-2026, 14:46
    Çexiya Azərbaycandan nə qədər qaz alacaq?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə